Fədakar alim, dəyərli ziyalı, əsl vətəndaş...
17.01.2012 [23:45]
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu sahədə görülən işlərə daim xüsusi diqqət yetirmiş, aqrar sektorun inkişafını dövlət siyasətinin tərkib hissəsi kimi qiymətləndirmişdir. Hələ keçmiş SSRİ dövründə Azərbaycana rəhbərliyi müddətində Ulu öndər Heydər Əliyev torpaqların qorunması və onların məhsuldarlığının artırılması istiqamətində tədbirlərin reallaşdırılması məsələlərinə həssaslıqla yanaşmışdır. Sonradan 1993-cü ildə yenidən hakimiyyətə gələn Heydər Əliyevin qəbul etdiyi qərarlardan biri də məhz yeni müstəqil Azərbaycan Respublikasının qarşısında duran məqsədlərə uyğun torpaq islahatlarının həyata keçirilməsi olmuşdur. Ulu öndərimizin rəhbərliyi ilə dünyada analoqu olmayan torpaq islahatları aparılmış və tarixin heç bir dövründə Azərbaycan kəndlisinə məxsus olmayan torpaqlar kəndliyə paylanmışdır. Hələ o vaxtlar çoxları bu islahatları utopiya adlandırırdı. Amma dünyaşöhrətli dövlət xadimi Heydər Əliyev bunu həyata keçirmişdir. Ulu öndərimiz Heydər Əliyev o zaman qeyd etmişdir: “Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. özü də bu, hələlik başlanğıcdır”.
Prezident İlham Əliyev də bütün digər sahələrdə olduğu kimi, bu istiqamətdə də əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş islahatları yeni dövrün şərtlərinə uyğun olaraq davam etdirir.
Bu işdə müstəsna xidmətlər göstərmiş, tükənməz təbii sərvətimiz olan torpaqlarımızın, ekologiyamızın qorunması uğrunda əsl fədai kimi çalışan insanlardan biri də akademik, biologiya elmləri doktoru, professor, AMEA-nın aqrar bölməsinin akademik-katibi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Şamil oğlu Məmmədovdur.
Qərib Məmmədov hələ orta məktəbdə oxuduğu illərdə erməni qaniçənlərinin azərbaycanlıları öz doğma Azərbaycan-türk torpaqlarından (İrəvan və onun ətraf torpaqlarından) zorla qovulmasının şahidi olmuşdur. Qərib Məmmədov üçün torpağın qədrini bilmək, onu qorumaq məhvumları elə o dövrdən amala çevrilmişdir, desək, heç də yanılmarıq. Hələ tələbəikən erməni daşnakları tərəfindən əzəli Azərbaycan-türk yer adlarının dəyişdirilməsinə etiraz bildirən yazıları mətbuatda yer almağa başlamışdır. Bu yazılara görə Qərib Məmmədova hədə-qorxu gələnlər də olmuşdur. Bütün bunlara baxmayaraq o heç vaxt öz mövqeyindən dönməmişdir.
Elə SSRİ dövləti dağıldıqdan sonra hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsinin bəzi məmurları bizim Dağlıq Qarabağ torpaqlarının ermənilərə guya “əlborcu” verildiyini bəyan etdiyi vaxt da Qərib Məmmədov öz cəsarətini yenə də nümayiş etdirirdi ki, torpaq əşya və ya başqa şeyd deyildir ki, onu kiməsə borc verəsən. Bu, Qərib Məmmədovun əsl (çox insanlarda olmayan) vətəndaşlıq və insanlıq mövqeyini göstərirdi.
Yeri gəlmişkən, qeyd edək ki, Qərib Məmmədov 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirdikdən sonra Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya sektorunda əmək fəaliyyətinə başlamışdır. Orduda hərbi xidmətini tamamladıqdan sonra Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya institutunda əvvəlcə işə, sonra isə həmin institutun aspiranturasına qəbul olunmuşdur. O dövrün bütün çətinliklərinə baxmayaraq, Qərib Məmmədov 1978-ci ildə namizədlik dissertasiyasını (indiki fəlsəfə doktoru) müdafiə etmişdir. O, bu institutda Əvvəlcə kiçik elmi işçi, sonra böyük elmi işçi və daha sonra laboratoriya müdiri vəzifəsinə qədər yüksəlmişdir. 1991-ci ildə Qərib Məmmədov Ukraynanın Dnepropetrovsk Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək “ekologiya” ixtisası üzrə Azərbaycanda ilk elmlər doktoru olmuşdur. Elə o dövrdən də Qərib Məmmədov əsl alim kimi torpaqlarımızın və ekologiyamızın müdafiəçisi kimi çıxış etməyə başlamışdır.
