"Eurovision-2012"nin əsl qalibi Azərbaycan oldu
31.05.2012 [22:44]
Məlum olduğu kimi, ötən həftənin sonlarında Azərbaycan çox mühüm əhəmiyyət kəsb edən daha bir beynəlxalq müsabiqəyə çox uğurla ev sahibliyi etdi. Azərbaycanın ev sahibliyi etdiyi Avropanın ən möhtəşəm musiqi yarışması “Eurovision-2012” tarixində təşkilatçılıq baxımından bütün dünya ictimaiyyətinin yüksək təqdirini qazandı. Bakı “Eurovision” sınağından çox uğurla çıxdı. Elə müsabiqə ərəfəsində və ondan sonrakı günlərdə dünya mediasında əksini tapan məqalələr də bunu deməyə əsas verir.
Dünya “Eurovision-2012”dən danışır
Qeyd olunduğu kimi, son bir ayda dünyanın ən məşhur KİV-ləri, o cümlədən, BBC, “Reuters”, “Daily Times”, “Guardian”, “Bild” kimi yayım orqanları mütəmadi olaraq, Azərbaycan haqqında məlumatlar yaydı, ölkəmizi geniş təbliğ etdi. Bu məlumatların böyük əksəriyyətinin müsbət olması, Azərbaycan haqqında müsbət fikirlərin ifadə olunması isə xüsusilə təqdirəlayiqdir. Xüsusilə, qardaş Türkiyə mətbuatında yer alan bir çox məqalələr diqqəti daha çox cəlb edir. Məsələn, Türkiyənin nüfuzlu “Sabah” qəzetində dərc olunan “Bakı yalnız neft deyildir” sərlövhəli məqalədə vurğulanır ki, bu il “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi Azərbaycanın paytaxtı Bakının gözəlliyi qonaqları heyran qoyub. Qəzetin şərhçisi Meliha Okur yazır: “Bakı deyəndə ağlınıza nə gəlir? Azərbaycanın Ulu öndəri Heydər Əliyev, Dağlıq Qarabağın işğalı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi. İndi görüntü dəyişib. Parlaq işıq saçan şəhərlər göz oxşayır. Azərbaycanda savadı ilə önə çıxan gənc bir nəsil yetişib. Azərbaycanlıların problemləri də çoxdur, hədəfləri də böyükdür”.
Nəşrdə qeyd olunur ki, qlobal şəraitdə Türk dünyası yüksələn bir dəyərdir. Sovetlər ittifaqından qopan Türk dünyası, Rusiya ilə əlaqələrini davam etdirərkən, Qərb ilə də inteqrasiya yolunda nəhəng addımlar atır. Azərbaycanın Rusiya ilə çox yaxşı münasibətləri var. Azərbaycanın ABŞ ilə də sıx əlaqələri mövcuddur. Həm qardaşlıq və dost münasibətləri, həm də müdafiə sahəsindəki əməkdaşlıq Türkiyə ilə Azərbaycanı daha da yaxınlaşdırır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təkcə Azərbaycanın deyil, həm də Türkiyənin problemi olduğunu qeyd edən müəllif Prezident İlham Əliyevin Türkiyə ilə münasibətlərə böyük əhəmiyyət verdiyini yazır.
Türkiyənin “Sabah” qəzetinin digər şərhçisi Bilge Eser isə məqaləsində yazır ki, bu ilin tədbiri müşahidə etdiyi bütün “Eurovision” müsabiqələri arasında onu daha çox heyrətləndirib. “Azərbaycandan “Eurovision” dərsi” sərlövhəli məqalədə müəllif qeyd edir: “Bir həftədir “Eurovision” ilə nəfəs alan Azərbaycan möhtəşəm bir şou ilə tarixin ən gözəl təşkilatçılığına imza atıb. Azərbaycana addım atdığım ilk gündən bütün ölkənin “Eurovision” ilə yaşadığını gördüm. Burada radio və televiziya kanalları, küçələr, geyimlər - bir sözlə, hər şey “Eurovision” ilə bağlı idi. İyirmi beş min nəfər “Baku Crystal Hall”da, qalanları isə ya evlərində, ya da ki, müxtəlif yerlərdə Bakıda keçirilən möhtəşəm şounu izləyib”.
