"The İndependent" Azərbaycan xalqından üzr istəməlidir
30.05.2012 [13:43]
Məlum olduğu kimi, bu günlərdə Britaniyanın “The İndependent” qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub. Məqaləni səciyyələndirən cəhət onun məzmun baxımından kifayət qədər qərəzli xarakter daşıması, üstəlik Azərbaycan xalqına qarşı təhqirlərə yol verilməsidir. Qəzet məqaləsində bütövlükdə Azərbaycan xalqının tənqid və təhqir hədəfinə çevrilməsi etik və qərəzsiz jurnalistikanın prinsiplərinin kobudluqla pozulması deməkdir. Yazıda, həmçinin, Azərbaycandakı demokratiya, söz və fikir azadlıqları ilə bağlı vəziyyətə də kölgə salınmağa çalışılır.
Azərbaycan demokratik ölkədir və burada fikir plüralizmi mövcuddur
İlk növbədə qeyd edək ki, Azərbaycan demokratiya dəyərləri əsasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçmiş və bu yolda inamla irəliləyən bir ölkədir. 1993-cü ildən etibarən ölkədə baş verən sosial-siyasi dəyişikliklər, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi, iqtisadi, sosial və digər sahələrdə struktur islahatları yeni siyasi-iqtisadi formasiyayaya keçidi sürətləndirdi. Demokratik cəmiyyət quruculuğu prosesinin tərkib hissəsi kimi respublikada fikir və söz azadlığı təmin olundu. Bunun ən bariz göstəriciləri olaraq, KİV üzərində senzuranın ləğv edilməsini, mətbuat orqanlarının maddi-texniki imkanlarının yaxşılaşdırılması üçün görülən çoxsaylı işləri vurğulamaq olar.
Beləliklə, Konstitusiyamızda da öz əksini tapan fikir, söz, vicdan azadlıqlarının, sərbəst toplaşmaq hüququnun reallıqda tətbiqi sayəsində Azərbaycanda fikir, siyasi mövqe müxtəlifliyi təmin olunub. Fikir plüralizmi insanlara cəmiyyət içərisində, həmçinin, mətbuatda müxtəlif məsələlərə fərqli yanaşmalar sərgiləməyə imkan verir. Demokratiya və söz azadlığının göstəricisi olaraq, bu gün Azərbaycanda müxtəlif siyasi mövqeli partiyalar, QHT-lər, çoxlu sayda müstəqil və müxalifyönlü mətbuat orqanı fəaliyyət göstərir. Təbiidir ki, söz və fikir azadlığının mövcud olduğu mühitdə hər hansı məsələyə tənqidi münasibət tamamilə başa düşülən və qəbul ediləndir. Tənqidi mövqedə dayanmağın özü də fikrin müəllifindən məsələlərə obyektiv və ədalətli yanaşma, etik və mənəvi dəyərlərə sahiblik, başqalarının hüquqlarına hörmət tələb edir. Lakin təəssüf ki, bir sıra hallarda müxtəlif xarici siyasi dairələrin əlində təzyiq vasitəsi rolunu oynayan bəzi transmilli media qurumları tənqidin sərhədlərini aşaraq bütöv bir xalqa qarşı aşağılayıcı, təhqiramiz mövqedən çıxış edirlər.
Hər hansı bir xalqı bütövlükdə hədəfə götürmək eqoizmin göstəricisidir
Bu gün bütün dünya ictimaiyyəti yaxşı bilir ki, regionda qüdrət və böyük nüfuza malik olan Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil etmək və keçirmək iqtidarındadır. Dörd gün öncə tarixin yaddaşına yazılan Azərbaycanın çox böyük uğurla ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı yarışması öz möhtəşəmliyi, yüksək təşkilatçılığı, özünəməxsus səhnə tərtibatı ilə əvvəlkilərdən tam fərqliliyi ilə bunu bir daha sübut etdi. 57-ci “Eurovision” şousu istər “Kristal Zal”dakı minlərlə tamaşaçıya, istərsə də, bütün Avropa və dünyanın bir çox ölkəsində canlı izləyən milyonlarla insana əsrarəngizlik, eləcə də, Azərbaycanı kəşf etmək imkanı qazandırdı. Şərqlə Qərbin qovşağında yerləşən, dünya musiqi mədəniyyətinə böyük töhfələr verən Azərbaycan, bütün Avropanı bir araya gətirən “qoca qitə”nin ən böyük musiqi yarışmasına adına layiq şəkildə ev sahibliyi etməklə yanaşı, milyonlarla tamaşaçıya həm də qədim tarixə və zəngin mədəniyyətə malik ölkəmizi tanıtdı.
Azərbaycan mayın 22-dən 26-dək Avropanın ən böyük və möhtəşəm musiqi yarışmasına mükəmməl ev sahibliyi etməklə, ölkəmizin təşkilatçılıqda da fərqli olduğunu göstərdi. Tam əminliklə demək olar ki, bu günə qədər Avropa belə gözəl “Eurovision” görməmişdi. Məsələ təkcə müsabiqənin keçirildiyi məkanda deyil.
