Üç ölkənin hərbi əməkdaşlığı genişlənir
29.11.2023 [10:40]
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşündə regionda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub
Nardar BAYRAMLI
Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq davamlı olaraq genişlənir. Noyabrın 27-də hər üç ölkənin müdafiə nazirləri arasında keçirilən görüş də bunu təsdiqləyir. Qeyd edək ki, əvvəlcə nazirlər arasında ikitərəfli görüşlər baş tutub. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin Respublikasının milli müdafiə naziri Yaşar Gülerin görüşündə iki ölkə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu bildirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında müdafiə sahəsindəki mövcud əməkdaşlığı və perspektiv imkanlarını yüksək dəyərləndirdiyini xüsusi vurğulayan Zakir Həsənov əlaqələrimizin daha da genişləndirilməsi baxımından belə görüşlərin zəruriliyini qeyd edib.
Şuşa Bəyannaməsinin önəmi...
Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən Y.Güler göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi diqqətə çatdırılıb. Bu Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında müstəsna rolu olduğu xüsusi vurğulanıb.
Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında ikitərəfli görüşdə də hərbi sahədə də əlaqələrimizin daha da inkişaf etdiyini qeyd edilib. C.Burçuladze Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlaqədar həmkarına təbriklərini çatdırıb. Qarşılıqlı səfərlərin, belə görüşlərin ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bildirib.
Hərbi əməkdaşlıq planı imzalanıb
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb. Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.
Sonda Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
10-cu görüşdə nələr müzakirə olunub?
Müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşündə isə xalqlarımızın əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi qeyd edilib. Görüşdə regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub. Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Müdafiə sahəsində üçtərəfli əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Görüşdə hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib və üçtərəfli görüşün yekununa dair protokol imzalanıb.
2024-cü ildə yeni planlar var
Mətbuat konfransında çıxış edən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib ki, bu görüş ölkələrimiz arasında olan strateji səviyyəli dialoqun bariz nümunəsidir. Nazir bildirib ki, görüşdə üç dost və qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin ikitərəfli və üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi, onların gələcək inkişaf perspektivləri, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb: “Müzakirələr zamanı bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və birgə əməkdaşlığın əhəmiyyəti vurğulandı. Xüsusilə bölgədəki terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsinin regionda sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq layihələrin təhlükəsizliyinə birbaşa təhdid olduğunu, eləcə də regiondan kənar ölkələrin bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdlərinin qəbul edilməz olduğunu qeyd etdik. Münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasının vacibliyi bir daha vurğulandı”.
“2024-cü ildə Azərbaycanda üçtərəfli formatda müxtəlif hərbi əməkdaşlıq sahələri üzrə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Hesab edirəm ki, dövlətlərimiz arasındakı səmimi münasibətlər və qarşılıqlı etimad müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığımız sülh naminə tərəfdaşlığın hər kəsə örnək ola biləcək nümunəsidir. Bu mənada, üçtərəfli birgə fəaliyyətlərimiz regionda sabitliyin qorunub saxlanılmasına yönəlmiş sülhməramlılıq mesajı kimi qiymətləndirilməlidir”,- deyə Zakir Həsənov vurğulayıb.
Sülh üçün bundan sonra...
Türkiyənin milli müdafiə naziri Yaşar Güler də deyib ki, ölkələrimiz regionda sülh və inkişaf üçün birgə əməkdaşlığı bundan sonra da davam etdirəcək. O bildirib ki, “3+3” formatındakı görüşlərin Cənubi Qafqazda problemlərin həllində, qalıcı sülhün əldə olunmasında mühüm əhəmiyyəti var: “Amma Ermənistan sülh üçün yaranan şəraiti lazımınca dəyərləndirmir”.
“Bizim region çox çətin gərginlik vəziyyətindədir. Ona görə də üçtərəfli görüş çox əhəmiyyətlidir”,-deyən Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze isə qeyd edib ki, 2024-cü ildə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli formatda görüşü Gürcüstanda keçiriləcək.
Ekspert: İndiki mürəkkəb şəraitdə üç ölkənin hərbi əməkdaşlığı önəmlidir
Ümumiyyətlə, görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə qurumları arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif növ birgə tədbirlərin keçirilməsi imkanları və digər əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Üçtərəfli formatda keçirilən təlim və treninqlərin intensivləşdirilməsinin və səhra şəraitində keçirilməsinin əhəmiyyəti də qeyd edilib. Belə birgə təlimlərin keçirilməsi hərbi birləşmələrimiz arasında əməliyyat uzlaşmasının əldə olunmasına, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsi üçün zəminin yaradılmasına və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcək.
Müdafiə nazirlərinin üçtərəfli görüşünü şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə baş verən hadisələrin fonunda kifayət qədər mürəkkəb hərbi-siyasi vəziyyət mövcuddur: “Belə bir vəziyyətdə Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli formatda hərbi əməkdaşlığının inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinin müzakirəsi çox vacib prioritetlərdəndir. Üç qonşu ölkənin strateji tərəfdaşlıq platforması ilk növbədə bölgədə sülhün, sabitliyin və davamlı inkişafın bərqərar olmasına hesablanıb. Eyni zamanda, hərbi təlimlər təhlükəsizliyin təmin olunması baxımından çox böyük əhəmiyyət daşıyır”.
Ekspertin sözlərinə görə, Azərbaycan Türkiyə və Gürcüstan həm “Eternity”, həm də “Qafqaz Qartalı” təlimlərində birgə iştirak edirlər. Buraya hərbi qulluqçular ilə bərabər, aidiyyəti dövlət qurumlarımızın nümayəndələri də cəlb edilir. Həmçinin, regionda baş verən təhdidlərin aradan qaldırılması üçün tapşırıqların yerinə yetirilməsi bu təlimlərin əsas ssenari xəttidir. Ə.Verdiyev qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlimləri hər üç tərəfdaş ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və qarşılıqlı uzlaşmanın təmin olunması üçün kifayət qədər önəmli tədbirlərdir: “Bu görüşlər üç qonşu ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri üçün geniş imkanlar yaradır”.
Xəbər lenti
Hamısına baxMEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51

