Arif Hacılı İsa Qəmbərə qarşı ciddi ittihamlar səsləndirdi
15.02.2012 [23:21]
Kimsəyə sirr deyil ki, spekulyativ oyunlarla, müəyyən manevrlərlə özlərini siyasi palitrada saxlamağa cəhd göstərən radikal müxalifət partiyalarının rəhbərlərinin əsas arzu və niyyətləri gündəmdə qalmaq, maraqlı xarici qüvvələrin diqqətini özlərinə cəlb etməkdən ibarətdir. Təbii ki, bu marağın arxasında hər zaman olduğu kimi, maliyyə məsələləri dayanır. Bu səbəbdən də Azərbaycanın dövlət, millət marağını heçə sayan, yalnız öz korporativ maraqlarını düşünən, özünü “siyasətçi” adlandıran bir sıra şəxslər bütün karyeraları boyu uğursuzluqlara düçar olmalarına baxmayaraq, ikiəlli yapışdıqları kürsülərini tərk etmək istəmirlər.
Bu gün analoji prosesi Müsavat Partiyasında da açıq-aşkar izləmək mümkündür. Belə ki, əvvəllər də vurğuladığımız kimi, yenidən sədr seçilmək üçün min bir oyundan çıxan, hətta bu istiqamətdə planlarını bir müddət əvvəldən cızan partiya sədri İsa Qəmbər bu fəaliyyətində ona mane olan bütün insanlardan “canını qurtarmaq” niyyətindədir. Bu niyyət isə mərhələli şəkildə həyata keçirilir.
Məlum olduğu kimi, öz siyasi karyerasını yalnız intriqalar üzərində quran İ.Qəmbər hələ Xalq Cəbhəsi dövründə təmsil olunduğu qurumun bir neçə yerə parçalanmasına səbəb olmuşdu. Onun tutduğu yol qrup savaşına, region təəssübkeşliyinə və ən əsası isə özü üçün hər kəsi güdaza vermək istiqamətinə yönəlmişdi. Məhz bunun nəticəsi idi ki, sonda İ.Qəmbər bu qurumun tərkibində özünə partiya yaradaraq Xalq Cəbhəsinin tam şəkildə iflasını reallaşdırdı. Yeri gəlmişkən, bir müddət öncə KİV-ə müsahibəsində bu məqama toxunan YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da bildirib ki, İ.Qəmbərin manipulyativ praktikası hələ Xalq Cəbhəsi dövründən formalaşıb. Millət vəkili deyib ki, o zamanlar da Xalq Cəbhəsinin daxilində intriqalar yaradan İ.Qəmbər bu təşkilatı parçalayıb müxtəlif insanları üz-üzə qoymuşdu: “Bunun nəticəsində isə Zərdüşt Əlizadə, Etibar Məmmədov və bu kimi bir qrup insanlar Xalq Cəbhəsindən ayrıldı. Bu formada o, Xalq Cəbhəsinin tərkibində özünün partiyasını yaratmağa nail oldu. O zaman Şimali Azərbaycan Demokratik Partiyasını yaradan və Ali Sovetin sədri işləyən İsa Qəmbər sonradan öz vəzifə səlahiyyətlərindən istifadə edərək Mənsur Əliyevin yaratdığı Müsavat Partiyasını ələ keçirdi”.
Göründüyü kimi, İ.Qəmbərin apardığı siyasi xətt yalnız şəxsi maraqların təminatına yönləndirilib. Onun partiyasını gücləndirmək istəməsi məsələsi ilə bağlı fikirləri isə yalandan başqa bir şey deyil. Sadəcə olaraq, xalqın, millətin ona münasibətini dəqiq bilən, 1992-93-cü ildə törətdiklərindən sonra kiminsə ona etimad göstərməyəcəyini tam şəkildə dərk edən İ.Qəmbərin niyyəti yalnız yuxarıda qeyd olunan spekulyativ manevrlərlə maraqlı beynəlxalq dairələrdən Azərbaycanın maraqlarına zərbə vurmaq qarşılığında maddi təminat əldə etməkdir. Bu istiqamətdə ona mane olan “partiyadaşları”nın aqibəti isə eyni nəticə ilə sonlanır...
