Qərbin dominantlığı sona çatdı
13.02.2024 [11:15]
Viktor Orban: Aİ getdikcə imperializmə doğru irəliləyir
Son vaxtlar Macarıstanın Avropa İttifaqı ilə münasibətlərində problemlərin yaranması fonunda baş verən çatlar bəzi məsələləri gün üzünə çıxarır. Avropa İttifaqı (Aİ) Ukraynaya uzunmüddətli yardım barədə razılığa gəlsə də, Macarıstana vəsait ayırmamaq qərarına gəlib. Qeyd edilib ki, Macarıstan vəsaitlərin açılması ilə bağlı Aİ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Halbuki, Aİ sammitində Ukraynaya 50 milyard avro məbləğində yardımın ayrılması təsdiqlənib.
Macarıstanın Baş naziri Viktor Orban isə deyib ki, Avropa İttifaqı son bir neçə ildə Budapeştə qarşı ideoloji müharibə aparır: “Aİ son illərdə Macarıstana qarşı ideoloji müharibə aparıb və daim bizi şantaj etməyə çalışıb”. Onun sözlərinə görə, Aİ getdikcə imperializmə doğru irəliləyir. Baş nazir qeyd edib ki, Avropa İttifaqı getdikcə daha az suveren dövlətlər birliyinə oxşayır: “Siyasi birləşmə, müqavilə hüquqlarına və arqumentlərə baxmayaraq, ölkələri istəmədikləri bir şeydə iştiraka məcbur etməyə çalışır”. O qeyd edib ki, Macarıstan uzun illərdir ki, oxşar şəraitdə yaşayır.
Viktor Orban Avstriyanın keçmiş kansleri Volfqanq Şussellə görüşündə isə bildirib ki, Qərb ölkələrinin qlobal iqtisadiyyatda dominantlıq dövrü başa çatdı, onun ağırlıq mərkəzi Qərbdən Asiya-Sakit Okean regionuna keçir: “Biz qlobal iqtisadiyyatda dövrü dəyişiklik yaşayırıq, bu, hər 500 ildən bir baş verə biləcək hadisədir. Qərbin dominantlığı sona çatdı. Biz etiraf etdik ki, qlobal ticarət sistemimizdə bizdən daha böyük və güclü ölkələr var. Qlobal iqtisadiyyatın ağırlıq mərkəzi - pul və mənfəət mərkəzi Qərbdən Asiyaya doğru dəyişir. Qlobal iqtisadiyyatın özəyi artıq transatlantik deyil, Trans-Sakit Okean regionundadır”.
Ölkəsinin iqtisadi durumuna gəlincə, Macarıstanın Baş naziri deyib ki, inflyasiyanın artım riski göründüyü kimi o qədər də yüksək deyil, lakin bununla belə, iqtisadi artımın bərpası daha ciddi problemdir. V.Orban perspektivlərlə bağlı Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankının nümayəndələri ilə arabir məsləhətləşmələr apardığını, həmçinin Macarıstan Milli Bankının (MNB) rəhbəri Dörd Matolçi ilə danışdığını bildirib: “Görürəm ki, Macarıstanda inflyasiyanın artım riski o qədər də yüksək deyil. İqtisadi göstəriciləri planlaşdırdığımız templərlə artırmaq imkanı və Mərkəzi Bankın nəzərdə tutulan səviyyədə faiz dərəcələrini azalda biləcəyi məni daha çox narahat edir. Mən iqtisadi artımın önündəki maneələri inflyasiya riskindən daha böyük təhlükə hesab edirəm. İstər Mərkəzi Bank, istərsə də hökumət və onun pul-kredit, fiskal siyasəti üçün ortaq məqsədimiz ondan ibarət olmalıdır ki, sakit və soyuqqanlı şəkildə, tədricən müəssisələrə sərmayə qoyulsun, inkişaf təmin edilsin, iş yerləri açılsın, texnoloji planda irəliləyişə və iqtisadi artımın yüksəlməsinin dəstəklənməsinə köməklik göstərilsin. Bu, həmçinin faiz dərəcələrinin azaldılmasını tələb edir və forintin müdafiəsini nəzərə alaraq, mərkəzi bank bu faiz dərəcələrini bu il təmin edə biləcək”, - deyə o əlavə edib.
Orban yüksək faiz dərəcələrinə baxmayaraq, biznesi sərmayə qoymağa sövq etmək məqsədilə hökumətin subsidiyalaşdırılmış kredit sxemləri kimi tədbirlərini qeyd edib.
Nardar
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15

