Sülhməramlıların gələcək taleyi...
15.07.2023 [10:40]
Türkiyə Prezidentinin əminliyi praqmatik əsaslara söykənir
Günel ABBASOVA
İyulun 12-də NATO-nun Vilnüsdə keçirilən toplantısından sonra jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına əsasən Qarabağda yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti məsələsinə də toxunub. Türkiyə Prezidenti Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Qarabağı tərk edəcəyini bildirib. O deyib ki, razılıq bu formadadır və Rusiyanın razılığın şərtlərinə sadiq qalacağına ümid edir.
Xatırladaq ki, sazişin mətnində də Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxması mexanizmi öz əksini tapır. Eyni zamanda, Türkiyə Prezidentinin NATO sammitindən sonra bu məsələni gündəmə gətirməsi məsələnin həll formasından xəbər verir. Türkiyə prezidentinin əminliyi də bir çox mətləblərdən xəbər verir - bu, həm də, Ermənistandakı bəzi revanşist qüvvələrə və separatçılara bir mesaj sayılır. Yəni, Rusiya sülhməramlılarına sığınaraq və ya onların arxasında gizlənərək nələrəsə ümid edənlər boş ümidlərə qapılmamalıdır...
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən deputat Vüqar İskəndərovun sözlərinə görə, Prezident Ərdoğan Vilnüsdə keçirilən NATO sammitində Azərbaycan dövlətinin siyasi mövqeyini ifadə edib: “Rusiya sülhməramlılarının fəaliyyət müddəti 2025-ci ildə başa çatacaq. 2020-ci ildə əldə olunan razılığa əsasən, onlar 5 il fəaliyyət göstərməlidir. Məsələ ondadır ki, sülhməramlıların Qarabağdakı fəaliyyəti və davranışları birmənalı qarşılanmır. Hətta bəzi məqamlarda üçtərəfli bəyanata zidd fəaliyyətin belə şahidi olduq. Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılığın bəzi bəndləri icra edilmədi. Qarabağda olan silahlı terrorçu dəstələr çıxarılmadı. Buna göz yumuldu”.
Deputat qeyd edib ki, Qarabağa yerləşdirilən rusiyalı hərbçilər daha çox sülhməramlı statusuna uyğun gəlməyən fəaliyyətlə yadda qalır. “Onların fəaliyyətləri sülhməramlı statusu ilə üst-üstə düşmür. Düşünürəm ki, Rusiya sülhməramlılarının 2025-ci ildən sonra Qarabağda qalmasının heç bir perspektivi yoxdur. Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni vətəndaşlarına sülhlə bağlı təkliflər irəli sürüb. Hesab edirəm ki, yaxın vaxtlarda həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan münasibətlərində müsbət dəyişikliklər olacaq. Ərdoğanın haqlı olaraq, sülhməramlıların Qarabağı tərk edəcəyi haqqında fikir səsləndirməsi beynəlxalq miqyasda ictimai rəyin formalaşmasında ilkin addımdır”, - deyə V.İskəndərov əlavə edib.
Politoloq İlqar Vəlizadənin sözlərinə görə, Türkiyə Prezidentinin bu məsələ barədə əminliyi ondan xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan ilə Vladmir Putin aras?nda müəyyən dərəcədə etibarlı dialoq formalaşıb: “Bu dialoq əsnasında Türkiyə Prezidenti öz istək və təkliflərini irəli sürə bilir, Rusiya tərəfi ilə bütün həssas məsələləri müzakirə edə və nəticə əldə edə bilir. Hərhalda indiyə qədər biz bunu görürdük, əlbəttə ki, burada qarşılıqlı prinsip hökm sürür. Bu dialoqda qazanan tərəf həm Türkiyə, həm də Rusiya olur. Bu səbəbdən də indiyə qədərki dialoq öz nəticələrini verir”.
İ.Vəlizadə bildirib ki, Türkiyənin istəyi regionda sülh və əmin-amanlığın bərqərar olunması istiqamətindədir. Bu məsələ Rusiyanın da, eləcə də Türkiyənin, Azərbaycanın və Ermənistanın da maraqlarını təmi? edir. Amma burada hərbi-siyasi yolun seçilməsi mütləq faktor deyil - iqtisadi yollarla etmək də mümkündür. Xüsusilə də Zəngəzur dəhlizinin açılması həm Rusiya, həm Türkiyə, həm də Azərbaycana və Ermənistana böyük mənfəətlər gətirə bilər. Əgər yenidən aktiv döyüş fazasına qədəm qoyulduğunu fərz etsək, yeni döyüşlər başlasa, hətta Rusiya sülhməramlıları regionu tərk etməsə, hərbi siyasi gərginlik yaşansa gələcək əməkdaşlıqlar, qazanclar, mənfəətlər sual altına düşə bilər. Eyni zamanda, Türkiyə ilə Rusiyanın arasındakı müsbət münasibətlər korlana bilər. Azərbaycanla Rusiya münasibətləri korlana bilər, bununla yanaşı, regionda yeni münaqişə zonasının yaranması ehtimalı gündəmə gələ bilər. Bu isə nəinki Rusiyanın, ümumilikdə heç kəsin xeyrinə deyil. Bu baxımdan Prezident
Ərdoğanın söylədiyi fikirlərdəki əminlik praqmatik əsaslara söykənir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

