Azərbaycan uğurlu inkişaf yolunda
24.12.2011 [21:18]
Əsrimizin ilk prezident seçkilərində xalqımızın iradəsinə arxalanan, siyasətini milli maraqlarımızın tam təmin olunması üzərində quran, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını rəhbər tutan və regionda çox böyük nüfuza malik olan İlham Əliyevin dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Bütün sahələrdə köklü dəyişikliklərlə, xalqın rifah halının daim yaxşılaşdırılması, Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu mərhələ daxili və xarici siyasi kursumuzda möhtəşəm uğurlarla, nəhəng abadlıq və quruculuq işləri və dünyada bənzəri olmayan sıçrayışlı iqtisadi inkişafla yadda qalıb.
Azərbaycanın hərtərəfli və dinamik inkişafı, yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisinə nail olmaq, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli, diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı bu qlobal strateji xəttin prioritet istiqamətləridir. 2008-ci ildə Azərbaycan xalqı cənab İlham Əliyevi təkrar Prezident seçilməklə bir daha Heydər Əliyev siyasi kursuna inamını, etibarını ifadə etdi. ötən 8 il xalqın öz inamında yanılmadığını, bu tarixi seçimin Azərbaycanın taleyində nə qədər böyük rol oynadığını əyani şəkildə təsdiqlədi. Prezidentliyinin ilk günlərindən özünü görkəmli dövlət xadimi kimi təsdiqləyən İlham Əliyevin siyasi-psixoloji portretinin əsasını təşkil edən komponentlər Onun Azərbaycan siyasi arenası üçün son dərəcə uğurlu dövlət başçısı olduğunu sübut etdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin idarəçilik məktəbindən bəhrələnərək bu məktəbin daha da təkmilləşdirilməsinə təkan vermiş, onu müasir tələblər səviyyəsinə qaldırmışdır. ümummilli liderimizin xalqın etimadına və dəstəyinə arxalanaraq apardığı uğurlu daxili siyasət təcrübəsindən öyrənən cənab İlham Əliyev həmin yolu məharətlə davam etdirir. Onun bölgələrə səfərləri, ictimaiyyətin, sadə peşə adamlarının və əhalinin müxtəlif təbəqələri ilə görüşləri buna nümunədir. Mütəmadi keçirilən belə görüşlər zamanı dövlətimizin başçısı sadə xalqla təmasda olmaqla onların problem və qayğılarını öyrənir, əhalini narahat edən problemlərin həlli ilə bilavasitə özü yaxından tanış olur. Prezident özünün əsas vəzifələrini açıqlayarkən bəyan edib ki, bizim əsas arzu və istəyimiz insanlarımızın daha firavan yaşamasını təmin etməkdir. Odur ki, görülən bütün işlər, məhz, qüdrətli Azərbaycan dövləti və xalqı naminədir.
ötən illər ərzində ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güclü təkan verməklə, cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini özündə əks etdirib. Azərbaycan dövlətinin daxili və xarici siyasəti dünyada gedən geosiyasi və iqtisadi proseslər və bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq müəyyənləşdirilib.
Qloballaşma, sivilizasiyalararası dialoq, ümumbəşəri dəyərlərin tərkib hissəsi olan demokratik prinsiplər, eləcə də, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələn məsələlər Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəzəri bazasını və konseptual əsaslarını təşkil edib. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünyada daim möhkəmlənən mövqeyi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirən siyasət düzgün istiqamətdədir.
Ulu öndərimizin möhkəm təməllər üzərində həyata keçirdiyi müstəqil dövlət quruculuğu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox uğurla davam etdirilir. Müstəqil dövlət quruculuğunun əsas amillərindən biri dövlətin iqtisadi qüdrətinin artırılması, əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı fərmanlar, Onun Sərəncamı ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ölkəmizin hərtərəfli inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, 2003-cü il prezident seçkilərindən sonra iqtisadi siyasətin yeni prioritetləri, inkişaf perspektivləri müəyyənləşdirilmişdir. Bu istiqamətdə qlobal konsepsiya işlənib hazırlanmış, konkret dövlət proqramları qəbul olunmuşdur. Uğurlarımız isə göz qabağındadır. ötən səkkiz il ərzində iqtisadiyyatımızın artım tempi dünyada analoqu olmayan səviyyəyə yüksəlmişdir.
