Çində səfərdə olan YAP nümayəndə heyəti bir sıra görüşlər keçirib
16.09.2023 [18:43]
Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.
Sentyabrın 15-də Pekində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin departament müdirinin müavini Li Cünfu ilə görüşü olub. Görüş zamanı Azərbaycan və Çin arasında münasibətlərin inkişafından söhbət açılıb. Vurğulanıb ki, milli maraqları əsas götürən, bərabərhüquqlu tərəfdaşlığa malik iki dost ölkə bir-birini beynəlxalq platformalarda dəstəkləyir. Qeyd olunub ki, Çin-Azərbaycan münasibətlərinin inkişafı və ÇKP ilə YAP arasındakı əlaqələrin dərinləşdirilməsi dövlət rəhbərlərinin diqqət mərkəzindədir. Görüş zamanı Cənubi Qafqaz regionundakı proseslər müzakirə olunub və bir daha Çinin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyi ifadə edilib.
Nümayəndə heyəti ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müşaviri Cao Şiton ilə də görüşüb. Görüşdə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərləri, eləcə də Səmərqənddə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşü xatırladılaraq Çin ilə münasibətlərin inkişafının Azərbaycanın xarici siyasətində mühüm yer tutduğu diqqətə çatdırılıb. Əməkdaşlığın hazırkı vəziyyətinin məmnunluq doğurduğu, əməkdaşlığın mühüm perspektivlərinin olduğu vurğulanıb. Bildirilib ki, ÇKP ilə YAP arasındakı intensiv dialoq Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfələr verir.
Görüşdə, həmçinin partiya quruculuğu və gənclər siyasəti sahəsində fikir mübadiləsi aparılıb, bu kontekstdə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Həmin gün nümayəndə heyəti ÇKP MK-nin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müşaviri Cao Şitonun adından verilən rəsmi qəbulda da iştirak edib. Mərasimdə qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.
Daha sonra nümayəndə heyətinin ÇKP MK Təşkilat şöbəsinin gənc kadrların hazırlanması departamentinin müdir müavini Sie Şenli ilə görüşü olub. “Partiyanın gənc nümayəndələrinin yetişdirilməsi” mövzusunda aparılan fikir mübadiləsi zamanı Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqqında ətraflı məlumat verilib, gənclərlə işin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, YAP sıralarında təmsil olunan gənclər cəmiyyət həyatının müxtəlif sahələrində, o cümlədən ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. Qarşılıqlı səfərlərin iki ölkənin hakim partiyalarının gəncləri arasında uğurlu əməkdaşlığın təmin olunması, fikir və təcrübə mübadiləsinin aparılması baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sentyabrın 16-da isə nümayəndə heyəti Çin Kommunist Partiyasının Muzeyini ziyarət edib. Muzeylə tanışlıq zamanı Çinin və ÇKP-nin tarixi haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, muzeydə ölkənin və partiyanın tarixini əks etdirən müxtəlif eksponatlar toplanıb və qiymətli, nadir kolleksiya nümunələri, stendlər mövcuddur. Nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov xatirə kitabına təəssüratlarını və ürək sözlərini yazıb.
Nümayəndə heyəti nadir tarixi-memarlıq abidələrindən və maddi mədəniyyət nümunələrindən olan Böyük Çin səddini də ziyarət edib. Məlumat verilib ki, ölkənin şərqindən qərbinə doğru uzanan və hər il milyonlarla turistin ziyarət etdiyi Böyük Çin Səddinin tikintisi 2 min ildən çox müddətdə tamamlanıb. Qeyd olunub ki, heyrətamiz mənzərəyə malik Böyük Çin Səddi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

