Siyasi cılızlıq...
30.12.2023 [11:20]
Erməni maraqlarının əsirinə çevrilmiş Paris uğurlarımızı həzm edə bilmir
Fransanın yürütdüyü ənənəvi ermənipərəst siyasət son dövrlərdə daha fərqli aspektlərdə özünü göstərməkdədir. Bu mənada Parisin Azərbaycana qarşı oynamağa çalışdığı bütün siyasi oyunlar, hətta lokal antiterror tədbirlərindən sonra daha da intensivləşdirilmiş siyasi “gedişlər” birmənalı şəkildə “təzyiq” xarakteri daşımaqdadır. Azərbaycanın əldə etdiyi mühüm qələbələr, Ermənistanın məğlubiyyəti, suverenliyimizin bərpası və qondarma xuntanın ləğvi Fransanın illərdir davam etdirməyə çalışdığı “status-kvo” oyununu pozub. Fransa artıq bölgəyə təsir imkanlarının tam şəkildə əlindən çıxdığının fərqindədir. Müharibə dövründə, eləcə də post-müharibə zamanında fərqli üsullarla Azərbaycana qarşı “təzyiq kampaniyası” yürütməyə çalışan rəsmi Paris indi daha fərqli yollara əl atır. Məsələn, son günlərdə aktual olan casus şəbəkəsinin ifşası məsələsi buna real misaldır.
Fransanın acizliyi...
Xatırladaq ki, bir müddət öncə Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması ilə bağlı məlumat yayıldı. Məlumata görə, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərmişdi. Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlandı. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edildi. Bir neçə gün öncə isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Nazirliyin Mətbuat xidmətinin məlumatına görə, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edildi.
Azərbaycanın bu haqlı davranışının qarşılığında isə yenə də özünün siyasi cılızlığından əl çəkməyən, sanki bunun “qarşılığını verməyə tələsən” Fransa dünya ictimaiyyətinin gözü önündə qeyri-demokratik addımı ilə seçildi - Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildi.
Sülh perspektivlərinə zərbə...
Vurğulandığı kimi, bu kimi siyasi “priyomlar” Fransanın qeyri-adekvat addımlarını gizləmək üçün vasitədir. Başqa sözlə, Fransa bu yolla düşdüyü biabırçı vəziyyətdən xilas olmağa çalışır. Qəribə haldır ki, prezident Makronun apardığı bu siyasət bütövlükdə Fransa dövlətinin və xalqının maraqları ilə səsləşmir - bir ovuc erməninin marağını özünün dövlət mənafeyindən üstün tutan Makron bununla da ölkəsinə və xalqına xəyanət edir.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Le Monde” qəzetinə müsahibəsində bildirib ki, Fransa Azərbaycanın qələbəsini heç bir vəchlə həzm edə bilmir. O qeyd edib ki, hazırda müşahidə olunan ikitərəfli münasibətlərin pisləşməsi Ermənistan-Azərbaycan qarşıdurmasında Fransanın tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqeyi ilə bağlıdır. Artıq uzun illərdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi, son zamanlar isə həm də hərbi dəstək verən Fransa özünün ziyanverici fəaliyyəti ilə Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunmasının perspektivlərinə zərbə vurur. BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı və onun təsisatları kimi müxtəlif beynəlxalq platformalardan açıq-aşkar anti-Azərbaycan təşəbbüslərinin həyata keçirilməsi məqsədilə bir alət qismində istifadə edilməsi təkcə Fransanın onsuz da şübhəli olan potensial vasitəçi reputasiyasını tamamilə məhv etməyib, həm də Parisə qabaqcıl rollardan birini ayıran Avropa İttifaqının özünə münasibətdə Bakının etimadına ciddi zərər verib.
E.Əmirbəyov vurğulayıb ki, İrəvana ölümcül silahların tədarükü Cənubi Qafqaz regionunda sabitliyi pozur və təhlükəsizliyə zərbə vurur, onu yeni hərbi münaqişələrə, mənasız silahlanmaya sürükləyir və Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunması perspektivlərini süni şəkildə uzaqlaşdırır.
E.Əmirbəyov sonda deyib: “Aydındır ki, Fransa tarixi ədaləti bərpa etmiş, Qarabağda və özünün digər ərazilərində otuzillik erməni işğalına son qoymuş Azərbaycanın qələbəsini həzm edə bilmir”.
Fərq var...
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib ki, Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı arzuolunmaz şəxs elan edilməmişdən iki gün əvvəl Azərbaycan XİN tərəfindən Fransa səfirliyinə nota göndərilib. Azərbaycan dövlət qurumlarında bu şəxslərlə bağlı ciddi faktların mövcudluğu, onların araşdırılmasının vacibliyi, zəruriliyi bildirilib. Lakin onlar araşdırmadan imtina etdilər. “Fransa dövləti öz əməkdaşlarının günahsızlığından əmin idisə, o, buna gedə bilərdi. Onlardan heç bir cavab daxil olmadı. Dünən Fransa bizim səfirliyin iki əməkdaşını arzuolunmaz şəxs elan etdi. Bizim və Fransanın atdığı addımlar arasında fərq var. Biz sübut və faktlarla danışırıq. Fransa tərəfinin heç bir əsası olmayan bu addımı həmin ölkənin atdığı növbəti səhv addım idi”, - deyə nazir vurğulayıb.
Göründüyü kimi, rəsmi Parisin tutduğu mövqe heç bir hüquqi qaydalara əsaslanmır. Sadəcə olaraq, özünün çirkin niyyətlərini gizləmək üçün bu kimi yollara baş vuran Fransa anlamalıdır ki, gec-tez həqiqət öz yerini tapacaq - onda isə fransız xalqı hazırki hakimiyyətdən izahat tələb edəcək...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24

