"Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda Vergi Forumu keçirilib
10.02.2012 [20:52]
Dünən Bakıda “Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda Vergi Forumu keçirilib. Forumda dövlət orqanları, Milli Məclis, Avropa İttifaqı, Dünya Bankı, beynəlxalq maliyyə qurumları, Bakıda akkreditə olunmuş səfirliklər, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq strukturları, banklar, ali məktəblər, qeyri-hökumət təşkilatları, sahibkarların ictimai birlikləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak ediblər.
Tədbir iştirakçıları öncə “Müstəqil Azərbaycanın vergi sistemi” adlı filmə baxıblar. Sonra forumun moderatoru, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış üçün sözü vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədova verib. çıxışına tədbir iştirakçılarını salamlamaqla başlayan nazir, forumun məqsədləri barədə məlumat verib: “Azərbaycanda vergi sahəsində ilk forumu təşkil etməkdə məqsədimiz biznes və vergi orqanlarının nümayəndələri arasında açıq dialoqun qurulmasına təkan verməkdir. Azərbaycanın vergi sisteminin müstəqillik illərindəki inkişaf yoluna nəzər salsaq görərik ki, cəmiyyətin vergilərə dair elementar biliklərinin olmadığı bir dönəmdən başlanan vergi quruculuğu tarix baxımdan qısa bir zaman kəsiyində, cəmi 20 il ərzində bir çox ölkələrin bəzən yüz illər ərzində qət etdiyi bir inkişaf prosesindən keçib. ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda vergi sisteminin strukturu və vergi sahəsində milli qanunvericilik bazası formalaşdırılıb, Vergi Məcəlləsi qəbul edilib. Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə vergi sistemində islahatlara başlanıb, vergi siyasətinin əsas istiqamətləri, vergilərin sayı və dərəcələrinin optimal səviyyəsi müəyyənləşdirilib, ölkədə vergi yükünün aşağı salınması, vergi menecmentinin müasirləşdirilməsi istiqamətində bir sıra uğurlar əldə olunub. Bu illər ərzində bütövlükdə liberal və rəqabətqabiliyyətli bir vergi sistemi formalaşdırılıb, Azərbaycanda sərmayəçilər üçün cəlbedici, sadə və eyni zamanda, şəffaf və sabit bir vergi sistemi qurulması istiqamətində əhəmiyyətli tədbirlər görülüb”.
Nazirin sözlərinə görə, bütün bunlar ölkə rəhbərliyinin vergi sisteminin inkişafına, vergi orqanlarının fəaliyyətinə göstərdiyi diqqət və dəstəyin sayəsində mümkün olub: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında vergi xidməti son illər əsaslı modernizasiya prosesindən keçib, onun texnoloji imkanları genişləndirilib, vergi inzibatçılığı daha da təkmilləşdirilib, elektron hökumət quruculuğu istiqamətində əhəmiyyətli uğurlar əldə edilib”.
Vergi sistemində həyata keçirilən islahatlar, o cümlədən, elektron xidmətlər barədə danışan vergilər naziri artıq kommersiya hüquqi şəxslərin də elektron qeydiyyatına başlandığını, vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron xidmətin tətbiqi ilə bağlı hazırlıq işlərinin başa çatdığını bildirib: “ölkə başçısının 21 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” vergi xidmətində aparılmış ciddi texnoloji dəyişikliklərin əsasını qoyub. 2006-cı ildə vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS), 2007-2010-cu illərdə vergi ödəyiciləri üçün elektron bəyannamə, elektron vergi hesab-fakturalarının göndərilməsi, “onlayn kargüzarlıq” sistemi tətbiq edilib. 2007-ci ildə möhtərəm Prezidentin tapşırığı ilə sahibkarlıq subyektlərinin “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatı Vergilər Nazirliyinə həvalə olunub və bu tapşırıq uğurla icra edilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Vergilər Nazirliyinin Şamaxıda inşa olunmuş Tədris Mərkəzinin açılış mərasimindəki çıxışında vergi xidmətinin işinə qiymət verərək bildirmişdir ki, “vergi xidməti müasir əsaslarla idarə olunur, burada müasir menecment tətbiq edilir, dünya praktikası öyrənilir. ölkə iqtisadiyyatı üçün çox vacib olan bu sahədə aparılan islahatlar, tətbiq edilən yeniliklər, “bir pəncərə” təşəbbüsü müasir Azərbaycanın inkişafına xidmət göstərir”. Cənab Prezidentin bizim fəaliyyətimizə verdiyi bu qiymət hər bir vergi əməkdaşını yeni uğurlara ruhlandırmaqla yanaşı, həm də üzərimizə çox böyük məsuliyyət qoyur”.
“Sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi nəticəsində ölkəmiz yeni bir inkişaf mərhələsinə qədəm qoyub” deyən nazir əlavə edib ki, bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə, elm və mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır: “Bu hədəflərə çatmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin orta perspektivlər üçün inkişafını müəyyən edən yeni bir inkişaf xəttini elan edib. Hazırda Azərbaycan hökuməti yeni bir konseptual sənədin - “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyanın hazırlanması üzərində çalışır. Belə bir dönəmdə Azərbaycanın vergi xidmətinin qarşısında da yeni qlobal çağırışlara cavab verə biləcək vergi sisteminin formalaşdırılması, rasional və səmərəli vergi siyasətinin həyata keçirilməsi kimi mühüm vəzifələr durur”.
ölkənin yeni inkişaf xəttinə çıxdığı bir dönəmdə vergi orqanları qarşısında duran vəzifələrə gəlincə F.Məmmədov aşağıdakıları bildirib: “Azərbaycanın uzunmüddətli strateji inkişaf planlarının reallaşdırılmasının əsas şərtlərindən biri olan vergi sisteminin stabilliyi, vergi inzibatçılığının biznes iştirakçıları üçün maksimum rahat və əlverişli olması, vergi sistemi və inzibatçılığının rəqabətqabiliyyətliliyinin təmin edilməsi, iqtisadiyyatın strukturunun formalaşmasında, innovasiyaların dəstəklənməsi siyasətində vergilərin stimullaşdırıcı rolunun artırılması vergi xidmətinin yaxın perspektiv üçün əsas hədəfləridir”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cozef Ouen də ölkəmizin vergi sistemində həyata keçirilən islahatlardan söz açıb, əldə olunan uğurlardan məmnunluqlarını ifadə ediblər. Eyni zamanda, ölkəmizin bu sahədə beynəlxalq qurumlarla əməkdaşlığı da təqdir olunub. Qeyd edilib ki, 2011-ci ildə vergi sistemində çox böyük bir layihənin icrasına başlanılıb. Bu, Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” Tvinninq layihəsidir. Yaxın gələcək üçün çox böyük perspektivlərə malik olan bu layihə ölkəmizdə vergi auditi sahəsində inzibatcılığın ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur. Layihə e-auditin tətbiqi sahəsində Avropada ən qabaqcıl təcrübəyə malik ölkələrdən biri olan Niderland Krallığının Vergi və Gömrük Administrasiyası ilə birlikdə reallaşdırılır. Elektron audit sistemi Azərbaycanın vergi sistemini yeni, daha müasir texnologiyalara əsaslanan bir inkişaf mərhələsinə çıxaracaq və bu sistemin tətbiqi ilə ölkəmizin vergi xidməti regionun ən müasir audit sistemlərindən birinə malik olacaq.
