/ / Almaniya və Azərbaycan 20 il davam edən diplomatik münasibətlərdən məmnun ola bilər: yekun və perspektivlər
Almaniya və Azərbaycan 20 il davam edən diplomatik münasibətlərdən məmnun ola bilər: yekun və perspektivlər
15.03.2012 [01:03]
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 20 fevral 1992-ci il tarixində Moskvadakı Almaniya səfirliyinə 154 saylı notasını göndərmişdir. Sözügedən notada Xarici İşlər Nazirliyi Almaniya ilə diplomatik əlaqələrin qurulmasına hazır olduğunu bəyan etmişdir. Diplomatik münasibətlər qarşılıqlı anlaşmanın genişləndirilməsi və gücləndirilməsinə töhfə verməli və xalqlar arasında etimada əsaslanan əlaqələrin bünövrəsini qoymalıdır. Moskvadakı Almaniya səfirliyi 18 mart 1992-ci il tarixində Bakıdakı Xarici İşlər Nazirliyinə cavab vermişdir ki, Almaniya 154 saylı notada öz əksini tapmış prinsiplərə müvafiq 20 fevral 1992-ci il tarixində Azərbaycanla diplomatik əlaqələrin qurulması üçün hazırdır. Bu nota mübadiləsi o zamandan etibarən ikitərəfli əlaqələrimizin inkişafına zəmin yaradan mütləq qüvvəyə malik çərçivənin bünövrəsini qoymuşdur.
1992-ci il Azərbaycan üçün prezident dəyişikliyi ilə bərabər, ağır müharibə ili idi. Diplomatik münasibətlərin qurulması Xocalı soyqırımına təsadüf etmişdir. Milli Məclisin araşdırmalarına əsasən Xocalı soyqırımı Azərbaycanın dinc əhalisindən 600 nəfərdən çox qurban tələb etmişdir, onların arasında çox sayda qadın və əliyalın uşaqlar var idi. ötən həftə Berlin şəhərində keçirilmiş anma tədbirində bu hadisənin ağır izlərinin təsirini hələ də müşahidə etmək olardı.
1992-ci ildə kansler Helmut Kohlun rəhbərliyi altında Xristian Demokrat və Xristian Sosial İttifaqları habelə koalisiya tərəfdaşı Azad Demokratik Partiyadan ibarət federal hökumət 3 oktyabr 1990-cı il tarixində Almaniyanın birləşməsi kimi siyasi uğurdan faydalanırdı. Digər tərəfdən, şərqi alman iqtisadiyyatının zəif rəqabət qabiliyyətinə malik olmasına görə iqtisadi problemlər daha da güclü ön plana çıxmışdır. Lakin bu hal federal hökuməti Avropa inteqrasiyası istiqamətində addımlar atmaqdan və 1992-ci ildə Maastrix müqaviləsinə əsasən avroməkanın bünövrəsini qoymuş Avropanın iqtisadi və valyuta ittifaqının təsis olunması yolundan geri döndərmədi.
Müstəqil ölkələrimiz arasında rəsmi münasibətlərin qurulmasından etibarən əməkdaşlıq imkanlarının geniş spektri müəyyən edilmişdir: sıx siyasi əlaqələr, iqtisadi əməkdaşlıq və mədəni mübadilə.
1993-cü ildə cənab Prezident Heydər Əliyevin “qərbə istiqamətləndirmə” ifadəsi ilə təsvir olunan siyasəti iqtisadi və siyasi bilik və təcrübəyə malik Almaniyaya Azərbaycanın tərəfdaşı kimi özünü doğrultmağa çoxsaylı imkanlar vermişdir. Almaniyanın Texniki və Maliyyə Əməkdaşlığı üzrə Təşkilatının- GTZ (indi GİZ) və KfV bankının konsaltinq xidmətləri böyük maraqla qarşılanmışdır. Azərbaycan isə alman qurumları üçün etibarlı tərəfdaş ölkə idi. Etimad ruhunda aparılan siyasi dialoq dövlət başçıları səviyyəsində ikitərəfli münasibətlərə müsbət təsir göstərmişdir. Sonuncu dəfə 2010-cu ilin əvvəllərində federal kansler Angela Merkel cənab Prezident İlham Əliyevlə, 2010-cu ilin iyun ayında isə Almaniyanın xarici işlər naziri cənab Dr. Gido Vestervelle öz həmkarı cənab Elmar Məmmədyarovla görüşmüşdürlər.
