Milyonlarla avro İrəvanda necə “əriyir”?
25.11.2023 [11:00]
Kim zəmanət verə bilər ki, Almaniyanın və Avropa İttifaqının Ermənistana ayırdığı yeni yardım tranşları da fərarilər ölkəsindəki “qara dəlik”də yoxa çıxmayacaq?
Avropanın ayrı-ayrı ölkələri uzaq Ermənistana yardımlar, qrantlar adı altında vəsaitlər yönəltmək üçün sanki növbəyə dayanıblar. Almaniya hökuməti yaxın illərdə Ermənistana kredit və qrant şəklində 84,6 milyon avro ayıracaq. Bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin baş katibi Niels Annen İrəvanda Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanla birgə keçirdiyi brifinqdə bildirib. Ermənistan və Almaniya arasında hökumətlərarası danışıqların nəticələrinə görə Almaniya uzun illərdir ki, Ermənistana vəsait ayırır.
Əsasən kreditlər, qrantlar adı altında yönəldilən vəsaitlər Almaniya İnkişaf Bankı (KfW), eləcə də Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GIZ) vasitəsilə verilir. Annen əlavə edib ki, bu proqramlar davam edəcək. Əsas maliyyələşdirmə istiqamətləri arasında o, orta ixtisas təhsilinin inkişaf etdirilməsi, bərpa olunan enerji mənbələri, bələdiyyə orqanları üçün təcrübə mübadiləsi proqramlarını qeyd edib
Ermənistanın dilənçi xisləti
Məlum erməni xislətinin ən səciyyəvi eybəcər xüsusiyyətlərindən biri əyri işlərini, hiyləgər planlarını həyata keçirməkdən ötrü yazıq, müti qiyafəsinə girməkdir. 44 günlük müharibədə mövqelərini və silahlarını qoyub dovşan kimi qacan, fərarilik edən ermənilər bunu yaxşı bacarırlar. Ermənistan resursları olmayan və Azərbaycanın məlum səbəblərə görə həyata keçirdiyi təcrid siyasəti nəticəsində investisiya cəlbediciliyini tamamilə itirən, dalan vəziyyətə düşən bir ölkədir. Belə vəziyyətdə Ermənistan hökumətinin təmsilçiləri tez-tez xarici ölkələrə ianə turnelərinə çıxırlar. Bu marşruta əsasən Avropadakı erməni lobbisinin təsir imkanlarının geniş olduğu ölkələr daxildir. Erməni lobbisi “lövbər” saldığı ölkələrdə dövlətləri və cəmiyyətləri yenə də min bir hiylə ilə Ermənistana yardım kampaniyalarına qoşulmağa sövq edir.
Təbii ki, Ermənistanın xarici ölkələrdən maliyyə asılılığı onun siyasi müstəqilliyinə təsirsiz ötüşmür. Biz Ermənistanın timsalında xarici məbələrdən asılı olan, yardımlarla yaşayan bir ölkənin rəzil durumunun tipik nümunəsini izləyirik. Baş nazir Nikol Paşinyanı tez-tez ayrı-ayrı böyük dövlətlərin liderlərinin, Avropa İttifaqının (Aİ) rəsmilərinin yanında boyunubükük vəziyyətdə görürük. Onun bir qədər bundan əvvəl Rusiya prezidenti V.Putinin çətiri altında necə xoşbəxtcəsinə poz verdiyi yaddaşlardan silinməyib. İndi isə o, Rusiyaya qarşı davranışlara rəvac verərək onu Qərblə əvəzləmək istəyir. Belə dönüklük, fürsətcillik də erməni tipinin digər bir xarakterik cəhətidir ki, bunu da N.Paşinyan sərgiləyir.
Sadalananlar bir daha təsdiqləyir ki, Ermənistanın müstəqilliyi yalnız kağız üzərindədir. Reallıqda isə iqtisadiyyatı zəif olan bu ölkənin siyasi müstəqilliyindən danışmaq mümkün deyil. Onunla bağlı seçimlər ölkə hüdudlarından kənarda edilir. Forpost dövlətin kukla timsallı rəsmilərinin isə həmin seçimlərə “hə” deməkdən başqa çıxış yolları yoxdur. Onlar, necə deyərlər, musiqini sifariş edənlərin çaldıqları havalara oynayırlar.
