Türkiyə İsveçin addımlarını izləyir
17.11.2023 [10:50]
TBMM bu ölkənin NATO-ya daxil olması məsələsini diqqətdə saxlayır
Nardar BAYRAMLI
Türkiyə İsveçin NATO-ya üzv olmasına dair prosesdəki addımlarını izləyir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. O, İsveçin NATO-ya daxil olması protokolu ilə bağlı qanun layihəsinin hazırda Türkiyə Böyük Millət Məclisinin müvafiq komissiyasında nəzərdən keçirildiyini xatırladıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də İsveçin NATO-ya üzvlük protokolunu imzalayıb. Hələ bu ilin iyul ayında NATO-nun Vilnüs sammitində əsas müzakirə mövzularından biri İsveçin alyansa üzvlüyü məsələsi idi. Bu ölkənin alyansa üzvlüyü üçün Türkiyə müəyyən şərtlər irəli sürmüşdü. İsveç təşkilata üzv olmaq üçün Türkiyə qarşısında götürdüyü öhdəliyə əməl etməli, bəzi terrorçuları bu ölkəyə təhvil verməli idi. Eləcə də bu ölkənin PKK/YPG terror təşkilatına maliyyə dəstəyi dayandırılmalıdır.
Ötən müddət ərzində bir sıra addımlar atılıb. Hətta NATO-nun baş katibi Yens Stoltenberq sammit ərəfəsində İsveçin bütün öhdəlikləri yerinə yetirdiyini bəyan etmişdi. Amma Türkiyə bununla razı deyildi. Üstəlik, İsveçdə İslamın müqəddəs kitabı olan “Quran”ın dəfələrlə yandırılması, Türkiyənin dövlət rəmzlərinin təhqir olunması vəziyyəti gərginləşdirməyə xidmət edirdi. Bununla belə, İsveç milli qanunvericiliyə terrorla mübarizə ilə bağlı dəyişiklər etdi və digər addımlar atdı. Bu da Türkiyənin məsələyə yaşıl işıq yandırması inamını artırdı.
NATO-nun baş katibi Yens Stoltenberq İsveçin Vilnüs sammitində alyansa üzv ola bilməyəcəyini bildirmişdi. O, bunu Türkiyə tərəfinin ratifikasiya prosesini başa çatdıra bilməyəcəyi ilə əlaqələndirmişdi. Sammit ərəfəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında da telefon danışıqları baş tutdu. Danışıqlarda İsveçin alyansa üzvlüyü də diqqət mərkəzində oldu. Bundan əlavə, sammit zamanı NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin Baş naziri Ulf Kristerssonla görüşərək İsveçin alyansa daxil olması imkanlarını müzakirə etdi.
Sentyabrın əvvəlində isə Türkiyə parlamentinin sədri Numan Kurtulmuş jurnalistlərə müsahibəsində bildirmişdi ki, İsveçin NATO-ya daxil olmaq ərizəsinin TBMM-də müzakirə və təsdiqi Ankaranı narahat edən məsələlərin həlli üçün Stokholmun atdığı konkret addımlardan asılıdır. “İsveç müsbət hesab edə biləcəyimiz addımlar atır. Amma hazırda bunun kifayət olub-olmadığına qərar vermək bizim Xarici İşlər Nazirliyimiz və hökumətimizdən asılıdır. Əgər hər şey eyni axarda inkişaf etməyə davam edərsə və İsveç bizim narahatlığımızı nəzərə alarsa, Türkiyə hökuməti məsələni parlamentdə nəzərə ala bilər”, - deyə N.Kurtulmuş söyləyib.
Oktyabrın 24-də NATO-nun Baş katibi Yens Stoltenberq Stokholmda təşkil olunan mətbuat konfransında bir daha İsveçin Türkiyə qarşısında bütün öhdəliklərini yerinə yetirdiyini və bundan sonra Şimali Atlantika Alyansının üzvü olmağa hazır olduğunu bəyan edib. “İsveç bütün öhdəliklərini yerinə yetirib, konstitusiyasına və qanunlarına terrorla mübarizəni genişləndirməyə imkan verən dəyişikliklər edib, Türkiyəyə silah tədarükünə icazə verib. Mən yaxın gələcəkdə onun alyansa qəbul edilməsini gözləyirəm”, - deyə Yens Stoltenberq bildirib. NATO-nun Baş katibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdığını və İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzaladığına görə ona təşəkkür etdiyini vurğulayıb.
Doğrudur, NATO-nun Vilnüs sammitində İsveçin alyansa daxil olması üçün Türkiyə tərəfindən yaşıl işıq yandırılmışdı. Amma əsas məsələ İsveçin öz öhdəliklərini tam yerinə yetirməsi idi. Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq protokolu parlamentin müzakirəsinə təqdim etməsi isə artıq İsveçin NATO-ya üzv olmasına ciddi əsaslar verir. Lakin protokolun təsdiq edilib-edilməməsi Türkiyə parlamentarilərinin səlahiyyətindədir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

