Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Cəmiyyət tərəfindən dəstəklənməyən insanların dövlətə təkliflər verməsi gülüncdür

Siyavuş Novruzov: Cəmiyyət tərəfindən dəstəklənməyən insanların dövlətə təkliflər verməsi gülüncdür

13.09.2011 [10:35]

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İctimai Palatanın hazırladığı “Demokratiyaya yumşaq keçidin yol xəritəsi” adlı təkliflərinə münasibət bildirib. “İctimai Palata qeyri-qanuni bir qurumdur və mən belə bir təşkilat tanımıram. Orada cəmiyyət tərəfindən seçilməyən, səs qazanmayan adamlar toplaşıb. Hərəsi bir dərədən yığışan bir qrup insan nəsə danışıb təkliflər verirlər və bu, gülüncdür”, - bu barədə Trend-ə Siyavuş Novruzov bildirib. S.Novruzov hesab edir ki, İctimai Palatada toplaşanların fərasəti, qabiliyyəti olsaydı, xalq tərəfindən dəstəklənib parlamentə, bələdiyyəyə və ya başqa bir seçkili quruma seçilərdilər. “Seçilməyənlərin hansı təfəkkürü, qabiliyyəti və yaxud hansı dünyagörüşü imkan verir ki, dövlətə hansısa təkliflər versinlər. O adamların heç demokratiya anlayışları yoxdur, amma demokratiyadan danışırlar”, - millət vəkili deyib. O, bildirib ki, İctimai Palatada bekarçılıq əlaməti olaraq hərdən yığışırlar və ortalığa sənəd çıxardırlar.

Paylaş:
Baxılıb: 887 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30