Dövlətimizin başçısı neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın inkişafını ən ümdə məsələ, prioritet vəzifə kimi qarşıya qoyub. Son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bütün bölgələrin, hətta ən ucqar kəndlərin belə tərəqqisi, müasir infrastrukturun formalaşması üçün bütün zəruri məqamları özündə əks etdirən mühüm sənəddir. Beş illik Dövlət Proqramının demək olar ki, 4 ilə yerinə yetirilməsi sayəsində bölgələrimizin siması büsbütün dəyişib, şəhərlə kənd arasında kəskin fərqlər aradan qaldırılır. Son illərdə yüz minlərlə yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin kəskin aşağı düşməsi rayon və kəndlərimizdə minlərlə sənaye və emal müəssisələrinin, yüksək standartlara cavab verən təhsil və səhiyyə ocaqlarının, xidmət obyektlərinin inşası uğurlarımızın yalnız bir hissəsidir.
Sahibkarlığın inkişafına güclü dövlət dəstəyi sayəsində Azərbaycanda yerli iş adamlarının fəaliyyəti son illər genişlənib. Hazırda onlara güzəştli kreditlərin verilməsi ilə yanaşı, sahibkarlara texniki yardımların göstərilməsi, “bir pəncərə” sisteminin tətbiqi və digər vacib məsələlər ölkədə bizneslə məşğul olmaq üçün gözəl şərait yaradıb. Son illər özəl sektora maliyyə yardımı iki dəfə artırılıb. Dövlətimiz iqtisadiyyatı hökumətin hansısa iqtisadi layihəyə birbaşa müdaxiləsi yolu ilə deyil, lazımi infrastrukturun və özəl sektorun sərmayəsi hesabına maliyyə mənbələrinin yaradılması vasitəsi ilə stimullaşdırır. Prezident İlham Əliyevin təbirincə desək, “əgər biz qarşıya böyük vəzifələr qoyuruqsa, yoxsulluqla mübarizə aparmaq, yeni iş yerlərinin açılmasına nail olmaq istəyiriksə, mütləq və mütləq dövlətlə özəl sektor çiyin-çiyinə işləməli, fəaliyyət göstərməli, bir-birinə kömək etməlidir”.
Bütün görülən tədbirlərin nəticəsidir ki, Dünya Bankının illik hesabatında 2008-ci ildə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahəsində həyata keçrilən islahatlara görə Azərbaycan Respublikası lider ölkə kimi tanınmışdır.
Son illərin nəticələri tam qətiyyətlə deməyə əsas verir ki, qazanılmış möhtəşəm nailiyyətlər möhkəm təmələ və iqtisadi potensiala söykənir. Aparılan geniş quruculuq və abadlıq işləri ölkəmizin hərtərəfli tərəqqisinə, dünyada lider səviyyəyə yüksəlməsinə səbəb olub. Qarşıda duran, istər iqtisadi-sosial sahədə, istərsə də digər istiqamətlərdə, - bütün vəzifələr öz həllini tapır. Son 8 ildə Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada lider ölkədir. Bu liderliyi əldə etmək və onu qoruyub saxlamaq çətin məsələdir. İldən-ilə iqtisadi potensialın artımına nail olmaq, onu yüksək səviyyədə saxlamaq çox böyük fədakarlıq tələb edir. Dövlətimizin başçısının vurğuladığı kimi, bu inkişaf bizim üçün çox böyük imkanlar açıb. Azərbaycan xalqı bu gözəl imkanlardan artıq bəhrələnir.
İqtisadi imkanları yüksək qiymətləndirilən Azərbaycan bu gün həyata keçirdiyi sosial-iqtisadi siyasətlə öz vətənlaşlarının rifah halını yüksəltməklə yanaşı, həm də beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkəmizdə gələn il üçün nəzərdə tutulan büdcə gəlirləri 16 milyard 436,4 milyon manat təşkil edir ki, bu da 2010-cu ilin icrası ilə müqayisədə 5 milyard 33.4 milyon manat və ya 44,1 faiz, 2011-ci ilin proqnozu ilə müqayisədə isə 882,2 milyon manat və ya 5,7 faiz çoxdur. Məhz bu amil qlobal maliyyə böhranının yenicə dəf olunduğu bir şəraitdə, eləcə də dünya bazarında neftin qiymətinin və aparıcı valyutaların məzənnələrinin sürətlə dəyişdiyi bir vaxtda Azərbaycan üçün inkişaf tendensiyasının yüksək təzahürü kimi dəyərləndirilir.
