Modernləşmənin milli formulu: Azərbaycanın tərəqqi və sosial intibah fəlsəfəsi
10.02.2012 [20:51]
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ötən əsrin əvvəllərində fundamental iqtisadi model hazırlamaqla bugünkü dinamik inkişafın dərin təməllərini qoymağa müvəffəq olub. Respublikamız ötən müddətdə idarəetmə sisteminin yeniləşməsi, struktur islahatlarının aparılması, iqtisadiyyatda funksional mexanizmlərin tətbiq olunması, dövlət maliyyə qurumlarında islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatı ilə bağlı hüquqi-normativ bazanın yaradılması sahəsində ciddi uğurlara imza atıb. İqtisadiyyatda liberallaşmanın təmin olunması üçün ilk addımların atılması, xüsusi mülkiyyətə əsaslanan bazar iqtisadiyyatının tələblərinin bərqərar olması Azərbaycanda maliyyə sabitliyini möhkəmləndirib. Sistemli xarakter alan islahatların siyasi və iqtisadi inkişafın templərinə uyğun modernizasiyası Azərbaycanın dinamik inkişafı üçün münbit zəmin formalaşdırıb.
İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin sınaqdan çıxmış təcrübəsi göstərir ki, uğurlu iqtisadi siyasətin başlıca komponenti düşünülmüş və təkamül yolu ilə iqtisadi idarəetmənin dərinləşdirilməsi, eyni zamanda, xalqın sosial rifahına xidmət edən təmkinli strateji qərarların qəbul edilməsidir. Cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirən hakimiyyət komandası yalnız xalqa layiqli xidmət məramını əsas tutmaqla, ölkənin bütün resurslarını qarşıya qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edir, siyasətində hər bir fərdin maraq və mənafeyini nəzərə alıb.
Azərbaycan hökumətinin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət və əldə olunan yüksək nailiyyətlər beynəlxalq maliyyə institutları, elmi-tədqiqat mərkəzləri, eləcə də, nüfuzlu nəşrlər tərəfindən təqdir olunmaqdadır. Respublikamızın mühüm nəqliyyat-kommunikasiya infrastrukturları yaradaraq bölgədə əsas tranzit məkanlarının mərkəzinə çevrilməsi, beynəlxalq ticarət sisteminə inteqrasiyası, strateji nəqliyyat dəhlizlərinin yaradılması üçün təşəbbüskar kimi çıxış etməsi və digər amillər dünyanın ən nüfuzlu nəşrlərinin aparıcı mövzularına çevrilib. Xüsusilə də, Azərbaycan hökumətinin neft gəlirlərini nəhəng infrastruktur layihələrinin reallaşmasına sərf etməsi xarici ölkələrin tədqiqat mərkəzləri tərəfindən təqdir olunur, ölkəmizin iqtisadi-sosial həyatında mühüm dəyişikliklərə səbəb olduğu diqqət mərkəzində saxlanılır.
Hakimiyyətin mütəmadi olaraq gördüyü işlər barədə xalqa hesabat verməsini idarəçilikdə müsbət ənənə kimi formalaşdıran Azərbaycan Prezidenti İlham Əliyev də məhz praqmatik liderlik keyfiyyətləri sayəsində qısa müddətdə respublikamızı bütün sahələrdə sürətli inkişaf yoluna çıxarıb. Prezident İlham Əliyevin inkişaf etdirdiyi mükəmməl iqtisadi konsepsiyanın həyata keçirilməsi nəticəsində Azərbaycan keçid iqtisadiyyatını arxada qoyub. Qeyd etdiyimiz kimi bu dinamizm, iqtisadiyyatın strukturundakı keyfiyyət dəyişikliyi, sosial islahatların tamamilə modernizasiyası yeni iqtisadi modelin doğurduğu pozitiv tendensiyaların məntiqi nəticəsidir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “İnkişafın Azərbaycan modeli” kitabında respublikamızın davamlı və sürətli inkişaf konsepsiyasının birbaşa liberal iqtisadi islahatlara əsaslandığını bildirir. Cənab Ramiz Mehdiyev respublikamızın keçid iqtisadiyyatını arxada qoymasının elmi-iqtisadi-nəzəri əsaslarına toxunarkən qeyd edir ki, keçid dövrü həm də hər bir dövlətin özünəməxsus inkişaf spesifikası ilə şərtlənir: “Azərbaycanın keçid dövrünü uğurla başa vurması yalnız zamanın tələblərinə uyğun həyata keçirilən çevik siyasət, vaxtında atılan addımlar, bu işləri görə bilmək üçün tələb olunan lider keyfiyyətləri sayəsində mümkün olmuşdur”.