B.Eser, həmçinin, yazır ki, Azərbaycan yeni görkəmini əvvəl Avropaya, sonra da bütün dünyaya tanıtma fürsətindən sona qədər çox yaxşı istifadə etdi. ölkə namizəd olduğu sonrakı idman yarışları üçün də qızıl fürsət əldə etmiş oldu.
Bu sırada ən maraqlı məqalələrdən biri isə heç şübhəsiz “Hürriyet” qəzetinin yazarı Cengiz Semerçioğlunun “Eurovision notları” adlı müəllif yazısıdır. Türkiyəli yazar Bakıda müşahidə etdiklərini qələmə alarkən bir maraqlı nüansa xüsusilə diqqəti çəkir. Onun fikrincə, “Eurovision-2012”nin nominal qalibi İsveçli Lorin olsa da, əsl qalib Azərbaycandır. O, həmçinin, Bakının 2020 Olimpiya oyunlarına namizədliyinin qeydə alınmamasından da təəssüfünü ifadə edərək, “Eurovision-2012”dən sonra “Keşkə, Bakının namizədliyini Olimpiya oyunları üçün qeydə alsaydılar” - deyə, vurğulayır.
Azərbaycan “Eurovision”un son 5 ildə ən uğurlu iştirakçısıdır
Bəlli olduğu kimi, “Eurovision - 2012”nin qalibi Lorin oldu. Azərbaycan təmsilçisi Səbinə Babayeva isə öz möhtəşəm ifası ilə 4-cülüyü qazandı. ölkəmizin 5-ci cəhdində növbəti dəfə ilk beşlikdə qərarlaşması, 42 ölkə sırasında 4-cü olmasının özü də böyük uğur kimi qiymətləndirilməlidir. ümumiyyətlə isə, son 5 ilin ən yüksək göstəricilərinə məhz Azərbaycan təmsilçiləri imza atıblar. Rəsmi rəqəmlər də bunu göstərir. Belə ki, son 5 ildə Azərbaycan təmsilçiləri ümumilikdə 855 bal qazanıblar. Bu, ən yüksək göstəricidir. İkinci sırada qərarlaşan Rusiya sənətçiləri 797 bal toplayıblar. İlk 3-ün son pilləsində 630 bal toplayan Yunanıstan dayanır. 4-cü Norveç 595, 5-ci Türkiyə isə 592 bal yığıb. Sıralamada da Azərbaycanın təmsilçiləri yenə də birincidir.
Lorinin çarəsiz çırpınışları
Təbii ki, müsabiqənin nominal qalibi İsveçli müğənni Lorindir. Onun “Eyforiya” mahnısı avropalı tamaşaçıların böyük əksəriyyətinin dəstəyini qazanaraq Mərakeş əsilli isveçli müğənniyə qələbə qazandırıb. Sirr deyil ki, Lorin məlum siyasi bəyanatlarından sonra Azərbaycan cəmiyyətində heç də müsbət olmayan bir obraz kimi xarakterizə olunurdu. O da bunu bildiyindən performansını tamamlayan kimi, yol verdiyi nöqsanı unutdurmaq və özünü bağışlatmaq üçün dərhal Bakını nə qədər çox sevdiyini, xalqımıza heyranlığını və minnətdarlığını ifadə etdi. Bu isə bizdə haqlı bir sual ortaya çıxarır: Hansı Lorin daha səmimidir? Bəlli siyasətbazların fitnəsinə uyub görüb bilmədən Azərbaycan haqqında həqiqətə uyğun olmayan bəyanatlar səsləndirib bəzi siyasi dairələrin “qəhrəmanına” çevrilməyə çalışan Lorin, yoxsa həyəcanla və kövrək şəkildə Azərbaycanı, xalqımızı və Bakını çox sevdiyini söyləyən Lorinmi? Zənnimizcə, ikinci Lorin aldadıldığını başa düşmüş, xalqımız qarşısında qəbahətini anlayan və özünü bağışlatmaq üçün səmimi çırpınışlarını ortaya qoyan bir insan təəssüratı yaratdı...
Azərbaycan “Eurovision-2012”nin əsas qalibi oldu
Bəli, artıq qeyd olunduğu kimi, Azərbaycan “Eurovision-2012”nin əsas qalibi oldu. Bunu da şərtləndirən məqamlar kifayət qədər çoxdur. Hər şeydən öncə, Azərbaycan son bir ayda dünyada ən çox haqqında danışılan ölkələrdən biri, bəlkə də, birincisi oldu.
