Milli birlik, milli həmrəylik...
31.12.2023 [10:20]
Siyasi dialoq uğurla davam və inkişaf etməkdədir
Ölkəmizdə aparılan köklü islahatlar bütün sahələrin inkişafını təmin etməklə yanaşı, siyasi platformada da yeni münasibətlər sisteminin formalaşmasına yol açıb. Möhkəm siyasi təməl üzərində formalaşdırılan yeni siyasi konfiqurasiya ölkəmizdə partiyalar arasında əlaqələrin möhkəmlənməsində, münasibətlərin daha sağlam şəkildə inkişafını təmin edib. Məhz yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin formalaşdırılması prosesinin 2023-cü ildə uğurla davam etdirilməsi Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətə mühüm töhfələr verdi. Bu siyasi birlik isə milli hədəflərə, milli maraqlara münasibətdə eyni mövqenin paylaşılmasını təmin edən faktor kimi çıxış etməkdədir. Vurğulayaq ki, ölkəmizdə fəaliyyət göstərən əksər partiyalar siyasi baxışlarından asılı olmayaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun Qarabağın işğaldan azad edilməsi prosesindəki fəaliyyətini dəstəkləyir və bu mövqeyini rəsmən bəyan edir.
Yeni qanun - siyasi partiyaların daha effektiv fəaliyyəti üçün mühüm pesrpektiv
Qeyd edək ki, ilin siyasi yekunlarına nəzər saldıqda, ilk növbədə yanvar ayının əvvəlində “Siyasi partiyalar haqqında qanun”un Prezident İlham Əliyev tərəfindən təsdiq edilməsi məsələsi vurğulanmalıdır. Xatırladaq ki, yeni qanun 6 fəsil, 30 maddədən ibarətdir. Milli Məclisin 2022-ci il dekabrın 16-da keçirilən iclasında üçüncü oxunuşda qəbul edilmiş qanunun məqsədi Azərbaycan cəmiyyətində mövcud olan siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi, onların cəmiyyətdə yerinin və rolunun müəyyən edilməsindən ibarətdir. Sənədin hazırlanması zamanı Azərbaycanda mövcud siyasi sistemin bütün xüsusiyyətləri və Avropa dövlətlərinin bu sahədə təcrübəsi nəzərə alınıb. Eyni zamanda, beynəlxalq təşkilatların rəyləri də diqqət mərkəzində olub. Sənədin geniş ictimai müzakirəsi təşkil olunub, ölkədə fəaliyyət göstərən siyasi partiyaların təklif və rəyləri nəzərə alınıb. Bütövlükdə, layihəyə 70-ə qədər düzəliş edilib. Müzakirələr çərçivəsində partiyaların təsis edilməsi, ləğv edilməsi, qeydiyyatdan keçməsi və sair məsələlərə dair müddətlərlə bağlı dəyişikliklər edilib. Yeni qanunda sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər isə azaldılıb. Qanunda seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Sənəddə hər hansı etnik siyasi birliklərə və separatizmə yol açan müddəalara yol verilməyib. Dövlətin məqsədi ölkədə siyasi mühitin canlanması və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsidir.
Qeyd edilməlidir ki, qanunda siyasi partiyalarla bağlı bir sıra məsələlər yumşaldıldı - məsələn, qanunun ilkin variantında dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvünün olması tələb edilirdisə, yekun variantında bu tələb 5000-ə endirildi. Sənədə əsasən, siyasi partiyanın adı, qısaldılmış adı və rəmzləri dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və ya ləğv edilmiş hüquqi şəxslərin, o cümlədən digər siyasi partiyanın adından, adının qısaldılmış formasından və rəmzlərindən fərqlənməlidir, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir. Siyasi partiyanın adında, qısaldılmış adında və rəmzlərində irqi, dini, mənşə, cinsi, etnik xüsusiyyətlərə istinad olunması, habelə fiziki şəxslərin adlarından istifadə edilməsinə yol verilməyəcək. Bundan əlavə, layihədə siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılması qaydası da müəyyənləşib. Belə ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalarla yanaşı, parlamentdən kənarda qalan partiyalara da maliyyə veriləcək. Bu, qanunun müvafiq maddələri ilə tənzimlənəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında da olduğu kimi, siyasi partiyaların Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır. Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir. Yenilik isə odur ki, siyasi partiyaların aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunacaq.
