Ermənistanın qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur
05.01.2012 [22:55]
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər digər problemlərin də həllində əhəmiyyətli rol oynayıb. ölkəmizdə aparılan düzgün iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan, demək olar ki, əksər problemlərini həll etməyi bacarıb. Bununla belə, ölkəmizin həlli ən vacib sayılan başlıca problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.
Arxada qoyduğumuz 2011-ci ildə problemin həlli istiqamətində əhəmiyyətli uğurlar əldə olunub. Bu uğurların sırasında bir sıra beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı bəyanatları xüsusi qeyd olunmalıdır. Dünyanın aparıcı ölkələri, o cümlədən, beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləyib. ümumiyyətlə, Azərbaycan hər zaman münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirib. Təəssüf ki, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi problemin 2011-ci ildə həllinə mane olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza təbrikində də vurğulayıb ki, Azərbaycan bütün dövrlərdə, xüsusilə son dövrdə münaqişənin həlli istiqamətində öz səylərini daha da gücləndirir. Qeyd olunub ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesində göstərdiyi riyakarlıq, danışıqlardan faktiki olaraq imtina etməsi bu prosesə böyük zərbə vurub. Dövlət başçısı bildirib ki, münaqişənin həlli ilə bağlı müsbət bəyanatlar var və Azərbaycan bu bəyanatları dəstəkləyir: “Xüsusilə, bu il yenilik ondan ibarətdir ki, həmsədr ölkələr status-kvonun qəbuledilməz olduğu haqqında dəfələrlə bəyanatlar vermişlər. Biz bu bəyanatları dəstəkləyirik. Ancaq bəyanatlardan sonra konkret addımlar atılmalıdır. Əfsuslar ki, bu addımlar atılmır”.
Amma Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinə ümidini itirməyib. öz prinsipial mövqeyindən geri çəkilməyən Azərbaycan rəhbərliyi hər zaman bəyan edib ki, münaqişənin yalnız bir həll yolu var: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Prezident İlham Əliyev əzəli Azərbaycan torpaqlarında qondarma erməni dövlətinin yaranmasına imkan verilməyəcəyini bildirib: “Danışıqlarda bizim prinsipial mövqeyimiz vardır. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Beynəlxalq birlik, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Münaqişə məhz bu prinsiplər üzərində öz həllini tapmalıdır. ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən, Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar. Ancaq ondan sonra uzunmüddətli sülh təmin edilə bilər. Biz heç vaxt imkan verə bilmərik ki, ikinci dəfə əzəli Azərbaycan torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Bu, bizim prinsipial mövqeyimizdir. Bir daha demək istəyirəm ki, bu mövqe həm tarixə, həm hüquq normalarına, həm də ədalətə əsaslanır”.
Artıq illərdir ki, Ermənistan özünün qeyri-konstruktiv mövqeyi ilə münaqişənin sülh danışıqları vasitəsilə həllinə maneçilik törədir. Məhz bunun nəticəsidir ki, problemin həlli istiqamətində zaman-zaman alternativ yollar, o cümlədən, müharibə variantı da gündəmə gəlir. Təbii ki, Azərbaycan tərəfi hər zaman münaqişənin həlli prosesində sülh yoluna üstünlük verdiyini bəyan edir. Bununla yanaşı, ölkəmiz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda digər variantlardan da istifadə etməyə hazırdır. Bu gün Cənubi Qafqaz regionunun ən güclü ordusu məhz Azərbaycan Silahlı Qüvvələridir. ölkəmizdə hər zaman büdcədən müdafiə xərclərinə ayrılan vəsaitin həcminin artırılması istiqamətində davamlı tədbirlər görülüb. Bunun nəticəsidir ki, artıq Azərbaycanın dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın hərbi potensialı işğal altında olan ərazilərimizin azad edilməsinə imkan verir: “Bizim hərbi gücümüz, hərbi potensialımız artır. 2011-ci ildə hərbi xərclərimiz 3 milyard dolları keçmişdir. Bu, Ermənistanın bütün xərclərindən çoxdur. Gələn il hərbi xərclər yenə də artacaqdır. Ən müasir silahlar, texnikalar, döyüş təyyarələri, döyüş helikopterləri, sursatlar gətirilir və gətiriləcəkdir. Bununla bərabər, bir neçə il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə Azərbaycanda artıq 600 növ hərbi yönümlü məhsullar istehsal edilir. Biz gələcəkdə də hərbi potensialımızı gücləndirmək üçün səylərimizi əsirgəməyəcəyik. Bu gün Azərbaycanın hərbi potensialı bizə imkan verir ki, doğma torpaqlarımızı işğalçılardan istənilən yolla azad edək. Sadəcə olaraq, danışıqlara hələ ki, ümidlərimiz tükənməyib və bu danışıqlar hələ ki, davam etdirilməlidir”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27