Sözsüz ki, artan iqtisadi imkanların əsas göstəricisi dövlət büdcəsində əksini tapan rəqəmlərdir. Belə ki, Azərbaycanın 2012-ci il büdcəsində xərclər 17 milyard 72 milyon manat nəzərdə tutulub ki, bu da iqtisadiyyatın bütün bölmələrində layihələrin davamlılığı üçün əhəmiyyətli dərəcədə zəmin yaradır. Gələn il dövlət büdcəsi xərclərinin 2010-cu illə müqayisədə 44,4 faiz, 2011-ci ilin proqnozu ilə müqayisədə isə 6,5 faiz artacağı nəzərdə tutulur. Dövlət büdcəsinin xərclərinin üDM-ə nisbəti isə 39,1 faiz səviyyəsində proqnozlaşdırılır ki, bu da 2011-ci ilə nisbətən 1,5 faiz çoxdur. Eyni zamanda qeyd etmək yeninə düşər ki, ölkəmizin valyta ehtiyatları da 40 milyard ABŞ dollarını keçmişdir.
Gələn ilin büdcə zərfində xərclərin strukturuna diqqət yetirsək burada sənaye, sosial müdafiə və hərbi xərclərin böyük üstünlük təşkil etdiyini görmək olar. İqtisadi fəaliyyətlə bağlı bölmələrdə də xərclərin artırılması nəzərdə tutulur. Belə ki, 2012-ci ildə büdcənin iqtisadi fəaliyyət xərcləri 2011-ci illə müqayisədə 56,3 faiz artırılmaqla 185,9 milyon manata çatdırılacaq. Bu bölmə üzrə ən böyük artım sahibkarlığın inkişafı ilə bağlı tədbirlərə ayrılan vəsait olacaq - 2012-ci ildə büdcədən Sahibkarlığa Kömək Milli Fonduna 90,1 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da 2011-ci illə müqayisədə 2,6 dəfə, 2010-cu ildə olduğundan isə 2 dəfə çoxdur. Eyni zamanda, dövlət digər mənbələr və Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına kiçik və orta sahibkarların maliyyə təminatını daha da yaxşılaşdırılması nəzərdə tutulur.
Göründüyü kimi, Azərbaycanın iqtisadi imkanlarının günü-gündən artması sosial proqramların icrasına zəmin yaradır. Bu gün ölkəmizin hərtərəfli inkişafı hər bir vətəndaşın həyatında, maddi güzəranında özünü aydın şəkildə göstərir. ölkədə aparılan sosial siyasət uğurla davam etdirilir. Rəqəmlərə nəzər salaq. ötən dövrdə əhalinin pul gəlirləri 19 faiz artıb. Əgər bu rəqəmi infliyasiya ilə müqayisə etsək, görərik ki, əhalinin gəlirləri inflyasiyanı iki dəfədən çox üstələyir. Bu il 900 minə yaxın pensiyaçının təqaüdü orta hesabla 40 faiz artıb. Bütövlükdə götürsək, 9 ayda Azərbaycanda pensiyaların səviyyəsi 35 faiz artıb.
ünvanlı dövlət sosial yardımı üzrə proqram da yüksək səviyyədə icra olunur. Belə ki, əhalinin aztəminatlı təbəqəsinə verilən ünvanlı sosial yardım davam etdirilir, yeni təhsil, səhiyyə, idman-sağlamlıq ocaqlarının tikintisinə ara verilmir. Həmçinin, ölkə iqtisadiyyatının inkişafına söykənən quruculuq, abalıq işləri geniş vüsət alıb. Son illərdə dövlət büdcəsinin 10 dəfə artırılması, yoxsulluq səviyyəsinin qısa müddətdə 49 faizdən 9 faizə endirilməsi ürəkaçan sosial göstəricilərdir. Bu onu göstərir ki, hətta dünyanı bürüyən qlobal maliyyə böhranına baxmayaraq Azərbaycanda yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb.