Şübhəli səxavətlilik
Ermənistanın hesabatlılıqdan yayınan, korrupsiyanın geniş vüsət aldığı ölkə olmasının fonunda həm də Avropa dövlətlərinin, ayrı-ayrı beynəlxalq maliyyə təşkilatların bu ölkəyə məmnuniyyətlə vəsaitlər ayırması suallar yaradır. Bir sıra hallarda vəsait azlığından gileylənən həmin ölkələr və təşkilatlar nədən Ermənistana münasibətdə belə səxavətlilik göstərirlər? Axı söhbət milyonlarla avrodan gedir.
Ayrılan vəsaitlərin həqiqətən də ehtiyac duyulan məqsədlərə xərcləndiyini və Avropa qurumlarının səxavətliliyinin səmimiliyinə inanmaq çox çətindir. İlk növbədə ona görə ki, Ermənistandan zaman-zaman qrantların və kreditlərin mənimsənilməsinə, məmurlar tərəfindən talan edilməsinə aid çoxsaylı siqnallar gəlir. Bundan əvvəl Avropa İttifaqının Ermənistana 25 milyon, indi isə Almaniyanın 84 milyon avro ayırması rüşvət, çirkli pulların yuyulması ehtimallarını yenidən gündəmə gətirir. Ermənistan kimi korrupsiyaya bulaşmış ölkələrdə “köhnə qitə”də geniş vüsət almış çirkli pulların yuyulması mexanizmlərinin reallaşdırılması asandır. Burada, necə deyərlər, bütün tərəflər ciblərini doldururlar. Layihələrə məsul olan milli koordinatorlar və Avropadan olan komissarlar “gör məni, görüm səni” prinsipindən çıxış edirlər. Ayrılan qrantların böyük hissəsi məhz milli koordinatorlarla komissarlar arasında dövr edir. Layihələrin icrası isə illərlə, daha dəqiq desək, növbəti qrantların ayrılmasınadək təxirə salınır. Beləcə qapalı dövrə davam edir. Hər dəfə bir çimdik iş üçün milyonlarla avro silinir. Bu çirkin mexanizmin işləməsinə aid çoxsaylı faktlar sadalamaq mümkündür. “Avropa İttifaqının Ermənistana ayırdığı qrantlar genişmiqyaslı korrupsiyaya uğrayıb”. Belə bir məlumatı bir neçə il bundan əvvəl Ermənistan istintaq komitəsi publik şəkildə yaydı. Məlumatda qeyd edilirdi ki, korrupsiya faktının aşkar edilməsində Fırıldaqçılığa qarşı Mübarizə İdarəsinin Avropa ofisi iştirak edib. Söhbət yarım milyon avronun mənimsənilməsindən gedirdi.
Elə Avropa təsisatlarının da tarixində rüşvət qalmaqalları çox olub. Aİ-nin Ermənistan kimi ölkələr üzərindən çirkli pulları yuduğuna dair səsləndirilən iddialar qurum tərəfindən təkzib olunmayıb. Ötən ilin sonlarında bütün dünyaya, xüsusilə də Şərq aləminə demokratiya, şəffaflıq və əxlaq dərsi keçmək iddiasında olan “köhnə qitə”nin mühüm təsisatlarından olan Avropa Parlamentinin adı yeni bir rüşvət qalmaqalı ilə gündəmə gəldi. Belçika Federal Prokurorluğunun Avropa Parlamentinin vitse-prezidentlərindən biri olan yunanıstanlı deputat Eva Kailinin də iştirak etdiyi korrupsiya üzrə istintaqın başlandığını və AP-də çalışan 10 nəfərin kompüter sistemlərinə girişinin bloklandığını açıqlaması “qoca qitə”də bir növ soyuq duş effekti yaratdı. Artıq dekabrın 11-də məlum oldu ki, Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili və daha 3 nəfər Qətərdə keçirilən futbol üzrə Dünya çempionatı ilə bağlı korrupsiya faktı üzrə ittiham olunaraq həbsə alınıblar. Belçika Prokurorluğundan verilən məlumata görə, istintaq çərçivəsində evlərdə və ofislərdə olmaqla təxminən 20 ünvanda reyd və axtarışlar aparılıb. Axtarışlar nəticəsində şübhəli şəxsin evindən 600 min avro, Brüsseldə hotel otağında çantada bir neçə yüz min avro, Avropa Parlamenti deputatının mənzilində isə 150 min avro aşkar edilib. Bütün bu kimi faktlardan sonra kim zəmanət verə bilər ki, Almaniyanın və Avropa İttifaqının Ermənistana ayırdığı növbəti yardım tranşları da “qara dəlik” də yoxa çıxmayacaq?
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41

