Azərbaycan qətiyyətlidir!
05.08.2023 [10:30]
Nardar BAYRAMLI
Paşinyan dünya ictimaiyyətini aldatmağa çalışsa da, bu, baş tutmayacaq
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Belə ki, o, avqustun 3-də hökumətin iclasında çıxışı zamanı iddia edib ki, guya Laçın dəhlizinin “qanunsuz blokadası” nəticəsində Qarabağda “humanitar böhran” günü-gündən daha da ağırlaşır. O, iclasda, həmçinin Ermənistanın “humanitar yük” oyunu, beynəlxalq axtarışa verilmiş Vaqif Xaçaturyanın həbs olunmasını erməni xislətinə uyğun şərh edib.
Azərbaycanın Xarici İşlər Nazirliyi isə N.Paşinyanın iddialarını əsassız hesab edib. Bununla bağlı nazirliyin açıqlamasında bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 3-də hökumətin iclasında çıxışı zamanı növbəti dəfə “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirmək cəhdləri etməsi rəsmi İrəvanın iki ölkə arasında normallaşma prosesinə müsbət töhfə vermək əvəzinə, vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir. Qeyd olunub ki, Ermənistan tərəfinin iyunun 15-də Azərbaycan tərəfindən tikilmiş Həkəri körpüsündə, Azərbaycanın suveren ərazisində Azərbaycan bayrağını ucaldan sərhədçilərimizə atəş açmasının baş nazir N.Paşinyanın Azərbaycan tərəfindən təxribat kimi təqdim etməsi bir daha Ermənistanın həyata keçirdiyi təxribatlara bəraət qazandırdığını nümayiş etdirir.
“Humanitar yük”, yoxsa təxribat?
Azərbaycanın Laçın yolunu bağladığı iddiasının heç bir əsasının olmadığı məlumdur. Azərbaycan Ermənistanın “humanitar yük” adı altında əvvəllər hərbi texnika və bir sıra digər qanunsuz daşınmalara cəlb olunmuş nəqliyyat vasitələri ilə Azərbaycana ölkəmizin icazəsi olmadan yüklərin daşınmasının qəbuledilməzliyini dəfələrlə diqqətə çatdırıb. “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti ölkəmiz tərəfindən tənzimlənir və Ermənistanın ərazilərimizə son üç ilə yaxın dövrdə qanunsuz fəaliyyətlər üçün sui-istifadəni davam etdirdiyi Laçın yoluna girişə və çıxışa nəzarət üçün olduqca böyük əhəmiyyət daşıyır. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib.
Ötən il oktyabrın 6-da Praqa görüşündə təsdiq olunduğu kimi, 1991-ci il Alma-Ata Bəyannaməsinin Azərbaycan ilə Ermənistan arasında sərhədləri müəyyənləşdirdiyini, Alma-Ata Bəyannaməsinin delimitasiya üçün əsas kimi qəbul olunduğunu bəyan edən baş nazir Nikol Paşinyanın, eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi, ərazilərimizdə Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimi təbliğ etməsi rəsmi İrəvanın ərazi bütövlüyü və suverenliyə, eləcə də delimitasiya prosesinə sadiq olmadığını nümayiş etdirib.
Paşinyanın Xaçaturyan “sevgisi”
XİN insanlıq əleyhinə cinayət törətmiş şəxs olan Vaqif Xaçaturyanın həbsi ilə bağlı ictimaiyyəti yanlış yönləndirən Ermənistan tərəfinə bir daha xatırladıb ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur. Bu şəxsin həbsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir. Diqqətə çatdırılıb ki, Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi, həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir.
İrəvan öhdəliklərinə əməl etməlidir
Ümumiyyətlə, Azərbaycanın dəfələrlə Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Eyni zamanda, ölkəmiz dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən beynəlxalq nəqliyyat şəbəkəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin yaradılması istiqamətində səylər göstərir. Son aylar ərzində Ermənistan və Azərbaycan arasında birbaşa dialoq da daxil olmaqla təmaslarda dinamikanın artmasına baxmayaraq, Ermənistan, görünür, danışıqların imitasiyasına dair keçmiş təcrübəsinə sadiq qalır və öhdəliklərini yerinə yetirmək əvəzinə, tez-tez təxribatlara əl atır, gərginlik yaradır və Azərbaycanla davam edən normallaşma prosesinə xələl gətirir. Bütün bunların fonunda Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarının təhlükəsizliyinə qarşı hər hansı təhdidləri dəf etməkdə qətiyyətlidir. Ona görə də, Ermənistan sülh prosesinə xələl gətirən addımlardan çəkinməlidir.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11

