Rusiyanın anlaşılmaz siyasəti...
18.07.2023 [10:00]
Moskva niyə hər kəslə düşmən kimi davranır?
Günel ABBASOVA
Son aylarda, hətta son bir ildə dünya siyasətində mühüm dəyişikliklər nəzərə çarpmaqdadır. Yeni nizam qaydalarının formalaşması, yeni iqtisadi münasibətlərin ortaya çıxması, əməkdaşlıq platformalarının genişlənməsi, əlaqələrin intensivliyinin və çoxşaxəliliyinin təmin edilməsi, tərəfdaşlıqların artırılması kimi mühüm nüanslar yeni münasibətlər sisteminin formalaşmasına yol açıb. Bu isə özlüyündə növbəti mərhələ üçün yeni nizam qaydalarını müəyyənləşdirir.
Qeyd etdiyimiz kimi, yeni dünya nizamında əsas yeri və rolu iqtisadi münasibətlər müəyyənləşdirəcək. Bunun üçün isə qlobal siyasi proseslərin iqtisadi tərəfdaşlıqla əvəz olunması kimi mühüm müsbət məqamlar otaya çıxmalıdır. Amma təssüf ki, bəzi hallarda bunun əksini görürük.
Məsələn, Rusiya dövlətinin son dövrlərdə apardığı siyasət birmənalı qarşılanmır. Hətta rusiyalı siyasi analitiklər belə “hər kəsə cəbhə açmaq” kimi bir yolun tutulmasını düzgün saymır. Onlar Moskvanın apardığı bu siyasəti neqativ qiymətləndirirlər. Hətta son dövrlərdə Kremlin bəzi müsbət münasibətlərə malik olduğu dövlətlərə qarşı belə aqressiv davranış sərgiləməsi, anlaşılmaz bəyanatlar verməsi birmənalı qarşılanmır. Bəzi Qərb dairələri Rusiyanın düşdüyü vəziyyəti qeyri-stabil adlandırırlar. Ukraynadakı məlum vəziyyət, Türkiyə ilə münasibətlərdə müəyyən soyuq ştrixlərin gözə çarpması, Cənubi Qafqaza qeyri-adekvat yanaşma və bu kimi ümumi mövqe Kremli çətin vəziyyətlə üz-üzə qoyur.
Qeyd edildiyi kimi, Rusiyanın həm Türkiyə ilə münasibətləri pozulub, həm də Avropa ilə düşmən münasibətdədir. Digər tərəfdən, Cənubi Qafqazdakı mövcud vəziyyətlə bağlı bəyanatlar verərək bu istiqamətdə olan münasibətlərə də xələl gətirməyə çalışır. İranla Bəsrə körfəzi məsələsinə görə toqquşan maraqları da bunun üstünə gəlsək, Rusiyanın yeni dünya nizamına hansı “töhfələri” verəcəyi sual yaradır.
Politoloq Qabil Hüseynli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Rusiyanın hazırda yürütdüyü sadəcə ağılsız siyasətdir: “Bu dövlət hazırda dünyanın əksər ölkələri ilə düşmən münasibətdədir. Üstəlik özünün dövrə uyğun gəlməyən siyasəti ilə postsovet məkanındakı ölkələrə qarşı da müəyyən təcavüzkar niyyətini ortaya qoyur. Son zamanlar təkcə Ukrayna, Moldova ilə deyil, bundan əvvəl də Gürcüstanla müharibə aparıb. Eyni zamanda, Cənubi Qafqaza baxışları adekvat sayıla bilməz. Türkiyə ilə münasibətlərdə soyuqluq yarada biləcək hərəkətlərə yol verib. Rusiyanın indiki siyasəti uzağı görməyən, dünya xalqları ilə qarşıdurmaya aparan siyasətdir. Bu siyasət Rusiyanın dünyada təklənməsinə gətirib çıxarır”.
Politoloq bildirib ki, Ukrayna ilə müharibə rus ordusunun məhv edilməsi prosesini xeyli sürətləndirir. “Zənnimcə, bu müharibədə Ukrayna Rusiyanı darmadağın edib sıradan çıxara biləcək, öz torpaqlarını azad edəcək. Bu məğlubiyyət Rusiyanın daxilində dağıdıcı proseslərə səbəb olacaq. Rusiya az qala yeni imperiya təsəvvürləri ilə Ukraynaya təcavüz etmişdisə, özünün daxilində ciddi dağılma və parçalanma prosesinə rəvac verəcək. Nəticə etibarilə Rusiya dünyanın tanıya bilməyəcəyi qədər dəyişəcək və regional gücdən əyalət dövlətinə çevriləcək. Bu proseslərin qarşısı alınmazdır. Cənubi Qafqazda münasibətləri qarışdırmağa davam edən, Azərbaycana qarşı davakar bəyanatlar səsləndiribsə, gələcəkdə bütün bunlar bumeranq effekti ilə Rusiyanın özünə qayıdacaq. Rusiya bu etdiklərinə görə ciddi peşmanlıq keçirəcəkdir”, - deyən Q.Hüseynlinin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammitində verdiyi qərarlar Rusiyanı əməlli-başlı çaşdırıb: “Bu günə qədər Rusiyanın istinad etdiyi sanballı dövlət Türkiyə idi. Amma Türkiyə artıq NATO ilə münasibətləri yüksək səviyyədə qurmağa çalışır və buna da nail olur. Üstəlik, həm İsveçin NATO-ya qəbul olunmasına, həm də Ukraynanın NATO standartlarına yaxınlaşmasına “hə” deyir. “Azov” alayının komandirlərinin geri qayıtması isə Rusiyada əməlli-başlı “soyuq duş” effekti yaradıb. Doğrudur, bunu lap yüksək səviyyədə üzə vurmaslar da, deputatlar və müxtəlif siyasətçilər səviyyəsində özlərinə xas formada hallandırmağa çalışırlar. Türkiyənin ünvanına hədə dolu bəyanatlar səsləndirirlər”.
O qeyd edib ki, hətta Rusiyada bəzi siyasətçilər Türkiyəni qeyri-dost ölkələr siyahısına daxil etməyi təklif edir: “Amma Dmitri Peskov dərhal onların cavabını verib. Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Türkiyənin Rusiyaya etdiyi yaxşılıqlar daha çoxdur. Ona görə də Türkiyə ilə münasibətlər davam etdirilməlidir. Rusiya özünün ədalarından qalmır. Bu dövlətin Cənubi Qafqazdakı davranışları da birmənalı qiymətləndirilə bilməz. Hətta deyərdim ki, bəzi hallarda təxribatların qızışdırılmasında da əhəmiyyətli rol oynayır. Qarabağdakı erməniləri qızışdırmaqla regionda konfliktin uzanmasında maraqlı kimi görünür. Brüssel görüşü ərəfəsində bu kimi təxribatların daha da intensivləşməsi isə təsadüfi deyildi. Göründüyü kimi, Rusiya özünün avantürist siyasətini davam etdirir. Amma Azərbaycan təmkinli davranır. Ermənistan Rusiyanın oyuncağı kimi bir çox məsələlərdə onunla hesablaşsa da, Qərbin ermənilərə ciddi nəzarəti var”.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

