Ermənilərin Manhetten 760 təxribatı baş tutmadı
18.08.2023 [00:05]
Deputat: Eyni addımı Xankəndi üçün də ata bilərik...
Y.SAHİB
Ermənistanın sülh danışıqlarından yayınması, siyasi manipulyasiyalarla məşğul olması müəyyən dərəcədə başa düşüləndir. Heç bir millət, dövlət bizim qədər erməniləri tanıya bilməz. Onların “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi ilə bağlı qaldırdığı hay-küy və şou əslində, Qarabağda erməni silahlı dəstələrinin mövcudluğuna hesablanıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının müvafiq bəndinə görə, qeyri-qanuni silahlı dəstələr Qarabağdan çıxarmalı idi. Amma bu günə qədər də onlar bu bəndin tələbini yerinə yetirməyib. Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasəti nəticəsində hələlik heç bir nəticə vermir.
Nyu-Yorkdakı həmvətənlərimizə hücum
Avqustun 16-da ABŞ-ın Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçiriblər. Aksiya Ermənistanın Azərbaycanın Laçın yolunu bağlamaqla “humanitar böhran” yaratdığına dair iddialarına etiraz məqsədi ilə baş tutub.
Ermənilər dinc aksiya keçirən həmvətənlərimizə qarşı təxribat törədiblər. Bir neçə erməni əllərində plakatlar və qondarma bayraqlarla azərbaycanlılara hücum edib. Onlar yoldan keçən maşınların qarşısını kəsib və həmvətənlərimizə təzyiq göstəriblər.
Nyu-York polisi BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən həmvətənlərimizə qarşı təxribat törədən erməniləri sorğuya çəkib. Əraziyə gələn polis əməkdaşları şikayətçi tərəfləri dinləyib, hadisəyə dair foto və videoları incələyib. Polis həmvətənlərimizə qarşı təxribat törədən Cobanyan Sulyanı həbs edib.
Beləliklə, BMT-nin mənzil-qərargahı önündə Nyu-Yorkda yaşayan həmvətənlərimiz tərəfindən erməni yalanlarına qarşı təşkil olunan etiraz aksiyası yekunlaşıb.
Ermənilərin humanitar aksiya şousu
Millət vəkili Elman Məmmədov mövzu barədə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ermənilər Xankəndiyə silah-sursat daşımaq üçün keçid məntəqəsinin ləğv edilməsini istəyir. Deputat qeyd edib ki, onlar beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün humanitar aksiya şousu yaradırlar: “Heç kəs təminat verə bilməz ki, Ermənistanın Xankəndiyə göndərəcəyi yük maşınları ilə silah-sursat daşınmayacaq. Qırx dörd günlük Vətən müharibəsindən sonra ermənilərin Qarabağda minalar basdırdıqlarının şahidi olmuşuq. Müharibədən sonra bizim çoxlu sayda hərbçi və mülki şəxslərimiz minaya düşərək yaralanıblar, həlak olublar. Prezident, Ali Baş Komandan İlham Əliyev çox doğru olaraq “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasına göstəriş verdi. Bu, vaxtında atılmış bir addım idi. Ərazi bütövlüyü bizim üçün prinsipial məsələdir. Burada hər hansı güzəştdən söhbət gedə bilməz. BMT tərəfindən tanınan sərhədlərimiz çərçivəsində biz istənilən nöqtədə nəzarət-buraxılış məntəqəsi yarada bilərik. Beynəlxalq Ədalət Məhkəməsi də bu məsələdə Azərbaycanın maraqlarına uyğun qərar verdi, Ermənistanın müraciətini isə rədd etdi”.
Onların xisləti budur...
Millət vəkilinin sözlərinə görə, həmvətənlərimizin BMT-nin mənzil-qərargahı önündə keçirdiyi aksiya zamanı ermənilər tərəfindən təzyiqə məruz qalması heç də təəccüblü hal deyil: “Çünki ermənilərin xisləti budur. Onlar hər zaman soydaşlarımıza qarşı müxtəlif təzyiq vasitələrinə əl atıblar. Həmvətənlərimiz haqlı olaraq və dinc şəkildə aksiya keçirib. Bir nəfər erməninin Nyu-York polisi tərəfindən həbs olunması isə haqlı mövqeyimizi bir daha sübut edir. Ermənilər hər zaman revanşist ideyalarla yaşayıb, Azərbaycana qarşı qanunsuz, absurd iddialar irəli sürüblər. Ermənistanın bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” ilə bağlı əsassız iddiaları ikrah doğurur. Ermənistan Laçın yolundan sui-istifadə etdiyi üçün Azərbaycanın haqlı məhdudiyyətləri ilə üzləşib. Ermənistanın rəsmi Bakının qanuni addımlarını “blokada”, “təzyiq” kimi dünyaya təqdim etməyə çalışması ciddi qəbul olunmur”.
Səbrimiz tükənməz deyil...
E.Məmmədov qeyd edib ki, Ermənistandakı və xaricdə yaşayan revanşist qüvvələr istəyirlər ki, sülh prosesi uzansın: “Təbii ki, bizim səbrimiz tükənməz deyil. Necə ki, 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatlara start verərək 30 il işğal altında qalan torpaqlarımızı azad etdik. Eyni addımı Xankəndi üçün də ata bilərik. Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ məsələsində heç zaman geri addım atmamışıq. Həmişə qabağa getmişik. Qarabağdakı erməni separatçılarının tör-töküntüləri elə zənn etməsinlər ki, Azərbaycan dövləti onların qanunsuz hərəkətlərinə, qıcıq doğuran, konstitusion dövlət quruluşumuza yönələn təhdidlərinə uzun müddət səssiz qalacaq. Biz imzamıza hörmət edən dövlətik. Əgər ermənilər Azərbaycanın humanistliyini düzgün dəyərləndirə bilməsə, yeni iddialar irəli sürsələr, o zaman ordumuz onlara layiq olduqları cavabı verəcək”.
Deputat vurğulayıb ki, bu gün beynəlxalq ictimaiyyətin Ermənistanın təxribatlarına adekvat reaksiya verməsi olduqca önəmlidir: “Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymaq əvəzinə, təxribatlarla məşğul olması onlara yaxşı heç nə vəd etmir”.
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22

