/ / Qazanılan nailiyyətlər Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinə olan inamı daha da artırır
Qazanılan nailiyyətlər Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinə olan inamı daha da artırır
12.01.2012 [16:00]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın Gənclər Birliyinin (GB) mərkəzi ofisində YAP GB-nin fəalları ilə görüşüb. Tədbiri giriş sözü ilə açan Əli Əhmədov 2011-ci ilin Azərbaycan üçün çox uğurlu bir il olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkəmiz ötən il ərzində bütün sahələr üzrə böyük irəliləyişlərə nail olub: “Bütövlükdə 2011-ci il Azərbaycan üçün uğurlu bir il olub. ölkənin daxilində iqtisadiyyatın inkişafı istiqamətində ciddi layihələr həyata keçirilib. Azərbaycan iqtisadiyyatı daha möhkəm dayaqlar üzərində qərar tutub. Əhalinin rifahının yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətə uyğun olaraq çox ciddi addımlar atılıb. Mən bu sırada ayrı-ayrı zümrələrdən olan vətəndaşların əməkhaqlarının artırılması barədə dövlət başçısının sərəncamlarını qeyd etmək istərdim. Bunun nəticəsində əhalinin rifahı, yaşayış səviyyəsi daha da yüksəlib. ötən dövr ərzində əmin-amanlıq qorunub-saxlanıb”.
YAP-ın Sədr müavini Əli Əhmədov 2011-ci ildə müstəqilliyinin 20-ci ilini qeyd edən Azərbaycanın xarici siyasət sahəsində böyük uğurlar qazandığını da vurğulayıb: “2011-ci il həmçinin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edilməsilə də əlamətdar olub. Xarici siyasət sahəsində ölkəmiz böyük nailiyyətlər qazanıb. Güman edirəm ki, hər bir Azərbaycan vətəndaşı kimi siz də 2011-ci ildə gənc respublikamızın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ilə qürur duyursunuz. Bu, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin nə qədər möhkəm olmasından və ölkəmizin bütövlükdə dünya miqyaslı siyasətdə yaxından iştirak etmək üçün hazır olmasından xəbər verir”.
YAP-ın Sədr müavini ölkəmizin “Eurovision-2011” mahnı müsabiqəsindəki qələbəsinin əhəmiyyətini xüsusi qeyd edib: “Azərbaycanın populyarlığının artması istiqamətində 2011-ci ildə çox əlamətdar bir hadisə baş verib. ölkəmiz Avropanın ən mötəbər mahnı müsabiqəsində qələbə qazanıb. Yəqin bunun da nə qədər önəmli bir hadisə olduğunu hər bir kəs dərk edir. çünki Azərbaycan bu müsabiqədə cəmi 4-cü dəfə iştirak etməsinə baxmayaraq, musiqi mədəniyyəti yüksək inkişaf etmiş ölkələr içərisində qalib oldu. Bütün bunlar isə ölkəmizin sürətli inkişafından, daha bir ilin uğurla başa çatmasından xəbər verir”.
Onun sözlərinə görə, bütün Azərbaycan cəmiyyəti 2012-ci ilə böyük ümidlərlə qədəm qoyub: “İnanırıq ki, qazandığımız uğurlar, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləri bu ildə də davam edəcək. Bu nəinki 2011-ci ilin uğurlarının təkrarı olacaq, eyni zamanda, inanırıq ki, 2012-ci ildə iqtisadiyyat başda olmaqla ictimai həyatın bütün sahələrində daha böyük nailiyyətlər əldə olunacaq, Azərbaycan iqtisadiyyatı daha da güclənəcək, insanların rifahı daha da yaxşılaşacaq, beynəlxalq mövqelərimiz daha da möhkəmlənəcək”.
Əli Əhmədov yeni qədəm qoyduğumuz ilin işğal altındakı ərazilərimizin azad edilməsi baxımından əlamətdar bir mərhələ olacağına inamını da ifadə edib: “2012-ci ilin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında da əlamətdar bir il olacağına ümid edirik. İnanırıq ki, nəhayət, münaqişənin çoxdan gözlədiyimiz həlli reallığa çevriləcək. Beləliklə, 2011-ci ili yola salaraq, 2012-ci ilə böyük ümidlərlə qədəm qoymuşuq”.