Bu fundamental makroekonomik ssenarilər Azərbaycanın son onillikdə keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirir. İqtisadiyyatın modernləşməsi sosial strukturların da yeni innovasiyalara uyğunlaşmasını tələb edir və bu istiqamətdə də pozitivlik artmaqdadır. Xüsusən də, hər il adambaşına düşən ümumi daxili məhsulun artımı sosial hədəflərə səmərəli şəkildə çatmağa imkan verir. Son 10 ilin ümumi makroiqtisadi dinamikasına nəzər salsaq, hər ay üDM-in və strateji valyuta ehtiyatlarının artımını görmək olar. Həm üDM-in, həm də milli məhsulun adambaşına düşən hissəsinin yüksəlməsi isə ölkəmizin “orta gəlirli ölkələr” qrupuna daxil olması üçün əlverişli zəmin yaradır.
ümumiyyətlə, 2000-2011-ci illər ərzində respublikamızın sıçrayışlı inkişafını xarakterizə edən mühüm makroiqtisadi göstəricilər əldə olunub. XXI əsrin birinci onilliyində Azərbaycanda iqtisadi inkişaf 4,5 dəfə artıb. Bu illər ərzində dövlət büdcəsinin vəsaitlərində artım 15 dəfədən çox, investisiya xərcləri 106 dəfə, strateji valyuta ehtiyatları isə 35 dəfə artıb. Qeyd olunan dövrdə əhalinin gəlirləri 5 dəfədən çox, bank aktivləri 15, əhalinin əmanətləri isə 37 dəfə çoxalıb. Bundan başqa, ölkəmizin ixrac gücü 17 dəfədən çox yüksəlib.
ölkəmizdə yaradılmış möhkəm təməl, makroiqtisadi sabitlik, həyata keçirilmiş çevik və məqsədyönlü siyasət iqtisadi uğurların davamlılığını təmin edib. Təkcə son 8 ildə sənaye məhsulu istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,3 dəfə, tikinti sektorunda görülən işlərin həcmi 3,2 dəfə, nəqliyyat xidmətlərinin həcmi 2,3 dəfə, rabitə və informasiya sahəsində xidmətlərin həcmi 6,4 dəfə artıb. Son illər ölkədəki davamlı inkişaf, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaradıb, ölkəmizi investorlar üçün daha da cəlbedici edib. ötən il 13 milyard dollar daxili və 7 milyard dollar xarici olmaqla ölkə iqtisadiyyatına 20 milyard dollar investisiya yatırılıb. İnvestisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3 milyard dolları isə neft sektorunun payına düşüb. ümumilikdə, son 20 ildə Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların həcmi 120 milyard dollara çatıb.
Son 10 ildə ümumi daxili məhsulun həcminin artım tempinin müqabilində adambaşına düşən milli gəlirin həcmi də əhəmiyyətli dərəcədə çoxalıb. üDM-in adambaşına həcmi 7 min dolları ötüb, yuxarı orta gəlirli ölkələr sırasında ölkəmizin mövqeyi daha da möhkəmlənib. Bu tendensiya birmənalı olaraq ölkəmizin “orta gəlirli ölkələr” qrupunda yer almasına səbəb olub. Hazırda həyata keçirilən siyasətin başlıca mahiyyəti yaxın illərdə respublikamızın “orta gəlirli ölkələr” şkalasındakı daha pozitiv indikatorlara çatmasından ibarətdir. Məlumdur ki, “orta gəlirli ölkələr” qrupunun daha yüksək şkalası var və burada adambaşına düşən milli məhsulun həcmi 17-18 min dollara çatdırılması əsas meyardır. ölkəmizdə hazırda hər nəfərə düşən üDM-in həcmi təxminən 10 min dollar təşkil edir. Yəni ölkəmizin iqtisadiyyatının artım tempini 2 dəfə artırmaqla buna nail olmaq mümkündür. üDM-in həcmi təxminən 70-75 milyard manat təşkil etməli, dövlət büdcəsinin gəlirləri isə 20-22 milyard manata bərabər olmalıdır. Yeni onillikdə islahatların daha pozitv xarakter aldığını qeyd edən akademik Ramiz Mehdiyev bildirir ki, sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanması qarşıya bir sıra mühüm vəzifələr qoyur: “İqtisadiyyatın inkişafı böyük nailiyyətlərin əldə edilməsi ilə müşayiət olunan, bu sahədə davamlı tərəqqi qazanmağı bacaran dövlətlərin təcrübəsi göstərir ki, qeyd olunan uğurları şərtləndirən ən vacib elementlərindən biri də dövrün tələblərinə uyğun islahatların aparılmasıdır. İqtisadi texnologiyanın durmadan yenilənməsi, dünya iqtisadiyyatının indi daha böyük sürətlə qloballaşması, dövlətlərarası münasibətlərin daha geniş spektrləri əhatə etməsi fonunda belə islahatların aparılması, əslində, zəruri şərt kimi çıxış edir”.
