ABŞ səfiri patrul “xidməti”ndə...
17.11.2023 [10:45]
Sərhədə durbinlə boylananların sayı artır
Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi-hərbi, eləcə də iqtisadi reallıqlar bəzi “güclərin” maraqlarına cavab vermir. O mənada ki, qlobal əhəmiyyətli geocoğrafi və geostrateji məkanda yerləşən Cənubi Qafqaz özünün bu kimi üstünlüklərini iqtisadi dividendə çevirmək şansı qazanıb. Bu mərhələ Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövrün başlanğıcı kimi qeyd edilə bilər. Bu gün yeni iqtisadi nizamın formalaşdığı zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapmasını təmin edən mühüm faktlardan birinə çevrilmə imkanı əldə edib.
Azərbaycan real imkanlar yaradıb...
Bu faktdır ki, Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edib - Qarabağda qanun-qaydanın yaradılması, separatçı xuntanın fəaliyyətinə son verilməsi isə regiona olan iqtisadi marağı günü-gündən artırması şansını ortaya qoyur. Regiona maraq artır, Azərbaycan bölgəyə xarici sərmayənin cəlb olunması istiqamətində fəal iş aparır. Nəticə etibarı ilə, Cənubi Qafqaz bütövlükdə, yeni inkişaf tempi qazana bilər. Burada enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər önə çıxır ki, sülhün əldə olunması yeni mərhələdə qlobal inkişaf konsepsiyasının aparıcı indeksi kimi müəyyənləşir. Bu fakt həm də qarşılıqlı inteqrasiyanı gücləndirən amilə çevrilmək imkanına malikdir. Cənubi Qafqazın hər üç ölkəsi Azərbaycanın yaratdığı yeni mərhələnin - sabitlik və inkişaf mərhələsinin daha da şaxələndirilməsində, genişləndirilməsində maraqlı olmalarının vacibliyini ortaya qoyur.
Qərb maraqlarının Qafqazdakı Ermənistan “ayağı”
Əlbəttə ki, sadalanan məsələlər olduqca böyük əhəmiyyət daşıyır və bəzi “böyük güclər” bu sabitliyin və inkişafın təşəkkül tapmasında maraqlı deyillər. Fransanın “patronajlığı” ilə son dövrlərdə ölkəmizə qarşı yönəldilən aqressiya və təzyiq kampaniyaları bunu göstərir. Məhz rəsmi Parisin “ideya müəllifi” olduğu bəzi məsələlər - silahlandırma, “mülki missiya” adı altında kəşfiyyat qruplarının İrəvana yönləndirilməsi, “qaçqın” görüntüsü ilə maliyyə trafikinin daha da artırılması Qərbin Cənubi Qafqaz üzərindən oynamağa çalışdığı çirkin oyunları ifşa edir. Özünün marağını Cənubi Qafqaza məhz Ermənistan üzərindən “daşımağı” planlaşdıran Fransa və “dəstəkçiləri” beynəlxalq hüququn tapdanması bahasına olsa belə, Azərbaycan ətrafında “çəmbər” yaratmaq üçün səfərbər olub. Maraqlıdır ki, qlobal müstəvidə mühüm fikir ayrılığı yaşayan Qərb dünyası Cənubi Qafqazda maraqlarını “uzlaşdıra bilir”. Başqa sözlə, dünənə qədər Avropanın “Şərq siyasətini” “gözucu” izləyən ABŞ artıq bu oyunların “tərkib hisssəsi” olmağa qərar verir.
Kvien də “durbinə” sarıldı...
Bunun ən real təsdiqi ABŞ-ın Ermənistandakı səfirinin Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası ilə birgə Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsinə getməsi faktı sayıla bilər. Xatırladaq ki, bu barədə Aİ-nin Monitorinq Missiyasının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, ABŞ səfiri Kristina Kvien Tavuş vilayəti ərazisində patrul xidməti üçün Aİ-nin Monitorinq Missiyasına qoşulub. Səfər Missiyanın İcevandakı ofisi tərəfindən həyata keçirilib.
Əslində, bu fakt özündə bəzi məqamları birləşdirir. Birincisi, təşkil olunan “səfərə” ABŞ səfirini də “qoşmaqla” Aİ missiyasının “başbilənləri” görüntü yaratmağa çalışırlar - onlar bununla Azərbaycana və digər region ölkələrinə “mesaj verirlər”. ABŞ-ın Fransanın bölgəyə yönəlik oyunlarını dəstəklədiyi görüntüsünü yaratmağa çalışırlar. Amma burada ABŞ-ın xüsusi maraqları varsa da belə, bu maraqlar Fransa və ya başqa bir ölkənin maraqları ilə uzlaşası deyil - Vaşinqton heç bir zaman Avropanı özündən bir addım önə buraxmaz. Bu mənada, son nəticədə “iki müttəfiqin” fikirlərinin Ermənistan “sərhədində” də haçalanacağı gün uzaqda deyil.
Digər tərəfdən, Fransa və Aİ bu addımla özünü bir növ “kompensasiya” edir. Təsadüfi deyil ki, son günlərdə həm Rusiyanın, həm də İranın bəzi səlahiyyətli şəxsləri Aİ missiyası ilə bağlı narahatlıqlarını açıq şəkildə dilə gətirirlər, onların kəşfiyyat fəaliyyəti ilə məşğul olmalarına eyhamlar vururlar. Bu mənada, ABŞ səfirinin “səfəri” həm də Fransanın özünü “kompensasiya etmək” qorxusundan qaynaqlanır...
Hər bir halda ABŞ səfirinin də digər missiya “iştirakçılarına” qoşularaq durbinlə sərhəddin bu tərəfinə boylanması Qərbin “nisgilini” özündə ifadə edir. Onların Cənubi Qafqazda görmək və yaratmaq istədikləri “müti mühit” alınmadı - Azərbaycanın qətiyyəti buna mane oldu. İndi də “əlac” “durbinə” qalıb...
ABŞ-dan növbəti ikili standart...
Yeri gəlmişkən, ABŞ Ermənistan - Azərbaycan münasibətlərinin normallaşması prosesində yenidən ikili standartı ilə seçilib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ABŞ və Azərbaycan arasında münasibətlər normallaşmayacaq. O qeyd edib ki, ABŞ bu ölkənin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən imtinanın müddətini uzatmayacaq: “Çünki vəziyyətin real yaxşılaşmasını görməmişik. Bütün bunlar sülhü təşviq etmək məqsədi daşıyır”.
Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə qəbul edilib. ABŞ-ın məsələyə yanaşma prizması isə tamamilə səhv və ikili standarta əsaslanan yanaşmadır - o baxımdan ki, 30 ilə yaxın işğala məruz qalmış Azərbycana münasibətdə Vaşinqton beynəlxalq hüquqa uyğun gəlməyən davranış sərgiləyir. Hətta məsələ O-Braynın ifadə etdiyi kimi “real yaxınlaşmanın müşahidə edilməməsi” şəklindədirsə belə, Azərbaycana münasibət haqsız münasibətdir. Çünki Azərbaycan artıq 3 ilə yaxındır ki, sülh prosesinin real nəticələrlə bitməsi üçün bütün gücünü səfərbər edib. Sülhə mane olan isə Ermənistanın qeyri-konstruktiv mövqeyidir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

