Güclü Ordu və motivasiya amili
08.11.2023 [10:30]
Mübariz FEYİZLİ
Azərbaycanın dərinməzmunlu sosial siyasəti cəmiyyətin bütün təbəqələrini əhatə edir ki, bu sırada Müdafiə Nazirliyi sistemində və digər güc strukturlarında çalışanlara göstərilən diqqət və qayğını ayrıca qeyd edə bilərik. Əlamətdar haldır ki, respublikamızda güc strukturlarının təmsilçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dövlət səviyyəsində güclü siyasi iradə ortaya qoyulur, eyni zamanda, cəmiyyətimizdə onlara böyük hörmət və ehtiram bəslənilir. Ölkəmiz və xalqımız üçün əlamətdar tarix – 8 Noyabr Zəfər Günü ərəfəsində Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlarla ayrı-ayrı güc strukturlarında çalışanların aylıq vəzifə maaşlarının artırılması, bir qrup hərbiçinin yüksək dövlət təltiflərinə layiq görülmələri onlara göstərilən diqqət və qayğının növbəti təzahürüdür.
Hərbçilərə diqqət və qayğı böyük rəmzi məna daşıyır
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəsna xidmətlərindən biri də odur ki, son 20 ildə respublikamızda güclü Ordu və Vətənə bağlı hərbiçilər nəsli formalaşıb. Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbə sevinci yaşadan qalib Orduya çevrilib. Müharibə şəraitində yaşamağımız nəzərə alınmaqla 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunub. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycanın Silahlı Qüvvələrini dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən müdafiə sənayesi hesabına ölkəmizdə müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Hazırda yerli müəssisələr Ordumuzu hərbi təyinatlı məhsullarla əhəmiyyətli dərəcədə təchiz edir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir.
Bütövlükdə isə Vətən müharibəsinə qədərki və ondan sonrakı dövrdə respublikamızda müasir ordu quruculuğuna kompleks yanaşma sərgilənib . Belə ki, ölkəmizdə hərbi hissələrin innovativ texnika ilə təchizatının möhkəmləndirilməsi, yeni silahların alınması ilə paralel şəkildə, şəxsi heyətlə ideoloji iş, hərbiçilərin sosial müdafiəsi də diqqət mərkəzində saxlanılıb. Son 20 ildə Prezident İlham Əliyev tərəfindən hərbiçilərin sosial müdafiəsinin gücləndirlməsinə hesablanan mühüm qərarlar verilib. Respublikamızda hərbi qulluqçuların sosial təminatı məsələləri elə həll edilir ki, onlar ev, ailə və digər məişət problemləri haqqında deyil, yalnız xidmət və Vətəni müdafiə etmək haqqında düşünsünlər. Son 20 ildə qəhrəman hərbiçilərimizin soaial müdafiəsi bir neçə istiqamətdə təşkil olunub. O cümlədən davamlı olaraq onların mənzil-məişət və xidmət şəraiti yaxşılaşdırlır, gəlir imkanları artırılır. Dövlətin bu istiqamətdə gördüyü işlərə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hərtərəfli dəstək verir. Postmüharibə mərhələsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vətən müharibəsində yaralanan hərbiçilərimizin yüksək səviyyəli protezlərlə təmin olunması proqramı uğurla davam etdirilir.
Prezident İlham Əliyevin Zəfər Günü ərəfəsində imzaladığı sənədlərlə güc strukturlarında çalışanların sosial müdafiəsinin möhkəmləndirlməsi istiqamətində daha bir addım atılıb. İmzalanan Fərmanlara əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb. Eyni zamanda, Dövlətimizin başçısı Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən bir qrup hərbiçi “Qarabağ”, “Azərbaycan bayrağı” ordenlərinə və digər yüksək təltiflərə layiq görülüb. Prezident İlham Əliyevin 7 noyabr 2023-cü il tarixində imzaladığı digər bir Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına - polkovnik Fərid Əlibaba oğlu Əliyevə, polkovnik Namiq Süleyman oğlu Bayramova, polkovnik Müşfiq Xıdır oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.
Qəhrəman hərbiçilərimiz hər cür yüksək mükafata layiqdirlər
Zəfər Günü ərəfəsində Müdafiə Nazirliyində və digər güc strukturlarında çalışanların aylıq vəzifə maaşlarının artırılması və bir qrup hərbiçinin yüksək dövlət təltiflərinə layiq görülməsi böyük rəmzi məna daşıyır. Müharibədə misilsiz şücaətlər göstərən, düşmənə aman verməyən hərbiçilərimiz Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə yetişən gənclərdirlər. Döyüşlərdə Azərbaycan hərbçilərinin əsas motivasiyası Vətən, torpaq məhəbbəti idi. Verilən məlumatlara görə İkinci Qarabağ müharibəsində düşmən ordusunda 10 mindən çox fərari qeydə alınıb. Onlar döyüşlərin həlledici məqamlarında mövqelərini, silahlarını qoyaraq qaçıblar. Azərbaycan Ordusunda isə bir dənə də belə fakt aşkarlanmayıb. Müharibənin hər günündə hərbiçilərimiz “Arxamızda Vətəndir” deyərək irəliləyiblər. Böyük Zəfərimiz məhz onların igidliyi, rəşadəti, yenilmzliyi sayəsində qazanılıb. Xalqımıza, dövlətimizə böyük qürur yaşadan, canları və qanları hesabına ərazi bütövlüyümüzü, suverenliyimizi təmin edən hərbiçilərimiz hər cür yüksək dövlət mükafatlarına layiqdirlər.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