Forumun birinci hissəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxibr üzvü Əli Nuriyev “ölkənin iqtisadi potensialının gücləndirilməsi və vergi siyasəti”, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə ölkə meneceri Aliyə Əzimova “Azərbaycandakı biznes mühiti Beynəlxalq Maliyyə Korporasiyasının gözü ilə”, Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) sədr müavini Alum Bati “Sahibkarların ictimai birlikləri ilə vergi orqanlarının əlaqələrinin gücləndirilməsi uğurlu vergi siyasətinin əsas şərti kimi”, Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Cəmil Əlizadə “Büdcə daxilolmaları və vergi siyasəti”, Böyük Britaniyanın Amec Qlobal Resors Ltd şirkətinin inkişaf etməkdə olan ölkələr üzrə vergi meneceri Kliv Alley “Azərbaycandakı vergitutmanın təbii ehtiyatlarla zəngin olan digər ölkələrlə müqayisəsi - gələcək rəqabətlilik”, İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov “Vergilərin əlverişli biznes mühitinin yaradılmasına təsiri”, Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının təşkili Baş İdarəsinin rəisi Natiq Şirinov “Vergi ödəyicilərinə göstərilən e-xidmətlər” mövzularında təqdimatlarla çıxış ediblər.
Vergi Forumunun ikinci iclasında Niderland Krallığı Vergi Administrasiyasının nümayəndəsi Leendert Kers və Azərbaycanın vergilər nazirinin müşaviri Asəf Əsədov “Vergi ödəyiciləri ilə əməkdaşlığın müasir səviyyədə qurulması və e-audit”, Pakistan İslam Respublikası Baş Auditor Ofisinin auditoru Xurram Xan “Dövlət sektorunda xərclərin və daxilolmaların nəzarət sistemində kompyuter əsaslı audit texnologiyalarının rolu”, Deloitte@Touche şirkətinin Rusiya partnyoru Andrey Panin “Rusiyada transfert qiymətlərinin formalaşması təcrübəsi”, Ernst@Young şirkətinin ölkə partnyoru Arzu Hacıyeva və PWS şirkətinin vergi meneceri Arif Quliyev “Vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi praktikası (Advance Tax Ruling)”, Mərkəzi Bankın ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin direktoru Kəmalə Qurbanova “Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi istiqamətləri”, Vergilər Nazirliyinin vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi İlkin Vəliyev “Vergi borclarının idarə edilməsinin təkmilləşdirilməsi” və “Golden Pay” şirkətinin təsisçisi Fərid İsmayılzadənin “Elektron ticarət və elektron xidmətlərin perspektivləri”mövzularında çıxışları dinlənilib.
İclaslarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılıb, forum iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış ediblər. Tədbirdə yekun sözü ilə çıxış edən vergilər naziri Fazil Məmmədov vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə qədəm qoymasında belə tədbirlərin əhəmiyyətini bir daha vurğulayıb: “Hesab edirəm ki, bu gün kifayət qədər maraqlı bir diskussiya alındı. çox faydalı fikirlər və ideyalar səsləndirildi. İnanıram ki, bu Forum Azərbaycanda vergi sisteminin inkişafına, ölkəmizdə həyata keçirilən vergi siyasətinin zamanın müasir çağırışlarına uyğun olaraq qurulmasına öz töhfəsini verəcək”.
F.Məmmədov Vergilər Nazirliyinin yeni ideyalara və innovasiyalara açıq olduğunu da deyib: “Bir daha bəyan edirəm ki, Vergilər Nazirliyi yeni ideyalara və innovasiyalara açıqdır, beynəlxalq qurumlarla, işgüzar dairələrlə dialoq və partnyorluq münasibətlərinin genişləndirilməsi və bunun üçün gərəkli olan hər bir addımı və ideyanı hər zaman dəstəkləyəcək. Əminəm ki, qarşılıqlı əməkdaşlığımız həmişə olduğu kimi, bundan sonra da uğurla davam edəcək, sizin köməyinizlə, sizinlə birlikdə büdcə daxilolmalarının artırılmasına, ölkəmizin vergi sistemini ən yüksək beynəlxalq standartlar səviyyəsinə qaldırmaqla, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsinə nail olacağıq”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxHadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16