Əməkhaqlarının, pensiyaların mütəmadi artırılması, aztəminatlı ailələrə müavinətlərin verilməsi, şəhid ailələrinə və müharibə veteranlarına edilən maddi yardımların çoxalması dövlətin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının parlaq təzahürüdür. Aztəminatlı sosial təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə minimum aylıq əməkhaqının məbləği, işsizlik müavinətinin, peşə hazırlığı müddətində işaxtaran və işsiz vətəndaşlara ödənilən təqaüdün minimum məbləği, işləməyən əmək pensiyaçılarına ödənilən pensiya və müavinətlərin ümumi məbləğinin minimum həddi mütəmadi olaraq artırılır. Bu günlərdə dövlət başçısı İlham Əliyevin əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə imzaladığı Sərəncama əsasən minimum əmək haqqlarının məbləği 2011-ci il dekabrın 1-dən etibarən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilib. Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən bir çox sahələrdə çalışan insanların aylıq vəzifə maaşlarının dekabrın 1-dən 10 faiz artırılması barədə də Sərəncam imzalayıb. ümumiyyətlə, hər il dövlət büdcəsinin xərclər bölümünün tərtibi zamanı sosial müdafiəyə ehtiyacı olan təbəqəyə xüsusi diqqət göstərilir. Bu kateqoriyaya aid insanların sosial müdafiəsinə ayrılan məbləğ ildən-ilə artırılır. 2010-cu ilin dövlət büdcəsində sosialyönümlü xərclərin çəkisi 34,4 faiz (3 milyard 878 milyon manat) təşkil edib ki, bu da 2009-cu ilin büdcəsindəki göstəricidən təxminən 1,8 faiz çoxdur. 2011-ci ildə isə sosialyönümlü xərclərin dövlət büdcəsindəki xüsusi çəkisi 33,3 faiz (4 milyard 234 milyon manat) təşkil edib ki, bu da ötən illə müqayisədə 8,8 faiz çoxdur.
Müstəqil Azərbaycan dövləti bu gün regionda reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı, əsas iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tam gücü ilə işə düşməsi Azərbaycanın həm də dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsi sayılmalıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji sahəsindəki uğurlar, Azərbaycanın gələcəyi üçün tarixi məna daşıyır və vaxt keçdikcə bizim mövqelərimiz daha da möhkəmlənəcəkdir.
Regional layihələrin gerçəkləşməsi bölgə ölkələrinə və xalqlarına sülh, əminamanlıq, rifah və iqtisadi inkişaf gətirməkdədir. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşması Azərbaycanı nəinki regionda, eləcə də, dünyadakı siyasi nüfuzunun, iqtisadi qüdrətinin bariz nümunəsidir. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan bu layihənin həyata vəsiqə almasına nail oldu. Bununla da regionun yalnız enerji layihələri ilə deyil, həm də nəhəng nəqliyyat infrastrukturu ilə birləşəcəkdir. Beləliklə, Azərbaycan Avropa və Asiya üçün həm enerji, həm də əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilir.
Azərbaycan müstəqil xarici siyasət yürüdür. Ulu öndərimizin əsasını qoyduğu, formalaşdırdığı və müəyyənləşdirdiyi xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun olaraq keyfiyyətcə yeni məzmunda uğurla davam etdirilir. Bu baxımdan Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət nəinki keçmiş ittifaq respublikaları, eləcə də, bütün region üçün bir nümunə, model sayıla bilər. Son illərdə qazanılan nailiyyətlərdən danışarkən Azərbaycanı regionun şəksiz lideri olduğunu xüsusi qeyd etmək lazımdır. ölkəmiz siyasi və iqtisadi güc mərkəzi kimi hətta regional çərçivədən daha kənara çıxmağa başlayıb. Azərbaycan bir tərəfdən ABŞ, Avropa dövlətləri, həmçinin MDB ölkələri ilə, digər tərəfdən Şərq, İslam dünyası ilə qarşılıqlı, faydalı əməkdaşlığa söykənən ikitərəfli münasibətlər qurub. Eyni zamanda Azərbaycan dünya dövlətləri ilə əlaqələrini müxtəlif beynəlxalq təşkilatlar, xüsusən də Avratlantika çərçivəsində, yəni çoxtərəfli formatda də uğurla inkişaf etdirir. Təbii ki, bunu müəyyənləşdirən və formalaşdıran müxtəlif amillər mövcuddur. Azərbaycan müstəqil, tarazlaşdırılmış, balanslaşdırılmış, düşünülmüş xarici siyasət yürüdür. Bu siyasət dünya ölkələri, beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmlənməsinə, inteqrasiya prosesinin sürətləndirilməsinə yönəlib. Xarici siyasətimizin əsas missiyalarından biri, məhz, bundan ibarətdir ki, Azərbaycan bu əməkdaşlığı özünün maraqlarının təmin edilməsinə, qarşısına çıxan problemlərin həllinə istiqamətləndirir, bununla da öz məqsədinə çatır. Əminlliklə qeyd edə bilərik ki, müstəqilliyininin 20 illiyini qeyd edən ölkəmizin bu il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsiz Şurasına qeyri-daimi üzv seçilməsi dövlət başçısı tərəfindən həyata keçirilən müstəqil xarici siyasət xəttinin gələcək uğurlarının yalnız başlanğıcı və əlamətdar günə özünəməxsus hədiyyədir. Bu mühüm tarixi hadisə - Azərbaycanın dünyanın seçilmiş 15 ölkəsi sırasına yüksəlməsi qüdrətli lider tərəfindən idarə olunan dövlətin qısa müddətdə necə nəhəng uğurlara imza ata biləcəyini bir daha təsdiq edir.
