Bakıda "Sərhədləri aşaraq uşaqları qoruyaq" adlı beynəlxalq konfrans keçirilib
30.09.2011 [11:06]
G.Əhmədova insan alveri ilə mübarizə sahəsində ölkədə aparılan işlərin uğurlu nəticəsindən danışıb, bütün dünyada, habelə Azərbaycanda terror qurbanı olan günahsız uşaqlarla bağlı başlanılmış “Don’t kill children!” beynəlxalq layihəsini konfrans iştirakçılarına təqdim edib.
Konfransda ABŞ-ın “Children Uniting Nations” təşkilatının rəhbəri, ictimai-siyasi xadim, yazıçı xanım Daphna Edvards Ziman təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O, “Gray Zone” kitabının yaranma səbəblərindən danışıb, Azərbaycan hökuməti və QHT-lərlə uşaq siyasəti sahəsində sıx əməkdaşlıq etmək arzusunda olduğunu bildirib.
Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, ABŞ-ın ölkəmizdəki səfirinin xanımı Zeyno Baran, parlamentin deputatlarından Asim Mollazadə, Qənirə Paşayeva və başqaları dünyada uşaq hüquqlarının qorunması və bu sahədə beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıblar. Həmçinin, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülmüş işlər, Milli Məclisdə qəbul olunmuş qanunvericilik aktları, beynəlxalq təşkilatlarla əməkdaşlıq da nəzərə çarpdırılıb.
Konfransda diqqəti çəkən məqamlardan biri də “Qarabağın gənc səfirləri”nin çıxışları olub. Onlar ingilis dilində çıxış edərək xarici qonaqlara Qarabağ həqiqətlərini çatdırıblar.
Daha sonra tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində çəkilmiş klip nümayiş etdirilib.
Tədbirin sonunda Respublika Uşaq Təşkilatı (Azərbaycan) və Children Uniting Nations (ABŞ) arasında qarşılıqlı əməkdaşlığa dair niyyət müqaviləsi imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Gülər Əhmədova, ABŞ tərəfdən Daphna Edvards Ziman imzalayıblar.
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40