Bu məsələyə keçməzdən öncə bildirmək lazımdır ki, bir müddətdir ki, Müsavat Partiyasında sədr seçkisi ilə bağlı qızğın müzakirələrə başlanıb. Müəyyən məqamlarda təxribata, hətta şantaja əsaslanan bu müzakirələr artıq iki istiqamət üzrə inkişaf edir. özünü seçkidə sınamaq istəyən şəxslər İ.Qəmbərdən nizamnaməyə riayət etməsini tələb edir. Dilemma qarşısında qalan İ.Qəmbər isə özünə yaxın insanlar vasitəsilə nizamnamənin dəyişdirilməsinə nail olmaq istəyir.
Vurğulamaq yerinə düşər ki, əslində 2010-cu il parlament seçkisindəki məğlubiyyətdən sonra İ.Qəmbər bu situasiyanın yaranacağını dəqiqləşdirmişdi. O mənada ki, əsassız səbəblərlə partiyanın qurultayını uzatmağa çalışan İ.Qəmbər daha bunu bacarmayacağını dərk edərək özünün ən böyük “rəqiblərini” partiyadan uzaqlaşdırmaq yolunu tutdu. Məsələn, o zaman partiyada böyük nüfuza malik olan şəxslər-Sülhəddin Əkbər, İbrahim İbrahimli, Vurğun Əyyub və başqaları onlara qarşı olan qrupun rəhbəri Arif Hacılının əli ilə vurulub partiyadan uzaqlaşdırıldı. Həmin mübarizədə A.Hacılıya sonradan sədr olacağı söz verilsə də, bu gün İ.Qəmbərin fəaliyyəti onu deməyə əsas verir ki, o, sözünə əməl etmək fikrində deyil.
Bunu dərk edən A.Hacılının həbsxanadan verdiyi bəyanatlar isə İ.Qəmbərin işini daha da çətinləşdirir. Məsələn, KİV-ə açıqlamalarında artıq özünü İ.Qəmbərin əsas və yeganə opponenti kimi təqdim edən A.Hacılı İ.Qəmbərin başqan qalmasını arzulayanları “qarşı tərəf” kimi təqdim etməklə hazırki sədrə münasibətini nümayiş etdirmiş olur və İsa Qəmbərə qarşı açıq ittihamlar irəli sürür. A.Hacılı İ.Qəmbərin hər zaman yalnız şəxsi maraqlardan çıxış etməsinə işarə vurur. Eyni zamanda, bildirir ki, bəziləri kimi “dar gündə” müsavatçıları qoyub qaçmayacaq. Bununla o dolayısı ilə partiyadaşlarına çatdırmaq istəyir ki, İ.Qəmbər hər zaman onları darda qoyub qaçıb. Bundan başqa, A.Hacılı iddia edir ki, Müsavat Partiyasını daha güclü təşkilata çevirəcək. Bununla isə A.Hacılı İ.Qəmbərin səriştəsiz, Müsavat Partiyasının isə indiki halda zəif bir partiya olmasına işarə vurur.
A.Hacılı İ.Qəmbərin “siyasi karyerası”nın uğursuzluqlardan ibarət olduğunu da deyib. Göründüyü kimi, İ.Qəmbərin partiyada nəsil dəyişikliyinə getməkdən qorxduğunu deyən A.Hacılı açıq şəkildə meydan oxuyur və nəsil dəyişikliyini həyata keçirəcəyini deyir. Bu isə o deməkdir ki, İ.Qəmbərin ardınca hazırda A.Hacılının sədr olmaması üçün bütün gücünü səfərbər etmiş V.Əyyub, Arzu Səmədbəyli və Qubad İbadoğlu kimi şəxslərə də Müsavatdan “yol görünəcək”.
Məhz bu səbəblərdən də hələlik A.Hacılının həbsdən azad olunmasını istəməyən İ.Qəmbər yaxın zamanda qurultayı keçirərək öz niyyətinə nail olmağa, yəni, A.Hacılını zərərsizləşdirməyə çalışır. Onun bu tələskənliyinin əsas səbəblərindən biri isə 2013-cü ildə keçiriləcək prezident seçkiləridir. Təbii ki, bu seçkidə, ümumiyyətlə, heç bir şansa malik olmayan İ.Qəmbər sonuncu dəfə bəzi beynəlxalq dairələrdən pul qopartmaq niyyətindədir. Amma hələlik onun vəziyyəti elə də ürəkaçan deyil. çünki partiya daxilində təhdidlərlə və təhqirlərlə dolu müzakirələr prosesin fərqli məcraya yönələbilmə imkanından xəbər verir. Hər bir halda bir şey gün kimi aydındır ki, İ.Qəmbərin çıxardığı min oyun yalnız öz kürsüsünü əldən verməməyin başındadır...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

