Əli Kərimlinin "vətənpərvər" oğlunun Klifton sərgüzəştləri
25.05.2012 [00:28]
Hər zaman özünü “demokratiya mücahidi” kimi qələmə verən Əli Kərimli haqqında daim bir sıra KİV-lərdə məlumatlar dərc olunur, onun antimilli siyasəti və bunun qarşılığında bəzi xarici dairələrdən pul vəsaiti aldığı bildirilir. Əgər Əli Kərimli xarici fondlardan dövlətinə və xalqına xəyanət qarşılığında pul almırsa, bəs görəsən, onun keçirdiyi dəbdəbəli həyat necə maliyyələşir? Yeri gəlmişkən, Əli Kərimlinin oğlu Türkel Kərimli İngiltərədə yaşayır. Demək ki, Əli Kərimli xəyanət qarşılığında aldığı pullarla oğluna xaricdə rahat şərait yaratmağa nail olub...
“Gündəlik Bakı” qəzetinin məlumatına görə, Əli Kərimlinin oğlu Türkel Kərimli Birləşmiş Krallığın Klifton şəhərindəki Bristol Universitetində oxuyur, özü də hüquq fakültəsində: “Bu günlərdə bununla bağlı əlimizə keçən bir sıra faktlar heyrətlənmək üçün əsas yaradır. Təəccüblüdür, heç bir yerdə işləmədiyini bəyan edən, işləmədiyinə görə də, hər hansı gəlir mənbəyi olmayan, xarici pasportsuz qalmış Əli Kərimlinin oğlu Avropa dövlətlərində necə, hansı vasitələrlə təhsilini davam etdirir? Türkel Kərimli ilə bağlı ötən gün əldə etdiyimiz faktlarda bu gəncin Avropadakı günlərinin heç də pis keçmədiyi məlum olur. AXCP sədrinin oğlu əyləncəli tədbirlərə qatılır, deyir-gülür, şənlənir, Əli Kərimli isə kasıb balalarını mitinqlərdə döydürür. “Gündəlik Bakı”nın redaksiyasına daxil olan fotolarda da aydın görünür ki, Türkel Kərimli türklər demişkən, “kız arkedeşlərinin” əhatəsində olarkən kefi kök olur. O, şəkillərdəki dostlarının dairəsində əllərini yuxarı qaldıraraq şənlənəndə AXCP sədri onlarla, yüzlərlə gənci küçələrə, qanunsuz mitinqlərə çıxarıb, onları döydürür, həbs etdirirdi”.
“Gündəlik Bakı” AXCP sədrinə haqlı bir sual ünvanlayır: 1993-cü ildən heç bir yerdə işləməyən Əli Kərimlinin aylıq xərcləri minimal hesabla 2500-2800 manat təşkil edən oğlu Birləşmiş Krallıqdakı Bristol Universitetinin hüquq fakültəsində hansı pulla təhsil alır?
Qəzet bildirir ki, bütün bunlar qaranlıq, şübhəli məqamlardan xəbər verir və “Azadlıq” qəzetinə ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı deyilənlərin həqiqətə uyğun olduğunu sübut edir. Əli Kərimli idarə etdiyi təbliğat vasitəsi kimi yararlandığı “Azadlıq” qəzetinə ayrılan vəsaitləri çox asanlıqla ələ keçirir, müxbirlərin halal qazanclarına, boğazlarına ortaq olur: “Fakt - vaxtilə “Azadlıq” qəzetinə satirik yazıları ilə çıxış etmiş, sonradan bir neçə il müddətinə həbs olunmuş Mirzə Sakit (Zahidov) bu mətbu orqanın üzünə həsrət qalanda “sandığı açıb, pambığı tökmüşdü”. Satirik yazar qeyd etdi ki, Avropanın media ilə bağlı institutlarından “Azadlıq” qəzetinə ayrılan böyük miqdarda pul vəsaitindən ona da pay düşürmüş. Amma Mirzə Sakit bu günə kimi həmin pulun üzünə həsrət qalıb. Maraqlıdır, həmin pulları kim və hara xərcləyib? Cavab aydındır”.
Qəzetin araşdırmaları başqa bir maraqlı məqamı da üzə çıxarıb. Məlum olub ki, AXCP sədrinin xaricdə kef çəkən övladının sosial şəbəkələrdəki 600-dən artıq dostlarının yalnız 8-9 faizi azərbaycanlılardır. Onun dostlarının arasında Maykl Qrey, Sanford Hui, Elizabet Hudson, Taşie Cekson, C.c. Mallet, Cemma Amos kimi qızlar, oğlanlar da var. Bu “dostlar” çılpaq şəkillərini öz profillərində yerləşdiriblər və Türkel bəylə sosial şəbəkələr vasitəsilə dostluq edir, ünsiyyət qururlar. Aralarında bəziləri də var ki, çimərlik paltarında çəkdirdikləri şəkilləri öz profillərinə yerləşdiriblər. Türkel Kərimlinin ünsiyyət üçün ən çox önəm verdiyi ingilislər və digər avropalılar onun maraq dairəsi haqda təsəvvürlər üçün geniş imkanlar yaradır.
Məqalə “Gündəlik Bakı” qəzetində dərc olunmuş material əsasında hazırlanıb
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42

