Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ziyafət Əsgərov: Fransa parlamentinin bu addımı Azərbaycan-Fransa münasibətlərinə də təsir göstərə bilər

Ziyafət Əsgərov: Fransa parlamentinin bu addımı Azərbaycan-Fransa münasibətlərinə də təsir göstərə bilər

21.12.2011 [01:45]

“Qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun parlamentin gündəliyinə daxil edilməsi və müzakirə olunması Fransa demokratiyasına böyük təhqirdir. çünki ən azı hər insanın bir düşüncə tərzi, düşüncə azadlığı var. İnsanları necə məcbur etmək olar ki, “erməni soyqırımı” iddialarının həqiqi olduğunu qəbul etsin? İnsanları bunu inkar etdiklərinə görə necə cinayət məsuliyyətinə cəlb etmək olar?” APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov verib. O, Fransa parlamentinin belə bir məsələni müzakirə etməsini absurd hal kimi dəyərləndirib: “Hesab edirəm ki, bu addım Türkiyə ilə Fransa arasında münasibətlər baxımından yaxşı heç bir şey vəd etmir. çünki, bu, Türkiyəyə təzyiqdir. Ermənilərin bədbəxtliyi ondadır ki, bu cür məsələlərdə onlardan istifadə edirlər. Ermənilər birdəfəlik istifadəyə yararlı olduqlarına görə həmişə belə hallarda onlardan istifadə olunur. Onlar özləri də belə vəziyyətlərdən çıxa bilmirlər, çünki mahiyyət etibarilə bu cür millətdirlər. Belə bir situasiyadan istifadə edib Türkiyəyə təzyiq göstərmək heç bir əxlaqa və heç bir beynəlxalq normaya sığmayan məsələdir. Ona görə də mən bu halı qəti pisləyirəm. Hesab edirəm ki Fransa parlamentinin bu addımı müəyyən mənada Azərbaycan-Fransa münasibətlərinə də təsir göstərə bilər”.
Paylaş:
Baxılıb: 810 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30