Özünüifşa, yaxud növbəti rədd cavabı...
11.07.2023 [10:40]
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını əsassız sayır
Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd edib. Xatırladaq ki, Ermənistan 2023-cü il mayın 12-də Laçın sərhəd-buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdi. Bundan əvvəl isə ötən ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri əsas gətirərək Ermənistanın 7 dekabr 2021-ci il tarixli məhkəmə qərarına dəyişiklik edilməsi barədə tələbini rədd etmişdi. Beləliklə, Ermənistanın qanunsuz, beynəlxalq hüquqa zidd tələblərinin rədd edilməsi. Paralel olaraq bu dövlətin qeyri-qanuni əməllərinin ifşasına da zəmin yaradır. Başqa sözlə, qanunsuzluq axtarışında olan, hətta beynəlxalq qurumları belə qanunsuz iddiaları ilə bezdirən Ermənistan bu yolla ötən 30 ildə imza atdığı vəhşilikləri, barbarlığı, cinayətləri pərdələməyə çalışır. İşğal altında saxladığı Azərbaycan torpağında törətdiyi qətliamlar, mədəni, dini, tarixi abidələrin dağıdılması, eyni zamanda, ölkəsi daxilində apardığı irqi ayrı-seçkilik təbliğatı rəsmi İrəvanın əsl simasını üzə çıxarır - məlum olur ki, bu dövlət birmənalı şəkildə beynəlxalq konvensiyaların əleyhinə addımları ilə seçilir. Xocalı soyqırımı və bu kimi bir sıra bəşəri cinayətlərə imza atan Ermənistan rejimi müharibədən sonrakı dövrdə törətdiyi cinayətlərin üstünün açılmaması üçün belə vəsatətlər qaldırır - amma, bu heç bir işə yaramır. Azərbaycanın apardığı hücum diplomatiyası Ermənistanın əsl niyyətlərinin beynəlxalq aləmdə də ifşa olunmasına şərait yaradır.
Azərbaycan bəyan edir...
Bu arada, rəsmi İrəvan BƏM-in son qərarını yanlış şərh etməklə bir daha beynəlxalq huquqa hörmətsizlik edib. Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı rəsmi İrəvanın vəsatətini rədd etməsinə dair bəyanatında da bildirildiyi kimi, Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbi əsassızdır. Bəyanatda vurğulanır ki, iyulun 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 2023-cü il 12 may tarixli vəsatətini rədd edərək, Ermənistanın Azərbaycana qarşı işində məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı tələbini rədd edib. “Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin ləğvi ilə bağlı iddiaları əsassızdır. Biz Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən qərarını alqışlayırıq və Ermənistanın keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbinin əsassız olduğunu bildiririk. Beləliklə, Ermənistan tərəfinin son qərarı yanlış şərh etməsi mənasız cəhddən başqa bir şey deyil”, - nazirliyin bəyanatında deyilir.
Bildirilib ki, Azərbaycanın Laçın yolunun girişində sərhəd-keçid məntəqəsi yaratmaq qərarı ölkənin suveren hüquqlarına daxildir: “Bu, ərazimizə qeyri-qanuni olaraq silah, hərbi texnika göndərilməsinin dayandırılması zərurətindən irəli gəlirdi. Bundan başqa, sərhəd-keçid məntəqəsi yaradılandan bəri etnik erməniəsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəliklərinin tələb etdiyi kimi, heç bir ayrı-seçkilik olmadan məntəqədən keçirlər. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin tələblərini və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə davam edir”.
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını əsassız sayır
Beynəlxalq səviyyədə ortaya qoyulan belə arqumentlər bir daha Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı əsassız şəkildə iddialar səsləndirdiyini təsdiqləyir. Vurğulayaq ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan bir neçə dəfə Haaqa Məhkəməsində ölkəmizə qarşı iddia qaldırıb. Amma məhkəmə həmin iddiaları ya rədd edib, ya da ümumi tövsiyə xarakterli qərar çıxarıb. Buna nümunə kimi Ermənistanın Laçın yolunda ötən ilin sonundan başlayaraq keçirilmiş qanuni, dinc aksiya ilə bağlı iddiasını da göstərmək olar - rəsmi İrəvan məhkəməyə təqdim etmişdi ki, guya Laçın-Xankəndi yolundakı ekofəalların aksiyasını Azərbaycan hökuməti təşkil edib. Lakin Beynəlxalq Ədalət Məhkəməsi həmin iddianı rədd etmişdi. Məhkəmənin qərarında Laçın yolunda, humanitar məqsədlər üçün sərbəst istifadənin təmin olunması əksini tapırdı ki, Azərbaycan hər zaman yolun bu məqsədlər üçün istifadəsində heç bir problem olmadığını bəyan etmişdi.
Ermənistan işğalla yanaşı...
Beləliklə, Ermənistanın sözügedən iddiası da fiaskoya uğramışdı - ümumiyyətlə, Haaqa Məhkəməsinin səlahiyyətləri yalnız dövlətlərarası mübahisələrə aiddir. Ermənistan ötən 30 il ərazində Azərbaycan ərazilərini işğal altında saxlamaqla yanaşı həmin ərazilərdə bütün infrastrukturu, o cümlədən yüzlərlə yaşayış məntəqəsini yer üzündən silib. O ərazilərdə yaşayan insanlar isə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Bütün bunlar isə Ermənistanın işğalçı niyyəti il yanaşı etnik təmizləmə siyasəti apardığını deməyə əsas verir - bu ölkə işğal etdiyi ərazilərin mədəni - dini abidələrini belə özününküləşdirməyə çalışıb. Bu cür çirkin siyasətə imza atan bir dövlətin Beynəlxalq Ədalət Məhkəməsinə hər hansı bir iddia ilə müraciət etməsi isə absurddur.
Öz növbəsində Azərbaycan dövləti haqlı olaraq Ermənistanın törətdiyi cinayətlərə görə Haaqa Məhkəməsinə müraciət edib. Məhkəməyə təqdim edilmiş iddia sənədləri otuz illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır. Sənəd Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış və zərər çəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatları ehtiva edir. Ermənistanın qəsbkarlığı və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin qeyri-qanuni işğalı düşünülmüş və məqsədyönlü etnik təmizləmə siyasəti ilə müşayiət olunub.
İrəvan BƏM-in qərarlarını icra etmir...
Ermənistan həm də bu Məhkəmənin qərarlarını icra etməkdən boyun qaçırır. Bütün zamanlarda olduğu kimi, cəzasızlıq mühitindən sui-istifadə edən Ermənistan BƏM-ə münasibətdə də özünü qeyri-adekvat aparıb. Məsələn, 2021-ci ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistana qarşı bir vəsatət təmin olunmuşdu - Azərbaycan tərəfindən irəli sürülən həmin vəsatət Ermənistanda azərbaycanlılara qarşı etnik nifrəti təşviq edən qruplaşmaların fəaliyyətinin dayandırılması ilə bağlı idi və Azərbaycanın istəyi ilə bu vəsatət təmin edilmişdi. Ermənistan tərəfi bu günədək həmin qərarı yerinə yetirməyib. Ədalət Məhkəməsinin qərarını yerinə yetirməyən bir dövlət hansı üzlə yenidən bu quruma iddia təqdim edir? Bu ölkə özü Beynəlxalq Ədalət Məhkəməsinin qərarına hörmətsiz yanaşdığı halda, qurumu ittiham etməyə çalışır. Bu kimi hallar bir daha Ermənistanın əsl simasını üzə çıxarır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

