Hərbçilərimiz azad olunmalıdır
07.07.2023 [10:15]
Azərbaycan beynəlxalq birliyi Ermənistanın qanunsuz əməllərini pisləməyə çağırır
Ermənistan 30 illik işğal siyasəti dövründə xalqımıza qarşı çoxlu sayda cinayətlər törədib. Belə cinayətlərdən biri də əsir və girovlara qarşı qeyri-insani davranışlardır. Bununla bağlı xeyli faktlar mövcuddur. 4 min nəfərə yaxın azərbaycanlı əsir və girovun taleyi haqqında isə hələ də məlumat yoxdur. Erməni tərəfi onlarla bağlı hələ də heç bir məlumat verməyib.
Qanunsuz məhkəmə, qanunsuz qərar
Rəsmi İrəvan qeyri-humanitar davranışını davam etdirməkdədir. Bir müddət öncə Naxçıvan istiqamətində dumanlı hava şəraitində yolu azaraq Ermənistan ərazisinə keçmiş əsgərlər Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı ağır işgəncələr verilib. Hansı ki, bu, beynəlxalq humanitar qanunvericiliyə tamamilə ziddir. Hazırda hər iki hərbi qulluqçumuz haqqında Ermənistan məhkəmələri əsassız hökm çıxarıb. Onların azad edilməsi istiqamətində isə dövlətimiz tərəfindən tədbirlər görülür. Məlumdur ki, bir müddət öncə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfindən əsir götürülmüş azərbaycanlı əsgərlər Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb. Həmin məktub BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılmışdı. Məktubda əlverişsiz hava şəraiti ilə əlaqədar yollarını azaraq itkin düşmüş, daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş, işgəncə və digər qeyri-insani davranışlara məruz qalmış, barələrində qurama məhkəmə işi qurulmuş Azərbaycan Ordusu əsgərlərinin Ermənistan tərəfindən beynəlxalq humanitar hüquqa və öhdəliklərinə zidd olaraq Azərbaycana geri qaytarılmaması barədə ciddi narahatlıq ifadə olunur. Sosial şəbəkələrdə və digər ictimaiyyətə açıq mənbələrdə törədilmiş işgəncə və digər cinayət əməllərinin sübut olunmasına baxmayaraq, Ermənistan tərəfinin bu əməlləri törədənləri cəzalandırmaq əvəzinə, Azərbaycan əsgərlərindən sövdələşmə subyekti kimi istifadəyə cəhd etməsi BMT Baş katibinin diqqətinə çatdırılır.
Ombudsman: Ermənistanın keçirdiyi məhkəmə beynəlxalq hüquq normalarına ziddir
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da əsir götürülmüş hərbi qulluqçularımıza qarşı Ermənistanın qanunsuz davranışları ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Bu barədə ombudsman deyib ki, Ermənistanda əsir saxlanılan Azərbaycanın hərbi qulluqçuları Aqşin Bəbirov və Hüseyn Axundovun azadlıqdan mərhum edilməsi qərarına qəti etirazımızı bildirmişik və hesab edirik ki, bu məhkəmənin keçirilməsi və hökmün çıxarılmasının özü beynəlxalq hüquq normalarına ziddir, qeyri-qanunidir. Onun sözlərinə görə, bununla bağlı Ombudsman Aparatı olaraq öz qəti mövqelərini daimi olaraq xarici tərəfdaşlarına çatdırmaqda davam edirlər. Xatırladaq ki, bu yaxınlarda ombudsman Ermənistanda qurulmuş saxta “məhkəmə prosesi”nə etiraz olaraq beynəlxalq ictimaiyyətə müraciət etmişdi. “Hərbi qulluqçularımızın əsirlikdə olduğu müddətdə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn normalarına zidd olaraq onların müxtəlif işgəncələrə və pis rəftara məruz qalmaları Ermənistanın ölkəmizə qarşı etnik nifrət zəminində düşmənçilik siyasəti apardığını bir daha təsdiq edir. Bununla əlaqədar dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan hakimiyyəti hərbi qulluqçularımıza qarşı qanunsuz qərarların qəbul edilməsinə rəvac verməklə beynəlxalq hüququn tələblərini növbəti dəfə kobud şəkildə pozub”, -deyə müraciətdə vurğulanıb. Qeyd edilib ki, günahsız hərbi qulluqçularımıza münasibətdə qərəzli qərarların qəbul edilməsi və digər bu kimi təxribatçı addımların atılması iki ölkə arasında dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan danışıqları pozmaq məqsədi daşıyır: “Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad edilməlidirlər. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili olaraq, yenidən beynəlxalq ictimaiyyətə müraciət edərək, əsir götürülməklə qanunsuz həbs olunmuş hərbi qulluqçularımızın tezliklə azad edilməsi üçün təsirli addımların atılmasını qəti şəkildə tələb edirəm”.
Avropa İttifaqı da hərbçilərimizin geri qaytarılmasını istəyir
Qeyd edək ki, Ermənistandan fərqli olaraq Azərbaycan daim humanizm prinsiplərindən çıxış edir. Bunun nəticəsidir ki, dövlətimiz 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq 44 günlük müharibə dövründə əsir düşmüş erməni hərbçiləri ölkəsinə təhvil verib. Müharibədən sonra da yolu azaraq sərhədi keçmiş 10-dan artıq erməni hərbçi qeyd-şərtsiz geri qaytarılıb. Bütün bunların fonunda erməni tərəfinin tutduğu mövqe bölgədə barışıq və etimad yaradılması tədbirlərində maraqlı olmadığını göstərir. Ermənistanın bu təxribatçı addımları beynəlxalq ictimaiyyətin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı səylərini artırdığı dövrdə baş verir. Belə ki, Ermənistan tərəfindən təşkil olunmuş qondarma “məhkəmə prosesi” may ayında iki ölkə xarici işlər nazirləri arasında Vaşinqtonda 4 gün davam edən danışıqlardan bir neçə gün sonra, Avropa İttifaqı və digər tərəfdaşların vasitəçiliyi ilə iki ölkənin dövlət başçılarının görüşü ərəfəsində baş verib.
Xatırladaq ki, mayın 14-də Brüssel şəhərində Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında humanitar məsələlərə toxunarkən deyib ki, yolu azaraq qarşı tərəfə keçən əsgərlər azad olunmalıdır: “Öz tərəfimdən onu vurğuladım ki, sadəcə, yolunu azan və qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı anlaşmanın təmin olunması davam etdirilməlidir”.
Göründüyü kimi, azərbaycanlı əsgərlərin geri qaytarılması beynəlxalq birliyin tələbləri sırasındadır. Ona görə də, bu məsələdə rəsmi İrəvana təzyiqlər artmalı, o cümlədən BMT və digər beynəlxalq təşkilatlar da Ermənistanın qeyri-humanist davranışlarını pisləməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

