Müsavat və AXCP yenidən bir-birilərinə qarşı
29.12.2011 [18:53]
Məlum olduğu kimi, bir ildən artıqdır ki, fəaliyyət göstərməyə çalışan, eyni zamanda, hansı qaranlıq məqsədlərlə yarandığı və hansı məqsədlərə xidmət etdiyi kimsəyə sirr olmayan İctimai Palata (İP) adlanan məzmunsuz, məramsız toplunun işinə xitam verilir. Belə ki, özünü İP-in yaradıcısı və mütləq hakimi elan edən AXCP və Müsavat arasındakı savaş kulminasiya nöqtəsinə çatıb. Eyni zamanda, bu partiyaların üzvləri arasında fikir ayrılığının yaranması, o cümlədən, son dövrlərdə Əli Kərimlinin İsa Qəmbərə qarşı açıq kompromat savaşına başlaması, verdiyi bəyanatlarda özünü ondan bir addım öndə göstərməyə çalışması hər iki partiyada önləyici tədbirlərin görülməsinə, bununla yanaşı, özünü müttəfiq kimi qələmə verən tərəfə qarşı mətbuatda etiraz səslərinin ucaldılmasına yol açıb. Əldə olunan məlumatlara görə, artıq həm Müsavat, həm də AXCP İP-in fəaliyyətinə xitam verildiyini bilir, amma bunu birinci hansı tərəfin elan edəcəyini gözləyir.
Yeri gəlmişkən, son dövrlərdə AXCP sədri Əli Kərimlinin özünü “İP yiyəsi” kimi aparması İsa Qəmbərin tamamilə bu qurumdan kənarlaşmasına gətirib çıxarıb. Sadəcə olaraq, İP daxili proseslərdən mətbuata kim birinci danışacaqsa “xəyanətkar” o olacaq prinsipi bunları susmağa vadar edib. Bu səbəbdən də İP-dəki seçkilərdə “yeni üsullardan” istifadəyə kimsənin açıq etiraz etməyə cürəti çatmır.
Radikal düşərgə daxilində yeni çaxnaşmaların baş verdiyini dərk edən digər partiyalar isə bu situasiyadan öz xeyirlərinə istifadə etməyə çalışırlar. Belə ki, artıq Müsavat-AXCP cütlüyünün inhisarından azad olmaq istəyən bəzi partiyalar bu istiqamətdə fəaliyyətə keçiblər. Əldə olunan məlumatlara görə, bəzi partiyaların sədrləri Əli Kərimlinin əməllərini ifşa etmək üçün mətbuata çıxarılacaq. Bunun təşkili üçünsə İsa Qəmbər 2003-cü ildə başına topladığı “bir adamlıq” partiyaların sədrlərindən istifadə edəcək.
Qeyd olunan qarşılıqlı ittihamların arqumentləşdirilməsi məsələsi isə bu partiyaların nəzarətində olan mətbu ruporlarının üzərinə düşüb. Artıq bu yöndə Əli Kərimlinin və İsa Qəmbərin nəzarətlərində olan qəzetlərə xüsusi göstərişlər də verilib. Hər iki qəzet tədricən digər partiya ilə bağlı informasiyaların verilməsinə məhdudiyyətlər qoymağa başlayıb. Bir müddətdən sonra isə qarşı tərəfin “müxalifətin birliyinə mane olmasıyla bağlı” fəaliyyətinə “işıq salan” yazıların da yazılacağı dəqiqləşdirilib.
Əslində, bu iki partiya arasında daima çəkişmənin getməsi, onların özlərini müttəfiq kimi qələmə versələr də, hər zaman bir-birilərinə zidd fəaliyyət göstərdikləri ortadadır. Xatırladaq ki, adıçəkilən partiyalar hətta parlament seçkilərində belə birgə siyahı hazırlayacaqları ilə bağlı fikirlər yaysalar da sonradan eyni dairədən 2, bəzən 3 namizəd irəli sürməklə, bir dairədə fərqli namizədləri dəstəkləməklə öz mövqelərini nümayiş etdirmişdilər.
Digər tərəfdən, bu savaşın ən böyük motivlərindən biri hər zaman olduğu kimi, xaricdən gələn maliyyə ilə bağlıdır. Bilindiyi kimi, radikal müxalifət düşərgəsi bir sıra maraqlı xarici dairələr tərəfindən maliyyələşdirilir. Qarşılığında isə lazımi məqamlarda Azərbaycanın milli maraqlarının əksinə hərəkət edilməsi ilə bağlı təlimatlar alan radikallar bu dəfə də aldıqları pulların qarşılığında lazımi effektivliyi verən addımlar ata bilməyib. İP-lə bağlı həmin xarici dairələrə bir sıra “ümid”lər verən, bu qurumun hansısa bir aktivlik nümayiş etdirəcəyinə, “genişmiqyaslı” aksiyalar keçiriləcəyini, ölkədə qarşıdurmaların yaranacağını söz verən radikallar bunun heç birinə nail ola bilməyiblər. Alınan pullarla bağlı isə cavab verilməlidir. Əks təqdirdə onları maliyyələşdirən qurumlar fərqli fikirlərə də düşə bilərlər. Bunun üçünsə həm AXCP, həm də Müsavat yeni günahkar tapmaq yerinə elə öz müttəfiqini güdaza vermək istəyir. Bununla da onlar bir güllə ilə iki dovşan vururlar: birincisi, qarşı partiyanı sıradan çıxarırlar, ikincisi xarici maliyyəni onların əlindən alırlar. Amma buna kimin hansı dərəcədə nail olacağı zaman məsələsidir.
Göründüyü kimi, düşərgə bir daha öz konsepsiyasızlığı, iradəsizliyi ilə tarixin qaranlığına gömülmək üzrədir. Dünənə qədər guya “İP”də birləşdiklərini iddia edən, cəmiyyətin gözünə kül üfürmək istəyən, reallığın nədən ibarət olduğunu hamıdan yaxşı dərk edən müxalifət rəhbərləri göründüyü kimi, bu gün sadəcə düşərgəni ələ keçirmək savaşı aparır.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