Qeyd etdiyimiz kimi, Azərbaycanın iqtisadi inkişafında hər zaman sosialyönümlülüyün gözlənilməsi ilə əlaqədar olaraq görülən məqsədyönlü tədbirlər hesabına ölkəmizdə beynəlxalq standartlara uyğun sosial müdafiə modeli təşəkkül tapıb. Hər bir ölkənin yüksək inkişafa nail olmasında və cəmiyyətin idarə olunmasında sosial ədalət və milli gəlirlərin ədalətli bölgüsü prinsipi mühüm yer tutur. Sosial ədalət, eyni zamanda geniş sosial təminatlardır: işlə təmin olunma, təhsil, mədəniyyət, tibbi xidmət, mənzil əldə etmək, yaşlılara, qadınlara, uşaqlara qayğı, gender bərabərliyi deməkdir. çünki, sosial ədalət prinsipi insanların sosial rifah halının yaxşılaşdırılması anlamına gəlir.
Sosial ədalət prinsipinin həyata keçirilməsi üçün öncə xalqın birliyi, özünütəşkilatlandıra bilmək qabiliyyəti, cəmiyyətin siyasi sabitliyi və inkişafın dinamikliyi zəruridir. İnsanlar öz imkan, bacarıq və istəyinə görə fərqlənirlər və buna rəğmən gəlir əldə edirlər. “Zənginləşmə” dedikdə təkcə maddi rifah tərzi deyil, eyni zamanda, digər keyfiyyətlər də önə çəkilməlidir: intellektual, mədəni, mənəvi. ümumiyyətlə, cəmiyyətin və dövlətin zənginliyi vətəndaşların zənginliyinin nəticəsidir. Respublikamızda uğurlu və potensial kadrların müasir idarəetmə sisteminə cəlb olunması da bu dialektik qanunauyğunluğun nəticəsidir.
Son illər sosial sahədə bütün seqmentlər üzrə sıçrayışların baş verməsi cəmiyyətin zənginliyinə aparan siyasi xəttin mükəmməlliyinin göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası daha da genişlənib və əhalinin rifah halının yaxşılaşması bu siyasətin əsas məzmununu təşkil edib. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına da impuls verib. Sosial siyasətin başlıca məzmunu respublikamızın maliyyə imkanlarının yaxşılaşması müqabilində davamlı olaraq maaş və pensiyaların artırılmasından ibarətdir. Büdcə artımları ilə bağlı həyata keçiriləcək sosial müdafiə tədbirləri nəticəsində, ilk növbədə, əhalinin əməkhaqlarının artırılması nəzərdə tutulur. Müasir dövrdə dövlət büdcəsi hər bir dövlətin inkişafının mühüm göstəricisi, belə demək mümkünsə, tərəqqisinin meyarı sayılır.
Hazırda 42 milyard dollar həcmində güclü maliyyə resurslarına malik olan Azərbaycan hökuməti sosial siyasətlə bağlı addımlar atarkən bunun digər makroiqtisadi təsirlərini də nəzərdən keçirir və sosial sferada ölçüb-biçilmiş, düşünülmüş təmkinli qərarlar qəbul edir. Yəni, əməkhaqqı artımının istehlak bazarında ciddi fəsadlara yol açmamasını nəzərə alan hökumət kifayət qədər rasional, eyni zamanda, təmkinli sosial müdafiə tədbirləri həyata keçirir.
Prezident İlham Əliyevin 2006-cı ilədək pensiyaya çıxmış vətəndaşların pensiyalarının yenidən hesablanması ilə bağlı məlum Sərəncamına uyğun olaraq həyata keçirilən yeni sosial siyasət öz mühüm nəticələrini göstərib, sosial bərabərsizliyin aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Qeyd edək ki, hazırda əvvəlki sistemlə pensiyaya çıxanların orta aylıq pensiyası 102 manat təşkil etdiyi halda, 2010-cu ildə pensiyaya çıxanların orta aylıq pensiya məbləği 150 manatdır. Məhz buna görə də, “2009-2015-ci illər üzrə sığorta pensiya sisteminin inkişafı haqqında” Dövlət Proqramında da əvvəlki sistemlə pensiyaya çıxan şəxslərlə yeni sistemlə pensiyaya çıxan şəxslərin pensiya məbləğləri arasındakı fərqin aradan götürülməsi nəzərdə tutulub. Bununla əlaqədar mövcud pensiya qanunvericiliyi də təkmilləşdirilib. ümumilikdə pensiyaların yenidən hesablanması üçün dövlət büdcəsindən hər il əlavə 400 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Hesablamalar islahatın 800 mindən çox vətəndaşı əhatə etdiyini göstərir. Orta aylıq pensiya isə 150 manata yüksəlib.
Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq gələcəkdə də Azərbaycanın davamlı inkişafı təmin ediləcək. Həmçinin, qarşıdakı illərdə makroiqtisadi sabitlik qorunub saxlanılacaq, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcək, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə, neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaq.
Arzuman Muradlı
YAP Səbail rayon təşkilatının sədr müavini, iqtisad elmləri üzrə fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32