Təbii ki, yarışma müddətində dünyanın onlarla ölkəsindən Azərbaycana on minlərlə turist gəlib. Avropanın müxtəlif yerlərindən buraya gələn iştirakçıların, jurnalistlərin və tamaşaçıların sözləri də təsdiq edir ki, hər şey yüksək səviyyədə təşkil olunub. Əlbəttə ki, daha çox “qoca qitə”nin sakinlərini heyrətləndirən ölkəmizin ənənəvi qonaqpərvərliyi və gülərüz insanları olub.
Xüsusilə, çoxlu sayda media mənsublarının Azərbaycana gəlişi və onların ölkəmiz haqqında materiallar hazırlaması milyonlarla insanın Azərbaycan haqqında fikirlərinin formalaşmasına səbəb olacaq ki, bu, əsl təbliğat strategiyasında Azərbaycanın on illərlə irəli düşməsi deməkdir.
Azərbaycana gələn turistlər ölkədə yüksək mədəniyyəti, tolerantlığı öz gözləri ilə gördülər. Mütləq şəkildə avropalıların gözündən yayınmayan bu faktorlar bütün dünyaya göstərdi ki, Azərbaycan sözün həqiqi mənasında tolerant və xalqların birgə azad yaşaması üçün əsl ideal ölkədir. Bundan əlavə, Azərbaycan həm də son dərəcə təhlükəsiz ölkədir.
Məlum olduğu kimi, yarışmadan öncə hazırlıq ərəfəsində və eləcə də, yarışma müddətində bir sıra qərəzli mövqedən çıxış edən ölkələrin, anti-azərbaycançı qruplar təbliğat xarakterli fəaliyyət, mətbuat orqanlarının qeyri-obyektiv yazıları ilə Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışırdılar. Lakin Azərbaycan hökuməti bu tipli planları alt-üst etdi. Bir daha sübut olundu ki, bəzi qərəzli xarici dairələr hələ də anti-Azərbaycan kampaniyasını davam etdirirlər. “The İndependent” qəzetində dərc olunan sözügedən yazı da qərəzli mövqedən çıxış edir və həmin dairələrin eqoizmindən irəli gəlir. çünki onlar güman etmirdilər ki, Azərbaycan “Eurovision” yarışmasını yüksək səviyyədə təşkil edəcək və bu, yalnız və yalnız onun beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olacaq.
“The İndependent” qəzetində dərc olunmuş yazı Böyük Britaniya-Azərbaycan münasibətlərinə ziddir
Müasir beynəlxalq münasibətlər sisteminin mühüm struktur elementlərindən biri də regional miqyaslı, qlobal xarakterli Böyük Britaniya-Azərbaycan münasibətləridir. Qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ölkələrarası tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Hər iki ölkəni bir-birinə bağlayan strateji substrat milli maraqlar sisteminin asimmetrik surətdə uzlaşdırılmasıdır.
Vurğulanması zəruri olan məqam budur ki, Azərbaycanla Britaniyanın qarşılıqlı faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslar məhz hər iki ölkənin regional miqyasda və beynəlxalq müstəvidə bir-birinə dəstək olmasıdır. Məlumdur ki, Azərbaycan və Britaniya qarşılıqlı maraqlar çərçivəsində qurulan rasional əməkdaşlığın fonunda beynəlxalq təhlükəsizliyin təmin olunması işinə özünəməxsus töhfələr verirlər. Eyni zamanda, iki ölkə ikitərəfli tərəfdaşlıq münasibətləri ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq əlaqələrinə sahibdirlər. Bu da müasir beynəlxalq münasibətlər sistemi çərçivəsində çoxşaxəli əməkdaşlığa təkan verən fundamental faktor qismində çıxış edir.
Qeyd etmək lazımdır ki, Cənubi Qafqaz geosiyasi məkanının lokomotiv aktoru olan, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək Böyük Britaniya üçün xüsusi strateji önəm kəsb edir. çünki ölkəmiz yerləşdiyi regionun təhlükəsizlik və inkişaf qarantı olmaqla yanaşı, beynəlxalq təhlükəsizliyə də əhəmiyyətli töhfələr bəxş edir. Digər tərəfdən, Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan önəmli tranzit məntəqə-məkan kimi strateji açılımlar baxımından əvəzedilməz mövqeyə malikdir. çünki Asiyadan-Avropaya uzanmaq üçün Azərbaycan amili birmənalı zəruridir. Bu, istər müxtəlif enerji layihələrinin reallaşdırılması zamanı, istərsə də regional əməkdaşlıqlar zamanı özünü daha qabarıq şəkildə büruzə verir. Məhz bu amil də Böyük Britaniyanın xarici siyasət strategiyasında xüsusi olaraq nəzərə alınır.
Bütün bunlara baxmayaraq, təəssüflər olsun ki, qərəzli xarici dairələrin diktə və sifarişləri əsasında çıxış edən bəzi media qurumları iki ölkə arasındakı münasibətlərdə ziddiyyət yaratmaq istəyir. Məhz bunun üçün də primitiv, bir o qədər də təhqiramiz yazılar dərc etməkdən çəkinmirlər. “The İndependent” qəzetində dərc olunmuş yazı da bu qəbildəndir və Böyük Britaniya-Azərbaycan münasibətlərinə ziddir. Məhz buna görə də özündə qeyri-obyektiv və təhqiramiz məqamları ehtiva edən yazı Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Bu səbəbdən, “The İndependent” qəzeti xalqımızdan üzr istəməlidir.
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

