Sədrliyin 4 ili...
26.10.2023 [10:33]
Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi uğurlarla müşayiət olunub...
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xarici siyasət kursu çoxvektorlu və praqmatik xarakter daşımaqdadır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bu mənada, Azərbaycanın hazırda sədri olduğu Qoşulmama Hərəkatındakı fəaliyyəti xüsusilə diqqət çəkir.
Qeyd edək ki, 2023-cü il oktyabrın 25-də Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyinin 4 ili tamam olur. 4 il ərzində ölkəmizin BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu və əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq təqdir edilməkdədir. 2019-cu ilin 25-26 oktyabr tarixlərində keçirilmiş Bakı Sammitindən sonrakı müddətdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan üzv ölkələr tərəfindən iki dəfə yekdil fikirlə dəstəklənib - həm sədr seçkisi zamanı, həm də sədrlik müddətimiz uzadılan zaman. Bu platforma Azərbaycanın qlobal müstəvidə oynaya biləcək mühüm rolu bütün dünyaya nümayiş etdirdi - Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal əhəmiyyətli çox mühüm təşəbbüslər irəli sürüb. Bu təşəbbüslər həm Qoşulmama Hərəkatının imicinin möhkəmlənməsinə, həm də bu beynəlxalq təsisatın müasir dünya siyasətində funksional aktor kimi mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə olub. Azərbaycanın həm fəal xarici siyasəti, həm də Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi Hərəkata üzv dövlətlər tərəfindən olduqca yüksək qiymətləndirilir. Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə 1 il sədrlik etmək barədə müraciəti bunun bariz nümunəsidir. Bu, həm də ölkəmizə yüksək inam və etimadın təzahürüdür.
Qoşulmama Hərəkatına rəhbərlik etdiyimiz vaxtdan başlayaraq, ölkəmiz dünyanı iflic vəziyyətinə salmış pandemiyaya qarşı birgə mübarizə aparmaq və bütün səylərin səfərbər edilməsi məqsədilə beynəlxalq təşəbbüslərlə çıxış edib. 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü təşkil olundu. Zirvə görüşündə qarşıya qoyulmuş hədəflərdən biri də tibbi ehtiyacların müəyyən edilməsi məqsədilə Hərəkata üzv dövlətlərin məlumat bazasının yaradılması idi. Hansı ki, bu gün də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı aparılan mübarizədə mövcud ehtiyacların müəyyənləşdirilməsi məqsədilə istinad mənbəyi kimi həmin məlumat bazasından istifadə edir. Həmçinin Qoşulmama Hərəkatının adından dövlətimizin başçısı tərəfindən pandemiyanın qarşısının alınması və fəsadların aradan qaldırılması məqsədilə dövlət və hökumət başçıları səviyyəsində Birləşmiş Millətlər Təşkilatına Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edildi. Təklif BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənərək qəbul edildi və BMT-nin Xüsusi Sessiyası 2020-ci il dekabrın 3-4-də baş tutdu.
Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyinin 4-cü ilinin tamam olması münasibətilə Azərbaycan XİN-in yaydığı məlumatda da bildirilir ki, Sədrlik dövründə Azərbaycan Respublikası Hərəkatın beynəlxalq münasibətlər sistemindəki əvvəlki nüfuzunu bərpa etməyə yönəlmiş və heç bir beynəlxalq aktorla ziddiyyətə getmədən “Bandunq Prinsipləri”nin təşviqinə köklənmiş siyasət sərgiləyib. Sədrliyin böyük bir hissəsinin COVID-19 pandemiyasının yayılmasının intensiv dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüslər sayəsində mövcud çağırışlar yeni əməkdaşlıq imkanlarına çevrilib. Burada xüsusilə inkişaf etmiş ölkələrin “peyvənd millətçiliyi siyasəti” və inkişaf etməkdə olan ölkələrə qarşı ədalətsiz və biganə yanaşmasına son qoyulması üçün BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında ölkəmiz tərəfindən mühüm qətnamələrin irəli sürülərək qəbul etdirilməsini qeyd etmək olar. Sədrliyin geridə qalan 4 ili ərzində Azərbaycan, həmçinin Hərəkatın təsisatlandırılması istiqamətində mühüm addımlar ataraq, ölkə başçısının təşəbbüslərinə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi və Gənclər Təşkilatını yaradıb. Hazırda Hərəkatın Qadın və Media Platformalarının yaradılması istiqamətində müvafiq tədbirlər görülür.
Məlumatda o da vurğulanıb ki, sədrliyimiz dövründə həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlərin beyin mərkəzlərinin ilk iclası keçirilib, onların şəbəkələşməsi istiqamətində ilk addım atılıb. Azərbaycan sədrliyi Hərəkat daxilində sahəvi əməkdaşlığa da öz dəyərli töhfəsini verib. Əksəriyyətini inkişaf etməkdə olan dövlətlərin təşkil etdiyi QH çərçivəsində dayanıqlı iqtisadi inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsi üçün cari ilin sentyabr ayında, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində, 9 ildən sonra ilk dəfə Azərbaycan və Kubanın həmsədrliyi ilə Qoşulmama Hərəkatı və Qrup-77-nin Birgə Əlaqələndirmə Komitəsinin iclası keçirilib.
Vurğulanıb ki, beynəlxalq münasibətlər sistemində ədalətin bərqərar olmasının ən güclü təşviqatçılarından biri olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə də öz üzv dövlətlərinə, o cümlədən Azərbaycana qarşı yönəlmiş ədalətsizliklərə biganə qalmayıb, xüsusilə Vətən Müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təcavüzü pisləyərək bu istiqamətdə BMT çərçivəsində irəli sürülən təxribatçı addımların qarşısını alıb.
Xatırladaq ki, 15-20 yanvar 2024-cü il tarixlərində Uqandanın Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşü ilə Hərəkata sədrlik Azərbaycandan Uqandaya keçəcək və ölkəmiz növbəti 3 il müddətində Hərəkatın “sədrlik Troykası”nda yer alacaqdır. Troyka üzvü qismində də Azərbaycan Hərəkatın beynəlxalq nüfuz və mövqelərinin gücləndirilməsi istiqamətində öz səylərini əsirgəməyəcəkdir.
SADİQ
Xəbər lenti
Hamısına baxSosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30

