ABŞ-Ermənistan hərbi təlimləri: Rusiya üçün ikinci cəbhə açıla bilərmi?
13.09.2023 [11:20]
Xəbər verildiyi kimi, sentyabrın 11-də Ermənistan ABŞ sülhməramlıları ilə birgə “Eagle Partner 2023” birgə təlimlərinə başlayıb. Təlimlərin açılış mərasimi İrəvan yaxınlığındakı Zar təlim mərkəzində baş tutub. Təlimlərdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edir. Təlimlər sentyabrın 20-dək davam edəcək.
Görünən və görünməyən tərəflər
ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığından bildirilib ki, təlimlər hər iki ölkəyə taktiki səviyyədə əlaqələr qurmağa və sülhməramlı əməliyyatlar üçün bölmələrin qarşılıqlı işləmə qabiliyyətini artırmağa imkan verəcək. Ermənistanın müdafiə nazirliyi də oxşar məzmunlu açıqlama ilə çıxış edib. Bunlar bəhs olunan hərbi təlimlərin, necə deyərlər, görünən tərəfləridir. Hər iki tərəf regiondakı indiki həssas məqamda birgə hərbi təlimlərin keçirilməsinə “sülhyaratma missiyası” ilə bəraət qazandırmağa çalışır.
Məsələnin görünməyən tərəfi isə bütün region üçün narahatlıq doğuran perspektivlərlə bağlıdır. Burada üç məqama diqqət yetirmək lazım gəlir. Məğlub Ermənistanda baş qaldıran revanşizmin birgə hərbi təlimlərin baş tutmasına səbəb olan əsas amillərdən biri kimi qeyd edə bilərik. Sülh prosesinin müəyyən qədər irəlilədiyi bir ərəfədə Ermənistanda revanşizm mövqeyindən çıxış edən qüvvələr fəallıqlarını artırıblar. Paralel şəkildə bu ölkədə hakimiyyətin də mövqeyinin sürüşkən olduğu sezilir. Ermənistan lideri üçtərəfli Bəyanata, Moskvada, Soçidə, Brüsseldə və Praqada keçirilən görüşlərdə əldə olunan razılaşmalara sadiqliyini bildirsə də, İrəvana geri qayıtdıqdan sonra, necə deyərlər, valın üzünü dəyişərək başqa mahnılar səsləndirir, manipulyasiyalara əl atır və beləliklə də, sülh prosesini əngəlləyir.
İkinci məqam xəyanətkar xislətli Ermənistanın Rusiyadan qopmaq, Qərbə yaxınlaşmaq istəyini özündə ehtiva edir. İndiyədək Ermənistan Rusiyadan hərtərərəfli şəkildə asılı olub. Bu ölkə mövcudluğuna görə məhz Rusiyaya borcludur. Bəs Ermənistanın minnətdarlığı nədən ibarətdir? - Xəyanətdən. Deyə bilərik ki, bu ölkədə sürüşkənlik, siyasi orientasiyanın dəyişməsi dövlət siyasəti səviyyəsinə yüksəldilib. Hazırda məlum səbəblərdən Rusiyada vəziyyət gərginləşib. Ermənistan isə öz ənənəvi xislətinə uyğun olaraq tabeçilik ünvanını dəyişməyə, hazırda ona istədiyi qədər yardım, dəstək göstərməyən Rusiyadan qopmağa cəhdlər edir. Eyni zamanda, hazırda N.Paşinyan Rusiyanı öz hakimiyyəti üçün ən böyük təhlükə sayır.
Üçüncü mühüm məqam Ermənistanın istəyi ilə Qərbin Cənubi Qafqaz siyasətinin üst-üstə düşməsi ilə bağlıdır. Cənubi Qafqazda Rusiyanı əvəzləmək və burada möhkəmlənmək Qərbin çoxdankı planlarına daxildir. Qərb dairələri Rusiyanın geostrateji mövqeyinin çətinləşdiyi, həmçinin N.Paşinyan iqtidarının sürüşkənliyi fonunda əzəli planlarının reallaşdırılması üçün ən uyğun zaman yetişdiyini düşünür.
Rusiyanın narahatlığı
Bütün bunlar Ermənistanda Rusiya üçün ikinci cəbhə açılması ehtimallarını gücləndirir. Rusiya ilə Ukrayna arasında münaqişənin alovlanmasının ssenarisini xatırlayaq: Ukrayna Rusiyanın təsir dairəsindən çıxmağı və Qərb strukturlarına inteqrasiyanı özünün strateji kursu kimi elan edir. Avropa İttifaqı (Aİ), Şimali Atlantika Alyansı (NATO) buna qarşılıq niyyətini ortaya qoyur. Bu, Rusiyada NATO-nun genişlənməsinin, konkret desək, onun sərhədlərinə yaxınlaşmasının növbəti mərhələsi kimi dəyərləndirildi. Müəyyən müddət davam edən danışıqlar dalana dirəndi və silahlar işə düşdü. Dağıdıcı münaqişə aylardır ki, davam edir və onun nə vaxt bitəcəyi bəlli deyil. İndi isə oxşar hadisələr Ermənistanda izlənilir.
Təbii ki, Rusiya baş verənlərə seyirçi qalmır. Birgə təlimlərə Rusiyadan kəskin etiraz özünü çox gözlətməyib. Ermənistanın ABŞ-la birgə keçirdiyi təlimlər rəsmi Moskvanın sərt reaksiyasına səbəb olub. Rusiya tərəfi bu təlimi dərindən araşdıracaqlarını və vəziyyəti izləyəcəklərini açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov ABŞ-Ermənistan hərbi təlimi ilə bağlı açıqlamasında “Ermənistanın hansı məqsədlər güddüyünü anlamaq lazımdır və bunu araşdıracağıq. Moskva İrəvanın yaxın tərəfdaşı olub və bundan sonra da olacaq. Problemlər ola bilər, ancaq bu məsələnin dialoq çərçivəsində həll edilməsi lazımdır”,- deyə bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38

