Fransadan növbəti yalan və böhtan...
31.10.2023 [10:20]
Makronun əsassız fikirləri bu dəfə Aİ toplantısında “səsləndi”...
Brüsseldə Avropa İttifaqı ölkələri liderlərinin oktyabrın 26-27-də keçirilən sammitində bir sıra qlobal məsələlər diqqət mərkəzində olub. Sammitdə xüsusilə Yaxın Şərq və Ukraynadakı vəziyyət müzakirə edilib. Bununla yanaşı Cənubi Qafqazda baş verən proseslərə də Aİ liderləri münasibət bildiriblər. Sammit çərçivəsində Aİ-yə üzv 27 ölkənin liderləri “Azərbaycan və Ermənistan arasında suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsiplərinə əsaslanan dayanıqlı və möhkəm sülhə nail olunmasına dəyişməz dəstəyi” vurğulayıblar. Avropa liderləri Brüsselin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiklərini də ifadə ediblər. Həmçinin tərəfləri “xoşniyyətli qarşılıqlı fəaliyyətə və cari ilin sonunadək bu prosesin başa çatdırılmasına” səsləyiblər.
Qeyd edək ki, Fransanın Azərbaycana qarşı düşmənçilik siyasəti yürütməsi bu dəfə də diqqətdən yayınmayıb - Paris Aİ müstəvisində də Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirib. Oktyabrın 27-də Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqının sammiti çərçivəsində Azərbaycana qarşı səsləndirdiyi əsassız və qərəzli iddialar bunu bir daha təsdiqləyir. Ümumiyyətlə, Fransanın beynəlxalq hüququn prinsiplərinə açıq şəkildə məhəl qoymaması, Azərbaycan ərazilərinin işğalı dövründə suverenlik və ərazi bütövlüyünə dəstəklə bağlı fərqli yanaşması, 30 ilə yaxın bir müddətə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün, o cümlədən Ermənistandan güc yolu ilə çıxarılmış 300 min azərbaycanlının geri qaytarılması istiqamətində tərəfsiz vasitəçi kimi çıxış etməməsinə görə bu proseslərdə heç bir rolu yoxdur. Azərbaycan və region ölkələri sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üzərində işləyir və Fransaya beynəlxalq tərəfdaş, vasitəçi və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan tərəfindən etimad sıfıra bərabərdir.
Azərbaycanın Xarici İşlər Nazirliyi də Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqının oktyabrın 27-də Brüsseldə keçirilmiş iclası çərçivəsində Azərbaycana qarşı səsləndirdiyi əsassız və qərəzli iddialarını qətiyyətlə pisləyib. Bəyanatda diqqətə çatdırılıb ki, onilliklər ərzində vasitəçi olarkən ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğalına göz yuman və ərazilərimizdə separatizmi təşviq edən Fransanın Azərbaycan tərəfini Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid yaratmaqda ittiham etməsi gülünc və qəbuledilməzdir. Fransa heç vaxt uğurlu vasitəçilik səyləri aparmayıb və onun keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə vasitəçiliyi Minsk qrupu ilə birlikdə başa çatıb. Eynilə, beynəlxalq öhdəliklərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın dəfələrlə Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, qondarma erməni rejiminin ləğvinə dair çağırışlarına baxmayaraq, Fransa tərəfi Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir iş görməyib.
Fransa Ermənistana yalan vədlər vermək əvəzinə, Ermənistana düzgün istiqamət versəydi Azərbaycana qarşı olan təhdidi güc yolu ilə həll etməyə ehtiyac olmazdı və məsələ sülh yolu ilə həll olunardı. “Məhz Fransanın iştirak etdiyi vasitəçilik səylərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib. Bu xüsusda, Fransanın mövqeyi onun keçmiş müstəmləkə bölgələrindəki mövcud vəziyyətdən dərs almaqdan imtina etdiyini nümayiş etdirir. Bunun əksinə, Fransa inadkarcasına Afrika və digər regionlardakı uğursuzluqlarını bölgəmizə əvvəlcədən uğursuzluğa məhkum olmuş müdaxiləsi ilə kompensasiya etməyə çalışır. Əgər Fransa keçmiş müstəmləkələrindəki kövrək mövcudluğundan irəli gələn məsələləri daha az ağrısız həll etmək istəsə, Azərbaycan bu istiqamətdə vasitəçilik xidmətlərini təqdim edə bilər. Fransa bölgəmizdə sülh və sabitliyə mane olan təcavüzkar Ermənistanı dəstəkləmək və silahlandırmaq məqsədi daşıyan məkrli siyasətinə son qoymalıdır”,- deyə XİN-in bəyanatında vurğulanıb.
Fransa Ermənistanı silahlandırmaqla da Cənubi Qafqazda gərginliyi artırmağa çalışır. Rəsmi Parisin bu addımı regionda sülhün təmin olunmasına qarşı yönəlib. Amma Makron hakimiyyəti bu addımları ilə heç nəyə nail ola bilməyəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19