Bu kimi mütərəqqi yeniliklərlə zəngin qanun partiyaların fəaliyyətində mühüm məqamlara yol açdı - çoxpartiyalı sistemin inkişafına yeni ştrixlər əlavə etdi. Vurğulanmalıdır ki, yeni qanunun tələbləri ilə uzlaşmayan bəzi siyasi təşkilatlar özlərini buraxmaları ilə bağlı bəyanat qəbul etdilər. Digər siyasi partiyalar isə qanunun tələblərinə uyğun olaraq təkrar qeydiyyatdan keçərək öz fəaliyyətlərini davam etdirdilər.
Növbəti milli həmrəylik nümunəsi - birgə Bəyanat, siyasi dəstək...
Təbii ki, 2023-cü ilin ən mühüm hadisəsi 19-20 sentyabr tarixində reallaşdırılmış antiterror tədbirləri oldu. Məhz bu həssas və çətin anlarda Azərabycanın siyasi palitrası növbəti dəfə siyasi həmrəyliyi ilə seçildi - Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların mütləq əksəriyyəti Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə dəstək Bəyanatı qəbul etdilər. Bəyanatda bildirilirdi ki, Azərbaycanın siyasi partiyaları Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycanın müzəffər ordusunun bölgədə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə dəstəyini ifadə edir, qəhrəman Ordumuza Zəfər arzulayır. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edərək xalqımıza Vətən müharibəsində olduğu kimi bu şərəfli işdə də həmrəyliyə, Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı dəstəkləməyə çağırış etdi.
Bu amil növbəti dəfə xalqımızın milli birliyinin dövlət maraqları ilə üst-üstə düşdüyünü, həmrəyliyimizin milli mənafeyimizin qorunmasında əsas komponent kimi çıxış etdiyinin sübutu kimi öz təsdiqini tapdı.
Mühüm siyasi hadisə ərəfəsində - azad, ədalətli və şəffaf seçkilərə doğru...
2023-cü ilin son, 2024-cü ilin ilk günlərində ölkəmizdə siyasi dinamizm daha yüksək səviyyədə nəzərə çarpacaq - Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin fevralın 7-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bu seçkilərin keçirilməsinə dair qərar siyasi partiyalar haqqında yeni qanunverici aktın formalaşmasından sonra verildi - ötən dövr ərzində həmin siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesi də tamamlanıb. Bu isə öz növbəsində seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkanlardan xəbər verir. Bu isə müasir dövrdə siyasi partiyaların siyasi sistemə töhfələr verməsi üçün geniş mexanizmləri özündə əks etdirən amilə çevrilir. Ümumiyyətlə, siyasi müstəvidə həyata keçirilən islahatların dərinləşməsi prioritet olmaqla yanaşı, həm də müasir dövrün çağırışlarından sayılır. Seçki prosesi ilə bağlı mühüm bir mərhələ artıq başa vurulmaq üzrədir - seçkidə iştirak edəcək namizədlərin müəyyənləşməsi prosesi davam etdirilir. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev YAP-ın 7 fevral seçkilərində namizədi kimi artıq qeydiyyata alınıb, seçki qanunvericiliyinə əsasən namizədliyin təsdiqi üçün lazım olan imzalar MSK-ya təqdim edilib. Digər namizədlərlə bağlı müvafiq prosuderlar qanun çərçivəsində davam edir. Hətta bəzi fərqli siyasi baxışlara malik partiyalar belə seçkidə öz namizədləri ilə iştirak etmir - onlar cənab İlham Əliyevin namizədliyini dəstəkləyir.
Bütün bu göstəricilər Azərbaycanda siyasi proseslərin demokratik və şəffaf axınla inkişaf etdiyinin göstəricisidir. 2023-cü ili müsbət siyasi nəticələrlə başa vuran Azərbaycanımızın 2024-cü ilin əvvəlində baş tutacaq ən mühüm siyasi hadisədən - prezident seçkilərindən uğurla çıxacağını indidən şübhəsiz olaraq vurğulamaq lazımdır. Xalqın iradəsi isə həm dövlətimizin, həm də millətimizin gələcəyinin əsas təminatıdır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30