1994-cü ildə Qərib Məmmədov Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə təyin edilmişdir. 1997-ci ilin iyun ayının 25-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qərib Məmmədov Dövlət Torpaq Komitəsinin, 18 aprel 2001-ci il tarixdən isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur. 1996-cı ildə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Elə həmin ildə də akademik Həsən Əliyev adına mükafat, fəxri diplom və medalla təltif olunmuşdur.
Qərib Məmmədov həm də bu sahədə çox geniş elmi fəaliyyəti ilə də daim diqqət mərkəzində olmuşdur. Onun elmi əsərləri tədqiqatçılar üçün dəyərli mənbə kimi öz əhəmiyyətini qoruyur. Tədqiqatçı alim Qərib Məmmədovun “Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi” (Bakı, “Elm”, 1998) adlı monoqrafiyası Azərbaycan torpaqşünaslığında analoqu olmayan bir əsərdir. Onun bütövlükdə biologiya elminin kompleks problemlərinin ayrı-ayrı istiqamətlərini əhatə edən “Azərbaycanın ekonomik problemləri: elmi, hüquqi, mənəvi aspektləri” (Bakı, “Elm”, 2004) adlı əsəri isə bu məzmunda yazılmış ilk əsəridir. Qərib Məmmədov 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilir. Akademik Qərib Məmmədovun rəhbərliyi altında 48 fəlsəfə doktorları və elmlər doktorları dissertasiya müdafiə etmişlər. Onun müəllifliyi ilə 23 monoqrafiya və 45 kitab nəşr olunmuşdur. çap olunan məqalələrinin sayı 600-dən artıqdır. Qərib Məmmədovun məhsuldar alim əməyinin əyani nəticələrindən biri də alimin “Azərbaycan Respublikasının dövlət kadastrı: hüquqi, elmi və praktiki məsələləri” (Bakı, “Elm”, 2003) əsəridir. Bu fundamental əsərdə bir neçə ümumi məsələlərlə yanaşı, dövlət torpaq kadastrının tərkib hissələrindən, respublika ərazilərinin torpaq-kadastr rayonlaşdırılmasından, inzibati rayonların torpaq kadastrlarından, xarici ölkələrdəki torpaq kadastr işlərindən ətraflı bəhs olunur.
Sirr deyil ki, zaman keçdikcə ölkəmizdə biologiya təmayüllü ixtisaslara tələbat artır. Amma müxtəlif subyektiv amillərdən elmin bir neçə başqa istiqamətləri üçün vacib olan ixtisaslar üzrə mütəxəssislər hazırlanmır. Bu çatışmazlıqların aradan qaldırılmasında Qərib Məmmədovun əməyi nəzərəçarpacaq dərəcədə böyükdür. Belə ki, Qərib Məmmədovun təklifi ilə 2004-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsi nəzdində torpaqşünaslıq ixtisası üzrə kafedra təşkil edilmişdir. Bundan başqa, keçən il həmin universitetdə Ekologiya və torpaqşünaslıq fakültəsi açılmışdır. Burada da Qərib Məmmədovun əməyi danılmazdır.
Akademik tərəfindən 25 metodiki tövsiyə və kitabça nəşr etdirilmişdir. Daha sonra, 36 patent və müəlliflik şəhadətnaməsinin, 5 səmərələşdirici təklifin, respublika torpaqlarının və torpaqların ekoloji qiymətləndirilməsi xəritələrinin müəllifidir.
Bir sıra xarici dövlətlərdə, o cümlədən, ABŞ, Fransa, İsveç, İtaliya, İspaniya, Türkiyə, MDB və Baltikyanı dövlətlərdə keçirilən simpoziumlarda Azərbaycanı layiqincə təmsil edən akademik Qərib Məmmədov respublika elmini yüksək səviyyədə təmsil edərək torpaqşünaslıq və ekologiya elmlərinin müxtəlif problemləri haqqında çox maraqlı məruzələrlə çıxış etmiş, elmi yığıncaqların rəhbər orqanlarına üzv seçilmiş, fərman və mükafatlara layiq görülmüşdür. Heç təsadüfi deyil ki, O, professor Qərib Məmmədov bir neçə akademiyanın üzvü, Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin sədri, Beynəlxalq və Rusiya Torpaqşünaslar Cəmiyyətinin üzvü seçilmişdir.
2011-ci ildə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasında Aqrar bölmə yaradılmış və həmin bölmənin akademik-katibi, anadan olmasının 65 illiyini qeyd etdiyimiz, akademik Qərib Məmmədovun seçilməsi heç şübhəsiz ki, Qərib Şamil oğlu Məmmədova göstərilən böyük inamın nəticəsidir.
Akademik, biologiya elmləri doktoru, professor, AMEA-nın aqrar bölməsinin akademik-katibi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Şamil oğlu Məmmədovun ad gününü təbrik edirik, ona möhkəm can sağlığı, şəxsi həyatında və elmdə böyük uğurlar diləyirik!
Mahmud Abdullayev,
AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radioekologiya laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11

