BQXK-nın “operativliyi”
01.08.2023 [11:14]
İyulun 29-da Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi vasitəsilə Qarabağdan Ermənistana getmək istəyən hərbi cani Vaqif Xaçaturyan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Beynəlxalq axtarışa verilən bu cinayətkara qarşı konkret maddələrlə ittiham irəli sürülüb. Hazırda Ermənistan və onun havadarları Xaçaturyanın qanuni həbsini manipulyasiya predmetinə çevirmək istəyirlər. Amma bütün bunlar əbəsdir.
Təşkilatın erməni təəssübkeşliyi
V.Xaçaturyan həbs edildikdən sonra məhkumla beynəlxalq humanitar hüquqa uyğun davranılır. Ona ilk baş çəkənlər sırasında Beynəlxalq Qırmızı xaç Komitəsi (BQXK) də var. Belə ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın verdiyi məlumata görə, BQXK əməkdaşları saxlanıldığı gün V.Xaçaturyana baş çəkiblər. Həmin şəxsə ailəsi ilə əlaqə üçün şərait yaradılıb. BQXK-nın belə “operativliyi” maraq doğurur. Bu, onunla əsaslandırılır ki, mandatına uyğun olaraq BQXK, başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. Təşkilatın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.
Təəssüf ki, BQXK azərbaycanlı əsir və girovlarla, itkin düşmüş şəxslərlə eyni operativliklə heç vaxt maraqlanmayıb. Bu da onunla bağlıdır ki, təşkilat öz mandatına uyğun fəaliyyət göstərdiyini, hər hansı tərəf tutmadığını bəyan etsə də, əslində “erməni təəssübkeşliyi” ortadadır. Buna sübut olaraq, BQXK-nın ermənilər tərəfindən girov götürülmüş və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı o qədər də narahat olmamasını göstərmək olar. Təşkilat hələ də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələni araşdırmır. Azərbaycan tərəfinin bu mövzu ilə əlaqədar çoxsaylı müraciəti cavabsız qalır. Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərin içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülüb və ya vaxtilə işğal edilmiş ərazilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.
BQXK itkin düşmüş azərbaycanlıların taleyi ilə niyə maraqlanmır?
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 54 hərbçi o dövrdə BQXK vasitəsilə ailələri ilə əlaqə saxlasalar da, sonradan onların talelərinin necə olması ilə bağlı hər hansı məlumat verilməyib. BQXK bu hərbi cinayətin araşdırılması istiqamitəndə heç bir səy göstərməyib. Digər tərəfdən, BQXK 2014-cü ildə DNT məlumat bazasını yaratmasına baxmayaraq, itkin düşən soydaşlarımızın işinə hər hansı xeyri olmayıb. Bu da BQXK-nın itkin düşən azərbaycanlıların taleyinə biganə yanaşmasının və öz mandatına uyğun fəaliyyətdə olmamasının göstəricisidir.
Bütün bunların fonunda BQXK hazırda Ermənistanın və Qarabağ separatçılarının təxribatlarına rəğmən Laçın yolunun digər nəqliyyat vasitələri üçün də açılması yönündə “canfəşanlıq” edir. Erməni təəssübkeşliyinin nəticəsidir ki, təşkilat humanitar missiya adı altında qaçaqmalçılığa da şərait yaradıb. İyulun 11-də Dövlət Sərhəd Xidmətinin açıqladığı məlumat da bunu təsdiqləyir. Laçın nəzarət-buraxılış məntəqəsi fəaliyyətə başladığı vaxtdan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri “humanitar missiyanın” başqa məqsədlərə də xidmət etdiyini aşkara çıxardı. Məsələ ilə bağlı BQXK-nın açıqlaması onların qanunsuz əməllərinə heç bir haqq qazandıra bilməz.
BQXK-nın bu “canfəşanlığı” erməni təəssübkeşliyinin nümunəsidir. “Humanitar qaçaqmalçılıqla” məşğul olmaqla yanaşı, hərbi cani V.Xaçaturyanı da operativ ziyarət edən təşkilat yaxşı olardı ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının da taleyi ilə daha fəal maraqlansın. Əgər belə olarsa, BQXK öz missiyasını vicdanla yerinə yetirmiş olar.
NARDAR
Xəbər lenti
Hamısına baxSiyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39