Azərbaycanda “Alman mədəniyyət ili: 2009” və Almaniyada eyni tədbirlər silsiləsi kimi müxtəlif mədəni tədbirlər tamaşaçılara ölkələrimizin bədii, təsviri və musiqi incəsənətinin zirvələri ilə tanış olmaq üçün imkan yaratmışdır. Bununla həm alman, həm Azərbaycan mədəniyyəti ilə maraqlanan insanların sayı artmışdır. Məsələn, mən “Əli və Nino” romanında tolerantlığa dair aparılan müzakirənin təsiri altına düşmüşdüm. Bakıda anadan olmuş, dünyanın ən böyük regionlarına səyahət etmiş ziyalının bu məftunedici əsəri bir çox oxucularda şübhəsiz eyni hissləri oyatmışdır, baxmayaraq ki, bu əsər 80 il əvvəl ilk dəfə çap olunmuşdur. Əsəd Bəy və Qurban Səyid ləqəbli müəllif Lev Nussimbaum öz vaxtsız ölümünə qədər müəyyən səbəblərə görə yaşayış yerlərini tez-tez dəyişməliydi. “Əli və Nino” əsəri və üzeyir Hacıbəyovun 1908-ci ildə Bakıda nümayiş etdirilən İslam dünyasının ilk “Leyli və Məcnun” adlı operası ilə bərabər muğam və musiqinin bir çox xiridarları arasında populyar olan caz-muğam Xəzəryanı bölgədə cazibədar və parlaq mədəniyyətin nümunələridir. Əlbəttə, azərbaycanlı sənətkarların Qərbi Avropada tanınması avropalı sənətkarların Azərbaycanda tanınmasından daha da çətin baş tuturdu. Bakının ziyalı təbəqəsi üçün Avropanın klassik musiqisi, ədəbiyyatı və təsviri incəsənəti haqqında ətraflı bilikləri əldə etmək əvəzedilməz idi. XlX-XX-əsrin “neft bumu” incəsənətin Bakıya gətirilməsi üçün maddi şərait yaratmışdır.
Almanlar artıq bu zaman xalqlararası anlaşmaya öz fəal töhfələrini vermişdir: çar II Aleksandr tərəfindən 1819-cu ildə ölkəyə (Helenendorf) dəvət olunmuş şvab mühacirləri peşəkar ustalar, şərabçılar, tacirlər və mühəndislər kimi öz bilik və bacarıqları ilə Azərbaycan cəmiyyətinə xidmət etmiş və cəmiyyətə maneəsiz inteqrasiya olunmuşdur.
Yeddi ildən sonra - 2019-cu ildə - biz ilk alman mühacirlərinin Azərbaycana köçmələrinin 200 illiyini təntənəli şəkildə qeyd edəcəyik!
2010-cu ilin avqust ayında Bakıda alman səfiri kimi xidməti vəzifəyə başladığım vaxtdan etibarən mən azərbaycanlıların böyük qonaqpərvərliyini tərifləməkdən usanmamışam. Bu kəlmələri diplomatik nəzakət nümayiş etdirməyə görə deyil, gəldiyim ilk gündən özümü burada çox xoş hiss etdiyimə görə deyirəm. Mən müsahibələrimdə hər vaxt vurğulamışam ki, Almaniyanı sevən və Almaniya haqqında heç bir mənfi fikri olmayan ölkədə işləmək və yaşamaq necə də xoşdur. Mənim ölkəmə qarşı geniş və dərindən kök salmış müsbət təəssürata rəğmən son həftələr laqeyd qala bilməyəcəyim tək-tək xoşagəlməz notlar səslənməkdədir. Səfir kimi mən ölkələrimiz arasında körpüsalan olmalıyam. Mən əsrlər boyu əsası qoyulmuş bünövrənin üzərində qəfildən buldozerlər işə düşdüyünü görürəmsə susaraq qala bilmərəm.
Mən mümkün səbəbləri araşdırmalı və düzəlişlər təklif etməliyəm. Mən ənənəvi ikitərəfli xoş əlaqələri təhlükə ilə üzləşdirən dağıdıcı qüvvələrə qarşı müqavimət göstərəcəyəm.
Ahəngdarlığın pozulmasının işarətini mən nədə görürəm? Azərbaycan haqqında Almaniyada mövcud təəssüratla başlamaq istərdim: Düsseldorfda “Eurovision” mahnı müsabiqəsində Azərbaycanın qələbəsindən sonra alman mətbuatı ölkənizlə daha çox maraqlanmağa başladı.