Eyni zamanda, təcrübə göstərir ki, həm “Eurovision-2012”, həm də Azərbaycan istər ölkə mediasında, istərsə də dünya KİV-ində hələ uzun müddət prioritetliyini qoruyacaq. Bu isə həm də o deməkdir ki, Qafqazın lider dövləti, Avropanın yüksələn dəyəri Azərbaycan hələ uzun müddət dünyanın əsas mövzularından biri olacaq. Yəni, Azərbaycanın təqdimatı hələ uzun müddət davam edəcək.
Onsuz da, dünyada üzərinə götürdüyü öhdəliklərə və beynəlxalq hüququn prinsiplərinə sadiqliyi, beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri ilə, tolerantlığın ünvanı kimi müsbət imici olan Azərbaycan dövləti həm də bir musiqi, mədəniyyət yarışmasını necə təşkil etmək olar örnəyini əyani şəkildə göstərdi. Bəzilərinin Azərbaycanın təşkilatçılığına, gördüyü işlərə qara yaxmaq cəhdlərinə baxmayaraq, Azərbaycan işini gördü, ötən il Düsseldorf qələbəsindən sonra verdiyi sözü tutdu və bu müsabiqəni ən yüksək səviyyədə təşkil edərək, verdiyi hər bir vədin arxasında real işin dayandığını bir daha nümayiş etdirdi. Bu, Azərbaycanın dünyada ciddi bir ölkə kimi qəbul olunmasının, BMT TŞ-yə üzv seçilərkən 155 ölkənin məhz Azərbaycana dəstək verməsinin səbəblərini də göstərdi.
Sirr deyil ki, vaxtilə, dünyada çox az adam Azərbaycan adlı dövlətin varlığından xəbərdar idi. Xüsusən, müstəqilliyimizin ilk illərində ölkəmizi sadəcə siyasi kluarlarda tanıyırdılar, desək yanılmarıq. Amma bu gün artıq dünya ictimaiyyəti Azərbaycanı görüb, yerində tanış olaraq, tanıyır və tanıdır. Hazırda Azərbaycan mədəniyyəti, tarixi, milli mətbəxi, insanlarımızın qonaqpərvərliyi, paytaxtımızın gözoxşayan mənzərəsi haqqında heyranlıqla danışılırsa, bunda “Eurovision-2012”nin payı böyükdür.
Təbii ki, təbliğat sahəsində əldə olunmuş bu üstünlüklərlə yanaşı, Azərbaycanın bu yarışmadan əldə etdiyi iqtisadi dividendlər də gözardı edilməməlidir. Onminlərlə turistin Bakıya üz tutması, paytaxtdakı bütün mehmanxanaların son bir ayı demək olar ki, dolu keçirməsi, əyləncə və istirahət mərkəzlərinin ən məhsuldar günlərini yaşaması, xüsusilə, şəhərin mərkəzinə yaxın ərazilərdə yerləşən mağaza və dükanların gəlir rekordlarına imza atması kimi məsələlər “Eurovision - 2012”nin qısa müddət ərzində Azərbaycana qazandırdığı dividendlərin bir qismidir. Uzunmüddətli perspektivdə isə bunun ölkəmizə qazandıracaqları daha böyük olacaq. Unutmamaq gərəkdir ki, onminlərlə turistin hər biri bir elçi və onminlərlə yeni turist deməkdir. Azərbaycan artıq yüzminlərlə, milyonlarla turisti qarşılamağa hazırlaşmalıdır. Buna ölkəmizin yetərli potensialının olduğunu da bir əyani şəkildə gördük.
Bir sözlə, “Eurovision - 2012” Azərbaycanın iqtisadi, siyasi uğurları ilə yanaşı, bizim mədəniyyət sahəsində uğurlarımızın təbliği və təşviqi baxımından əvəzolunmaz imkanlar verdi. Azərbaycan isə bu fürsətlərdən layiqincə yararlanaraq, özünün təbliğatını yüksək səviyyədə həyata keçirdi. Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, “Eurovision - 2012”nin əsl qazananı Azərbaycan dövləti oldu. İndi İsveç çox çətin sınaq qarşısındadır. Estafeti Azərbaycandan alıb və “Eurovision” tarixinin Azərbaycan zirvəsində qalmaq elə də asan olmayacaq...
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