Prezidentin yürütdüyü həm daxili, həm də xarici siyasət kursunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həlli mühüm yer tutur. Məhz dövlətimizin başçısının apardığı gərgin iş sayəsində dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar. Ermənistanın bir çox beynəlxalq təşkilatlar tərəfindən işğalçı dövlət kimi tanınması, təcavüzkar siyasətinin pislənilməsi ölkəmizin diplomatik qələbəsidir. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti və prinsipial mövqeyini bütün dünyaya bəyan edib. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır.
Prezident İlham Əliyevin ötən illər ərzində gördüyü işlər və hazırkı fəaliyyəti deməyə əsas verir ki, O, Heydər Əliyevin parlaq ideyalarının sadəcə davamçısı yox, eyni zamanda bu ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirməyə və inkişaf etdirməyə qadir olan bir liderdir. Bu baxımdan Azərbaycanda elm, mədəniyyət, incəsənət, ədəbiyyat sahələrində, həmçinin milli-mənəvi, dini dəyərlərin qorunması və möhkəmləndirilməsi sahəsində görülən mühüm işlər də xüsusi qeyd olunmalıdır. Hazırda Azərbaycanda elm və təhsil sürətlə inkişaf etdirilir, onun keyfiyyəti dünya səviyyəsinə yüksəldilir. Azərbaycanlı tələbələr dövlət hesabına dünyanın aparıcı dövlətlərinin ən yaxşı universitetlərində təhsil alırlar. Onlar gələcəkdə yüksək peşəkar mütəxəssislər kimi Azərbaycanın inkişafına, güclü, qüdrətli Azərbaycan quruculuğuna öz töhfələrini verəcəklər.
ölkənin sosial-mədəni sahəsinin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir və həm respublikamızda, həm də onun hüdudlarından çox-çox uzaqlarda böyük nüfuz qazanmışdır. Fondun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Heydər Əliyev Fondunun xətti ilə insanların sosial şəraitini yaxşılaşdırmaq məqsədilə respublikanın şəhər və rayonlarında yüzlərlə məktəb tikilib, uşaq evləri, mədəniyyət obyektləri təmir edilib, qəsəbələrdə yeni yollar və su xətləri çəkilib. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrinin yubileylərinin qeyd edilməsinin UNESCO-nun proqramına salınması, respublikada qlobal əhəmiyyət kəsb edən beynəlxalq konfransların keçirilməsi olduqca təqdirəlayiqdir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyik etdiyi illər ərzində Azərbaycan mədəniyyətinin, incəsənətinin və idmanının qazandığı nailiyyətlər göz qabağındadır. Azərbaycanın bu il dünyanın mötəbər “Eurovision-2011” musiqi müsabiqəsində parlaq qələbəsi mədəniyyətimizin dünyaya tanıdılması baxımından dəyərli töhfə olmuş və ölkəmizin təbliği istiqamətində misilsiz imkanlar yaratmışdır. Bütün bu uğurlar milli-mədəni dəyərlərimizin daha da inkişaf etdirilməsinin, bütün sahələrdə aparılan demokratik islahatların, vətəndaş cəmiyyətinin bərqərar olunmasının və ölkəmizin əldə etdiyi digər böyük nailiyyətlərin məntiqi nəticəsidir.
Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan hazırda dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Bu, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. ölkəmiz sosial-iqtisadi inkişafın, tərəqqinin özünəməxsus, mütərəqqi, milli modelini formalaşdırıb. İnkişafın Azərbaycan modeli adlanan bu model sayəsində ölkəmiz gündən-günə qüdrətlənən bir ölkəyə çevrilib. Qazanılan uğurların miqyasının davamlı olaraq genişlənməsi Azərbaycanı yeni böyük nailiyyətlərə doğru aparır. Başqa sözlə, sürətli, davamlı inkişaf ölkəmizdə sosial-iqtisadi tərəqqinin prioritet istiqamətini təşkil edir. Məhz bunun sayəsində ölkəmiz gündən-günə inkişaf edir, insanların rifahı getdikcə yaxşılaşır.
Qlobal iqtisadi məkanda iki il əvvəl başlayan maliyyə böhranı 2011-ci ildə davam etsə də, Azərbaycan ötən ildə müsbət sosial-iqtisadi inkişaf təmayülünü qorumağa və möhkəmləndirməyə müvəffəq olub. Bu, o deməkdir ki, ötən illərdə sosial-iqtisadi, siyasi, mədəni, hərbi və digər sahələrdə qarşıya qoyulan vəzifələr böyük inamla yerinə yetirilib. ümumilikdə, 2011-cı ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi ilə yadda qalıb. Bu mənada, Azərbaycan davamlı, uğurlu inkişafa nail olan islahatçı dövlət kimi, öz reytinqini, nüfuzunu bir qədər də möhkəmləndirib. Bütün bunlar tanınmış beynəlxalq qurumların müvafiq hesabatlarında və qiymətləndirmələrində öz dolğun ifadəsini tapıb.
Göründüyü kimi, Prezident İlham Əliyev dövlətin, cəmiyyətin sosial rifahını, gələcəkdə əldə edəcəyi faydaları nəzərə alaraq, böyük maliyyə hesabına başa gələn infrastruktur layihələrini gerçəkləşdirməyi vacib sayır. Dövlət başçısı hər zaman vurğulayır ki, Azərbaycan vətəndaşlarının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsi yüksəldilməli, əhali fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmalıdır. İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə daha da artması Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirdiyini bir daha təsdiqləyir.
Bu, baxımdan, 2011-ci ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ikinci Dövlət Proqramının icrası çərçivəsində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, vətəndaşların kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial rifahının daha da yüksəldilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib.
Dövlət investisiya siyasətinin başlıca məqsədi vəsaitləri sosial və iqtisadi cəhətdən zəruri, lakin özəl sektor üçün cəlbedici olmayan layihələrə yönəltməkdir. Bu səbəbdən, qarşıdakı illər özəl sektorun inkişafı üçün əhəmiyyətli olan Azərbaycanın infrastruktur sahələrinin sürətli inkişaf dövrü hesab edilir. Qarşıdakı illərdə ölkənin mühüm infrastruktur obyektlərinin, o cümlədən, beynəlxalq magistral və daxili əhəmiyyətli yolların yenidən qurulması, içməli su və suvarma sistemlərinin bərpası və genişləndirilməsi, regionların qazla təminatının yaxşılaşdırılması, kanalizasiya sistemlərinin bərpası üzrə investisiyaların həyata keçirilməsi nəzərdə tutulur.
Bütün bunlar onu göstərir ki, strateji xarakterli infrastruktur layihələrinin gerçəkləşməsi, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsinə çevrilib. Bu tədbirlər ümumilikdə əhalinin bütün təbəqələrinin, insanların daha firavan və rahat yaşayışının təmin edilməsinə, eləcə də ölkə iqtisadiyyatının dinamik inkişafına yönəlib.
Beləliklə, yuxarıda sadalanan faktlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafın Azərbaycan modeli tarixi sınaqlardan uğurla çıxmaqda və ölkəmizin gələcək inkişaf perspektivləri baxımından qarşıda yeni imkanlar açmaqdadır. Möhtərəm İlham Əliyevin əməli fəaliyyətə söykənən qalib və uğurlu lider obrazı bir daha təsdiq etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən növbəti illərdə də uğurla həyata keçirilməsi yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxaracaqdır. Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daima sadiq qalacaqdır.
Milli Məclisin komissiya sədri, YAP İcra katibinin müavini
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 11:49
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50