Mətbuat mövzu axtarışı zamanı Ell və Nikki, habelə mədəniyyət və turizm mövzularından çox tez bir zamanda digər ziddiyyətli məzmunlara rast gəldi. ATƏT, Aİ, Avropa Şurasının mövqeləri və həmçinin, “Amnesty İnternational” təşkilatının Azərbaycan haqqında illik hesabatı bu mövzulara diqqəti cəlb etdi. Bu qurumların 2011-ci il ərzində siyahıya aldıqları Azərbaycan haqqında əsas tənqidi məqamlar 02 aprel tarixində Bakıda icazəsiz keçirilmiş nümayişlərin iştirakçılarının həbs olunmaqları, Sülh və Demokratiya İnstitutunun yerləşdiyi, Leyla Yunusa məxsus evin 11.08-də sökülməsi, Bakının şəhərsalma layihələri çərçivəsində sakinlərin öz mülklərindən məhrumetmə prosesində qeyri-şəffaflığı və toplaşma azadlığının mütəmadi məhdudlaşdırılmasıdır. Həm də, Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi cənab dok. Kristof Ştreserin Azərbaycana buraxılmaması rol oynayır. Federal Hökumətin insan haqları üzrə müvəkkili cənab Löninq 2011-ci ildə Azərbaycanda insan haqlarının vəziyyətinə dair üç tənqidi bəyanatla çıxış etmişdir. O, avqust ayında Bakıya gəlmişdir. Löninq ictimayyətdə həm də çıxış edərək bildirmişdir ki, “Eurovision” mahnı müsabiqəsinin iştirakçıları və qonaqları səhnə arxasına baxıb Azərbaycanda insan haqlarının vəziyyəti haqqında fikir formalaşdırsınlar.
Azərbaycan mətbuatı (“Yeni Azərbaycan”, “Bakinskiy Raboçiy”, AzTV) alman mətbuatında olan mənfi çıxışlara Almaniyadakı vəziyyəti və hadisələri geniş tənqid etməklə, reaksiya verir və bununla, Azərbaycan mətbuatı Almaniyanın Azərbaycan haqqında fikir söyləmək kimi mənəvi haqqını sual altına qoyur. Mən bu ittihamların xırdalığına varıb, təkrara yol vermək istəmirəm, lakin hər zaman ciddi müzakirələr üçün hazıram.
Hər bir oxucu mənimlə razı olar ki, digər ölkə ilə bağlı mətbuatın mənfi rəyi əlaqələrin dərinləşdirilməsi və yaxşılaşdırılmasına xidmət etmir, əksinə, uçurumları dərinləşdirir. Burada biz nəzərə almalıyıq ki, mətbuat çox nadir hallarda məsələləri uydurur, o əksər hallarda real məsələlərə toxunur. Mən Almaniyada Azərbaycan haqqında mətbuatda ifadə olunan fikirlərin səbəblərini göstərməyə çalışdım. Mən anlayıram ki, bir çox azərbaycanlı üçün ölkələri haqqında yazılan fikirlər mənfi və birtərəfli görsənir, bu hal onları qəzəbləndirir və onlar hesab edirlər ki, son 20 ildə müstəqillik dövründə Azərbaycanın müsbət inkişafı kifayət qədər dəyərləndirilməmişdir. Mən buna görə yaranan pis əhval-ruhiyyəni başa düşürəm, lakin Berlindəki azərbaycanlı həmkarım kimi mən də alman səfiri olaraq mətbuata təsir göstərə bilmərəm. Mən Almaniya Federal Hökumətinin Azərbaycanda mövcud vəziyyəti işıqlandıran müstəqil və güclü alman KİV-lərini müəyyən istiqamətə yönəltmək imkanının güya mövcud olması haqqında söylənən fikirləri sual altına qoyuram.
Əgər, Azərbaycan Hökumətinin yuxarıda göstərilən mətbuat orqanlarına təsir göstərmək imkanı varsa, onda bu imkandan istifadə etsin.
Gələcək inkişafı mən nədə görürəm? Əminəm ki, alman mətbuatında Azərbaycan haqqında səslənən tənqidlər tezliklə yoxa çıxacaq. Niyə? çünki Azərbaycan Hökuməti bu vəziyyətin həlli yolunu müəyyən etmişdir: bu 2011-ci ilin əvvəlində Prezident İlham Əliyev tərəfindən elan edilmiş korrupsiyaya qarşı tədbirlərin həyata keçirilməsindən ibarətdir. 27.05.2011-ci il tarixində Respublika Günü münasibətilə dövlət başçısının öz çıxışında demokratik dəyərlərin qəbul olunması və hüquqi dövlətçiliyin bərpası haqqında söylədikləri bütün səviyyələrdə ciddi qəbul olunur. 27.12.2011-ci il tarixində elan edilmiş İnsan Haqlarına Dair Proqram həyata keçirilir. Azərbaycan Avropa Şurasının üzvü kimi öz siyasi öhdəliklərini ciddi qəbul edir. Konstitusiya tərəfindən təmin olunan mülkiyyət hüququna ehtiramla yanaşılır və sakinlərin öz mülklərindən məhrum edilməsi kimi, tək-tək mübahisəli hallar məhkəmə yolu ilə öz həllini tapır.