YAP-ın Sədr müavini çıxışında ötən dövrdə hakim partiyanın əldə etdiyi nailiyyətlərə də toxunub: “ötən ilin Yeni Azərbaycan Partiyası üçün də uğurlu il olduğunu deyə bilərik. Belə ki, 2011-ci il Azərbaycan üçün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət üçün uğurlu olduğu kimi, dövlət başçısının rəhbərlik etdiyi partiya üçün də uğurlu olub. 2011-ci ildə YAP, o cümlədən, partiyanın gəncləri bir çox maraqlı layihələr həyata keçiriblər. YAP bu layihələri həyata keçirməklə ölkəmizin ictimai-siyasi həyatında mövqelərini daha da möhkəmləndirib. YAP və partiyamızın gənc üzvləri ictimai-siyasi həyatda daha fəal iştirak edirlər. Azərbaycanda gedən ictimai-siyasi proseslərin istiqamətləndirilməsində partiyamızın çəkisi və rolu daha da artıb. ötən dövr ərzində YAP həm partiya daxilində qurumun güclənməsi, həm də beynəlxalq əlaqələrinin, o cümlədən, YAP Gənclər Birliyinin xarici əlaqələrinin genişlənməsi istiqamətində çox ciddi layihələr həyata keçirib. Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl YAP-ın təşkilatçılığı ilə Bakı şəhərində 33 ölkənin nümayəndələrinin, ayrı-ayrı siyasətçilərinin, partiya təmsilçilərinin iştirakı ilə möhtəşəm konfrans keçirildi. Belə bir beynəlxalq konfransın keçirilməsi bütövlükdə, Azərbaycanın beynəlxalq nüfuzunun və əlaqələrinin geniş inkişafının bilavasitə ifadəsidir. YAP Gənclər Birliyi də ötən il ərzində beynəlxalq əlaqələrin inkişafına böyük diqqət ayırıb. Bir sıra ölkələrin partiyalarının gənclər qolu ilə YAP gənclərinin əlaqələri olub. YAP Gənclər Birliyinin dəvəti ilə müxtəlif ölkələrin gənclər təşkilatlarının nümayəndələri ölkəmizdə səfərdə olublar, bır çox layihələr həyata keçiriblər. Bütün bunlar ondan xəbər verir ki, 2011-ci il YAP və partiyanın Gənclər Birliyi üçün uğurlu bir il olub. Güman edirəm ki, bu gözəl ofisin istifadəyə verilməsi də 2011-ci ilin YAP üçün uğurlu olduğundan xəbər verir”.
YAP-ın Sədr müavini qazanılan nailiyyətlərin partiyanın uğurlu gələcəyinə olan inamı daha da artırdığını bildirib: “Beləliklə, uğurlu bir il başa çatıb, yeni bir ilə qədəm qoymuşuq. ümid edirik və bütün səylərimizi də ona istiqamətləndirəcəyik ki, ötən ilin uğurlar ənənəsini bu ildə də davam etdirək. Təbii ki, bütün bunlara nail olmaq üçün çalışmaq, fəaliyyət göstərmək, daha yüksək fədakarlıqlar nümayiş etdirmək lazımdır. Heç bir nailiyyət, qələbə asanlıqla əldə edilmir. 2011-ci ilin uğurları haqqında ağız dolusu danışarkən bütün bunların arxasında dayanan böyük zəhməti və fədakarlığı qeyd etməliyik. Güman edirəm ki, eyni fədakarlığı nümayiş etdirərək, 2012-ci ilin uğurlu bir il olmasına nail olacağıq. Bu il də üzərimizə çox böyük işlər, məsuliyyət düşür. İnanıram ki, YAP hər zaman olduğu kimi, yenə də öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək. Eynilə YAP Gənclər Birliyinin üzərinə də 2012-ci ildə böyük məsuliyyət düşür. İnanıram ki, partiyamızın gəncləri də üzərlərinə düşən işin öhdəsindən layiqincə gələ biləcəklər. YAP Gənclər Birliyinin üzvləri 2012-ci ilin partiyamızın tarixinə şərəfli və uğurlu bir il kimi düşməsi üçün əllərindən gələni edəcəklər, yüksək fəallıq və fədakarlıq nümayiş etdirəcəklər, maraqlı layihələr həyata keçirəcəklər. Bu layihəlr bütövlükdə Azərbaycan cəmiyyətində gənclərin mövqeyini daha da möhkəmləndirəcək. ümid edirik ki, bu il ərzində də YAP sıralarına daha çox sayda gənc daxil olacaq. Bu gün YAP sıralarında 560 minə yaxın ölkə vətəndaşı var. Bu, Azərbaycan miqyasında böyük bir rəqəmdir, kifayət qədər diqqət cəlb edən və böyük ümidlər yaradan bir rəqəmdir. Bu üzvlərin böyük bir hissəsini gənclər təşkil edir. YAP sıralarında gənclər partiya üzvlərinin təxminən 40 faizini təşkil edir. Bu isə o deməkdir ki, YAP sıralarında 200 mindən artıq gənc var. Bu sadəcə olaraq statistika, rəqəm deyil. Bu Azərbaycan gəncliyinin böyük bir hissəsinin ümummilli lider Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dərindən, ürəkdən inanmasının göstəricisidir. Bu inam olmasaydı, gənclər bu siyasətdə özlərinin yerini görməsəydilər, bu siyasətin həyata keçirilməsində yaxından iştirak etmək istəməsəydilər, bu siyasətə inanmasaydılar, yəqin ki, bu qədər sayda fəal gənc vətəndaş YAP sıralarına qoşulmazdı. Onu da məmnunluqla bildirmək istəyirəm ki, YAP gəncləri hər zaman öz fəallıqları ilə seçilirlər. Yəni YAP sıralarındakı gənclər haqqında danışarkən biz yalnız statistikaya müraciət etmirik, baxmayaraq ki, bu statistika kifayət qədər diqqətçəkən və önəmlidir. Amma eyni zamanda, gənclərimizin fəallığı, ictimai-siyasi proseslərdə yaxından iştirak etmək istəyi və bu istəyə uyğun olaraq hərəkət və davranışları bir Azərbaycan gənci kimi öz həmyaşıdlarına nümunə olmaq bacarıqları, əxlaqi-mənəvi keyfiyyətlərə sahib olmaları YAP gənclərinin gücünü və nüfuzunu, hörmətini daha da artırır.
Beləliklə, biz 2012-ci ilə nailiyyətlər və ümidlərlə daxil olmuşuq. Güman edirəm ki, biz yeni ili də böyük uğurlar ilinə çevirəcəyik”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 11:49
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50

