Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hillari Klinton dağıdıcı müxalifətin arzusunu ürəyində qoydu

Hillari Klinton dağıdıcı müxalifətin arzusunu ürəyində qoydu

07.06.2012 [01:00]

ABŞ-ın dövlət katibi dağıdıcı müxalifət başçıları ilə görüşmədi və bununla isbatlandı ki, onlar nə Azərbaycanda, nə də onun hüdudlarından kənarda ciddi qüvvə kimi qəbul olunur
Dünən ABŞ-ın dövlət katibi xanım Hillari Klinton Azərbaycanda səfərdə oldu. Dövlət katibi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşüb. Görüşdə ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən dövlətimizin başçısı bunu ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə  əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini bildirib.
ABŞ-ın dövlət katibi Hillari Klinton isə yenidən Bakıya səfərindən və ikitərəfli əlaqələrimizlə bağlı Azərbaycan Prezidenti ilə məsləhətləşmələrdən məmnun olduğunu deyib. Xanım Klinton Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun çikaqo sammitində iştirakının önəmini də vurğulayıb.
ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayan ABŞ-ın dövlət katibi ölkəsinin Azərbaycan ilə sıx və strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla qeyd edib. O, Azərbaycanın regionda mühüm rolunu vurğulayıb. Xanım Klinton ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı müzakirə ediləcək məsələlərin geniş gündəliyə malik olduğunu deyib.
ABŞ-ın dövlət katibi, həmçinin, ölkəmizin rəsmi şəxslərilə də görüşlər keçirib. Bu görüşlərdə isə Azərbaycan-ABŞ münasibətlərinin bütün spektri, energetika sahəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə edilib. Eyni zamanda, xanım Klinton Azərbaycan və ABŞ cəmiyyətlərini düşündürən suallara da cavab verib.
Bununla yanaşı, ABŞ-ın dövlət katibi xanım Hillari Klinton səfər zamanı Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransda da iştirak edib. Lakin xanım Hillari Klinton dağıdıcı müxalifətin ciddi cəhdlərinə baxmayaraq, onlarla görüşməyib.
Məlumat üçün bildirək ki, hələ “Eurovision-2012” yarışması ərəfəsində “İctimai Palata” adlanan qurumda birləşmiş dağıdıcı müxalifət başçıları ölkəmizə səfərə gəlmiş xarici jurnalistlərlə, xarici anti-Azərbaycan dairələrin nümayəndələri ilə, habelə bəzi ölkələrin və beynəlxalq təşkilatların 5-ci, 10-cu dərəcəli təmsilçiləri ilə görüşürdülər. Görüşlərilə bağlı qəzetlərinin səhifələrində böyük materiallar dərc edirdilər və bunu da özləri üçün ciddi uğur hesab edirdilər. Bu baxımdan da, dağıdıcı müxalifət başçıları “perspektiv” nəticələr çıxararaq, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduqlarını zənn edirdilər və hesab edirdilər ki, Azərbaycana səfər edən hər bir rəsmi şəxs mütləq şəkildə onun təmsilçiləri ilə də görüşməlidir. Bu mənada da fikirləşirdilər ki, ABŞ-ın dövlət katibi Hillari Klinton onlarla da görüşəcək. Hətta, müxalifət qəzetləri tapşırıq əsasında Azərbaycana səfər etməsi nəzərdə tutulan ABŞ-ın dövlət katibi Hillari Klintonun müxalifət partiyalarının rəhbərləri ilə görüşüb-görüşməyəcəyi məsələsini geniş müzakirə edirdi. Müxalifət funksionerləri görüşün lehinə müxtəlif arqumentlər səsləndirirdilər və sanki razılaşdırılmış görüşə hazırlıq işləri aparırdılar. Amma düşünmürlər ki, onları dünyada hansı səviyyədə və necə qəbul edirlər.
Beləliklə də, baş verənlər dağıdıcı müxalifətin əsil simasını ortaya qoydu və onların ciddi qüvvə kimi qəbul edilmədiklərini isbatladı. Məhz, ABŞ-ın dövlət katibinin dağıdıcı müxalifətlə görüşməməsi onlara layiq olduqları qiymətin verilməsi demək idi. Bu hal bir daha sübut edir ki, heç bir ciddi siyasi fiqur belə dağıdıcı, məqsədi, məramı bilinməyən, qeyri-ciddi qüvvələrlə təmas qurmaq istəmir.
Qeyd edək ki, Hillari Klinton regiona səfəri çərçivəsində Ermənistanda və Gürcüstanda müxalifət nümayəndələrilə görüşmüşdü. Lakin xanım Klinton Azərbaycandakı dağıdıcı müxalifət başçılarının arzusunu ürəyində qoydu və onlarla görüşmədi. Bu fakt isə sübut edir ki, radikal müxalifət Azərbaycan cəmiyyətində real sosial bazaya malik qüvvə deyil və sosiumu təmsil etmir. Bir daha anlaşıldı ki, dağıdıcı müxalifət nə Azərbaycanda, nə də onun hüdudlarından kənarda ciddi qəbul olunur.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 803 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30