Bunlara əsaslanaraq mən gələcəkdə də bütün var gücümlə alman mətbuatının hazırda diqqət mərkəzində olan Azərbaycanın konkret problemli sahələri haqqında yazdıqlarının iyirmi il bundan öncə qurulmuş ikitərəfli çox gözəl əlaqələrə təsir göstərməməsinə səy göstərəcəyəm. İnanıram ki, məni bu məqsədə nail olmaqda kifayət qədər azərbaycanlı dost dəstəkləyəcək. Mən alman-Azərbaycan dostluğunun gələcək inkişafına böyük nikbinliklə baxıram.
Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri
“Biz Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Herbert Kvellenin Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə yaxşı əlaqələrin mövcudluğu, habelə, Azərbaycanda Almaniyaya, alman xalqına qarşı xoş münasibətin olması barədə fikirlərini bölüşürük. Hesab edirik ki, hər iki ölkədə bəzi qüvvələrin, həmçinin, müəyyən xarici dairələrin Azərbaycan-Almaniya münasibətlərinə xələl gətirmək cəhdlərinə baxmayaraq, ölkələrimiz arasında tərəfdaşlıq inkişaf edəcək və gələcəkdə daha sıx olacaq.
Eyni zamanda, cənab səfirin o fikrini də bölüşürük ki, Almaniya mətbuatında yazılanlar Almaniya dövlətinin mövqeyi deyil və ikitərəfli xoş əlaqələri təhlükə ilə üzləşdirən qüvvələrin işidir.
Cənab Kvellenin nəzərinə çatdırmaq istərdik ki, demokratik ölkə kimi Azərbaycanda da müstəqil media, söz, fikir, ifadə azadlığı mövcuddur. Hazırda Azərbaycanda yaşayan xarici diplomat kimi, Siz hər gün mətbuatda Azərbaycan hökumətinin, tanınmış şəxslərin, ziyalıların, sıravi vətəndaşların tənqid və hətta, təhqir olunduğunu bilirsiniz. Almaniyada olduğu kimi, Azərbaycanda da mətbuat ayrı-ayrı beynəlxalq, xarici təşkilatları, dövlətləri, onların rəsmi şəxslərini tənqid edə bilər. Biz Azərbaycan kütləvi informasiya vasitələrində Almaniyanın tənqid olunması ilə bağlı səfirin narahatlığını başa düşsək də, fikirləşirik ki, bu yazılara təbii yanaşmaq lazımdır.
Ola bilər ki, iqtidaryönlü mətbuat və ya hər hansı şəxs Almaniya mətbuatının tənqidlərinə cavab reaksiyası versin, irəli sürülən iddiaları əsassız hesab etsin, analoji halların Almaniyada da baş verdiyini faktlar əsasında göstərsin. Ancaq bütün bunlar yalnız mətbuatın və o şəxsin mövqeyi olacaq və heç bir halda Azərbaycan dövlətinin mövqeyini ifadə etməyəcək. Almaniya hökuməti kimi, Azərbaycan hakimiyyəti də mətbuatda gedən yazılara və ya hər hansı vətəndaşın fikrinə qadağa tətbiq edə bilməz.
Biz bilirik ki, Almaniyanın aparıcı KİV-ləri olan ARD, “Şpigel”in birbaşa Almaniya dövləti ilə bağlılığı mövcuddur. Ombudsman Markus Löninq rəsmi şəxsdir, cənab K.Ştrasser Bundestaqın deputatı kimi Avropa Şurasında Almaniyanı təmsil edir. Bu KİV-lər və səlahiyyətli şəxslər Azərbaycanın ünvanına daha çox əsassız ittihamlar səsləndirirlər. Lakin nə Azərbaycan iqtidarının hər hansı nümayəndəsi, nə də Azərbaycan KİV-ləri onların iddialarını Almaniya dövlətinin mövqeyi hesab etməmişlər.
Düşünürük ki, sizin öz dövlətinizin mənafeyini müdafiə etmək haqqınızı tanıyaraq, ölkələrimiz arasında münasibətlərə xələl gətirilməsinə yol verməmək cəhdinizi təqdir edərək məqalənizi dərc etdiyimiz kimi, Azərbaycan rəsmilərinin, Azərbaycanın Almaniyadakı səfirinin aylardır “Şpigel”in redaksiyasına daxil olmuş və hansı səbəblərdənsə dərc olunmayan məktubu da, nəhayət ki, işıq üzü görəcək”.
Hörmətlə,
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

