"Eurovision" mahnı müsabiqəsi siyasiləşdirilməməlidir
23.04.2012 [10:57]
Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri “Eurovision” mahnı müsabiqəsi ərəfəsində ölkəmizdə baş verən hadisələrə münasibət bildiriblər. Deputatlar bu hadisə ərəfəsində bəzi dairələrin bu yarışmadan sui-istifadə etmək istəkləri ilə bağlı fikirlərini ifadə ediblər.
İlk olaraq çıxış edən müxalifətçi deputatlar müxtəlif cinayət törətdiklərinə görə həbs olunmuş müxalifətçiləri “siyasi və vicdan məhbusu” adlandıraraq “Eurovision” ərəfəsində onların azadlığa buraxılmasını təklif ediblər.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, bəzi dairələrin apardıqları kampaniyaya baxmayaraq, “Eurovision” müsabiqəsi çox uğurla keçiriləcək və ölkəmizi dünyada yüksək səviyyədə tanıdacaq. Onun sözlərinə görə, bunu istəməyənlərin arzuları gözlərində qalacaq.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə qeyd edib ki, Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi müəyyən qüvvələrə sərf etmir. Millət vəkilinin sözlərinə görə, bu qüvvələr yalan təbliğat aparmaqla məşğuldurlar və ictimai-siyasi sabitliyi pozmağa çalışırlar: “Bəziləri deyir ki, “Eurovision”da həbsdə olan müxalifətçilərin şəkilləri olan köynəkləri geyinəcəyik. Nəyə görə, indiyə kimi onlar 20 Yanvar, Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan insanların şəkillərini beynəlxalq təşkilatların, səfirliklərin qarşısında qaldırmayıblar? Axı bu insanlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olublar. Bu, həmin qüvvələrə sərf etmir. Bəzi şəxslər bu gün mətbuat təşkilatı yaradıb beynəlxalq qurumlara yalan informasiya verirlər. Əli Kərimli Almaniya KİV-lərində çıxış edərək Azərbaycan əleyhinə daşınır. O, bir dəfə də olsun, ölkəmizin ərazi bütövlüyü məsələsinə, Dağlıq Qarabağ münaqişəsinə toxunmayıb. Bu, artıq onların kimlər tərəfindən idarə olunduğunu, hansı tapşırıqları yerinə yetirdiklərini göstərir”.
S.Novruzov bildirib ki, dünyada “vicdan məhbusu” anlayışı yoxdur: “Həmin adamlar konkret cinayət törədiblər. Onlar islah olunmadıqları təqdirdə vaxtından əvvəl azadlığa çıxmamalıdır. Bunun üçünsə lazımi yerlərə müraciətlər etməlidirlər. Yəni, qanun qarşısında hamı bərabərdir və hər kəs törətdiyi cinayətə görə cəzasını çəkməlidir. Əfv olunmaq istəyənlər isə dövlət başçısına müraciət etməlidirlər”.
Azərbaycanda ölüm hökmünün 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən ləğv olunduğunu deyən millət vəkilinin sözlərinə görə, bu çox mütərəqqi addımdır. “İsa Qəmbər isə prezident səlahiyyətlərini icra edən zaman Azərbaycanın daha ciddi problemləri olduğu halda 6 nəfərin güllələnməsi haqqında sərəncam verdi. Bu gün isə belə problem yoxdur. ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz olunub” - deyə, o vurğulayıb.
Məsələyə münasibət bildirən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, Azərbaycanda ölüm cəzası ləğv ediləndən sonra ömürlük cəza tətbiq olunur. Bunun üçün Cinayət Məcəlləsinə dəyişiklik edilib. Amma ömürlük cəzanın kimlərə tətbiq olunması isə məhkəmələrin işidir. Z.Əsgərov siyasi məhbus məsələsi ilə bağlı fikirlərin yanlış olduğunu qeyd edib: “Siyasi məhbus”, “vicdan məhbusu”nun hüquqi anlayışını heç kim verə bilməz. çünki beynəlxalq hüquqda belə bir anlayış yoxdur. Bunlar hamısı uydurmadır və Azərbaycanın artan inkişafına təzyiqdir. ölkəmizə başqa yolla təsir edə bilmədikləri üçün belə vasitələrə əl atırlar. Venesiya komissiyasında, digər beynəlxalq təşkilatlarda hüquqşünaslarla bu barədə söhbətlərimiz olub. Biz konkret sənədlərlə, beynəlxalq hüququn işlətdiyi normativ hüquqi sənədlərlə danışmalıyıq. Xaricilərlə söhbətlərimiz zamanı onlar deyirlər ki, bu, Avropa Şurasının hüquqşünaslarının subyektiv fikirləridir. Biz də onda Azərbaycanın hüquqşünasları kimi başqa ölkələr haqqında da belə fikir deyə bilərik. Bütövlükdə isə belə söhbətlərə hüquqşünasların da qoşulması təəssüf doğurur”.
Birinci vitse-spiker, həmçinin, bildirib ki, “Eurovision” mahnı müsabiqəsi haqqında yerli və xarici mətbuatda spekulyasiyalar çoxdur. Azərbaycanın bölgələrinin, o cümlədən, şəhərlərinin sosial-iqtisadi inkişafı ilə bağlı proqramların həyata keçirildiyini deyən Z.Əsgərovun sözlərinə görə, bu işlərin “Eurovision” mahnı müsabiqəsi ilə heç bir əlaqəsi yoxdur. “Bu işlər həmin tədbirdən sonra da davam edəcək. Amma bəzi qüvvələrin hərəkətlərinin məqsədi bu mədəniyyət hadisəsinə kölgə salmaqdır. Bu nüfuzlu mahnı yarışmasının gənc müstəqil dövlətimizdə keçirilməsi Azərbaycan tarixində unikal hadisədir. Bundan istifadə edib ölkəmizi dünyada təbliğ etmək əvəzinə ölkəmiz haqqında mənfi imic yaratmamalıyıq. Hesab edirəm ki, vicdanı olan hər bir vətəndaş öz dövlətinin quruculuğunda daim iştirak etməlidir” - deyə, o vurğulayıb.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə çıxışında Bakıda keçiriləcək “Eurovision” mahnı yarışmasının sayca 57-ci olduğunu xatırladıb: “Biz araşdırma aparmışıq və məlum olub ki, bu tədbirin indiyə kimi keçirildiyi 56 ölkənin heç birində musiqi yarışması ərəfəsində Azərbaycanda olduğu qədər ajiotaj yaradılmayıb. Bunun səbəbi ilə bağlı Prezident İlham Əliyev çox dəqiq fikirlər söyləyib. Dövlət başçısı vurğulayıb ki, bu, Azərbaycana qarşı informasiya müharibəsinin aparılmasıdır. çox təəssüf ki, ölkə daxilində bəzi dairələr sinxron şəkildə Azərbaycanın milli maraqlarına zidd olan qüvvələrlə birlikdə fəaliyyət göstərir. Milli maraq ən böyük anlayışdır. Bunu hər kəs bilməlidir. Musiqi yarışması da milli maraq baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu ideoloji, işğalçı Ermənistan üzərində mənəvi üstünlüyümüzü göstərən hadisədir. Bundan hər bir azərbaycanlı qürur duymalıdır”.
Millət vəkili Fuad Muradov isə Azərbaycan gəncliyinin “Eurovison” mahnı yarışmasının ölkəmizdə keçirilməsini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, gənclərimiz hansısa qüvvənin bu tədbirə kölgə salmasına imkan verməyəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53

