Qeyri-ciddi “dəvətin” görünməyən tərəfləri...
06.09.2023 [11:35]
NATO çağırışları Ermənistana nə vəd edir?
Ermənipərəst xor fərqli istiqamətlərdən İrəvana “dəstəyini” nümayiş etdirmək üçün ağlagəlməz gülünc fikirlər səsləndirir, dəvətlər edir, “ürək-dirək” verirlər. Bunların içində ən “görkəmlisi” isə Avropa NATO İnkişaf Komitəsinin sədri Günter Felingerin Ermənistanı alyansa qoşulmağa çağırışı oldu. Xarici agentliklərin yaydığı məlumata görə, Felinger bu barədə tvitter (hazırkı X) sosial şəbəkəsindəki hesabında yazıb. “Nikol Paşinyan, mən Ermənistanı NATO-ya üzv olmağa çağırıram. Co Bayden, Ermənistanı qoruyun”, - deyə Günter Felinger qeyd edib.
NATO işçisinin gülüş doğuracaq çağırışı
Maraqlıdır ki, bu “dəvət”in arxasında yatan məqamlar olduqca genişdir. Bu məsələni bir neçə fərqli rakursdan qiymətləndirmək mümkündür. Təbii ki, birinci qənaət ondan ibarətdir ki, bu dəvət qeyri-ciddi xarakter daşıyır:
- Hər yerindən qalxan NATO “işçisi” hansısa dövləti buraya dəvət edə bilməz və bu addım sadəcə, gülüş obyekti olmağa yarayar;
- NATO avtobus deyil ki, hər “yerdəki sərnişini” mindirmək üçün “saxlayasan”;
- Günter Felinger “prosedur qaydalarını” primitivcəsinə “unudur”...
- NATO ordusu 2020-ci ildə dağıdılmış Ermənistan, hansı “hərbi gücü” ilə göz oxşayır ki, onu bu alyansa dəvət edələr?
Beləliklə, ilk qənaət kimi bu “çağırışın” qeyri-ciddi mahiyyəti ortaya çıxır ki, bu da ən real mənzərədir.
KTMT-dən “yaxa qurtarmaq” planı...
Amma nə sirdirsə, bu çağırış Ermənistan daxilində mühüm müzakirələrə yol açıb. NATO “işçisi”nin indiki məqamda belə bir fikir səsləndirməsi birmənalı qarşılanmır-hər kəs anlayır ki, Ermənistan hazırda KTMT üzvüdür və bu qurumun daxili nizamnaməsinə görə, KTMT üzvü olan dövlətlər başqa hərbi bloka qoşula bilməz. Bu mənada, bəzi siyasi mütəxəssislər bu “çağırışı” Ermənistanın KTMT üzvlüyündən “can qurtarmaq üçün” bir oyun olduğunu iddia edirlər. Başqa sözlə, Paşinyan hakimiyyəti bu perspektivi olmayan “çağırışı” əsasən də KTMT məngənəsindən yaxa qurtaracağına inanır. Hazırki hakimiyyətin yaranan situasiyadan qurtulmaq üçün “çayda saman çöpü axtarması” sirr deyil. İrəvanda baş tutan mitinqlər vəziyyətin ciddiliyindən xəbər verir və “Qərbə inteqrasiya” yolunu inkar edən siyasi qüvvələr əməlli-başlı aktivləşdiriliblər. Beləliklə, səslənən bu qeyri-ciddi çağırış əslində Paşinyan hakimiyyəti üçün “nəfəslik” rolunu oynaya bilər kimi iddialar səsləndirilir.
Ermənipərəst “orkestrin” qorxusu...
Vurğulandığı kimi son dövrlərdə İrəvanda vəziyyət qarışıb. Hətta sentyabrın 2-də baş tutan mitinqdə eks-prezidentlər Köçəryanın və Sarkisyanın aktiv iştirakı mühüm iddialara yol açıb. Araik Arutyuyanın revanşist komandaya yaxın şəxslə “əvəzlənməsi” prosesin İrəvana transformasiya edildiyi iddiasını ortaya qoyur - Qərb mənbələri, xüsusilə Fransa “SOS” siqnalı səsləndirərək Ermənistanı “itirmək üzrə” olduqlarını önə çəkirlər. Bunun nəticəsidir ki, Avropanın ermənipərəst “orkestri” aylardır ki, özünü həlak edir - gah BMT TŞ müstəvisində, gah da Aİ çrəçivəsində İrəvana nəyisə “qazandırmağa çalışırlar”. Təbii ki, buna nail ola bilmirlər və bu onların həm də Ermənistan daxilində siyasi dayaqlarını itirmələrinə, uduzmalarına yol açır - son çarə Ermənistanın NATO üzvlüyü kimi gülünc bir iddianı ortaya atmağa qalıb. Hətta bunu “reallışdırmaq üçün” Paşinyana dediklərini danmağı belə “əmr edirlər”...
Türkiyə amili...
NATO üzvlüyü məsələsi ilə bağlı prosedur isə heç də asan məsələ deyil - bunu yalan və ya dezinformsasiya ilə mümkünləşdirmək olmur. Birincisi, İrəvanın NATO “üzvlüyü” heç bir halda real görünmür. Hətta bunu “mümkün” saysaq, üstəgəl bu amildən Azərbaycana qarşı istifadə imkanlarını araşdırmağa çalışsaq belə, yenə “dalana dirənilir” - NATO-da Türkiyə faktoru var. Aylardır ki, haqlı tələbləri ilə İsveçin NATO-ya daxil olmasını mümkünsüz edən Türkiyə Ermənistanın Alyans üzvü olmasına icazə verərmi? Və ya Alyansın gücündən Azərbaycana qarşı istifadə olunmasına şərait yaradarmı? Axı, dolayısı ilə bu gün Şimali Atlantika Bloku Azərbaycanla müttəfiq sayılır - Şuşa Bəyannaməsi ilə Azərbaycanın strateji müttəfiqi olan Türkiyə rəsmi Bakının maraqlarını qorumaq üçün hərbi gücdən belə istifadə etməkdə sərbəstdir. Bu isə o deməkdir ki, Türkiyənin hər hansı bir aktiv hərbi əməliyyatlara başlaması ilə NATO ona qanunən dəstək verməlidir.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, İrəvanın “çıxış yolu” axtarışları “mümkünsüz sahələrdə” aparılır. Bu boyda yalanı, dezinformasiyanı və əsassız mənzərəni formalaşdırmadansa İrəvanın real çıxış yolu var - Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı sülhü imzalamaq, sərhədləri müəyyənləşdirmək və Cənubi Qafqazda təhlükəsizliyə təhdidin aradan qalxmasını təmin etmək. Belə olan halda, heç bir əlavə manipulyasiyalara ehtiyac qalmayacaq. Real iqtisadi, siyasi əməkdaşlıq platformalarının qapısı məhz bundan sonra Ermənistanın üzünə açılacaq...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

