Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bugünkü Azərbaycan qurtuluş məfkurəsindən başlayan proseslərin məntiqi nəticəsidir

Bugünkü Azərbaycan qurtuluş məfkurəsindən başlayan proseslərin məntiqi nəticəsidir

14.06.2012 [23:14]

YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov “15 İyun-Milli Qurtuluş Günü” mövzusunda mühazirə oxuyub
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin ofisində “Universal gənclik” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov “15 İyun-Milli Qurtuluş Günü” mövzusunda mühazirə oxuyub. Gəncləri Milli Qurtuluş Günü münasibətilə təbrik edən Əli Əhmədov ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə tarixi qayıdışının 19-cu ildönümünün ölkənin hər yerində qeyd edildiyini vurğulayıb. O, gələn il Milli Qurtuluş Gününün 20 illiyinin qeyd olunacağını da diqqətə çatdırıb.
Milli Qurtuluş Gününün ən əhəmiyyətli dövlət bayramlarından biri olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, bu, həm də, böyük ümumxalq bayramı kimi qiymətləndirilməlidir: “Ona görə ki, 19 il əvvəl Azərbaycan yaşadığı xaosdan, anarxiyadan, insanların hüquqlarının kütləvi şəkildə pozulmasından qurtuldu. O zamanlar Azərbaycan iqtisadiyyatının sürətlə tənəzzülə uğraması insanları sosial sıxıntılara gətirib çıxarmışdı. İnsanların gələcəyə inamının itməsi kimi çox təhlükəli bir proses gedirdi. 15 iyun 1993-cü il tarixindən sonra bu problemlərin hamısı aradan qaldırıldı. Beləliklə də, qurtuluş, Heydər Əliyevin hakimiyyətə qayıdışı və bu qayıdışın ölkəmizə gətirdiyi faydalar bu gün Azərbaycanın yaşadığı reallıqlarda özünün əksini tapır. İndi biz məmnunluqla və qürur hissi ilə deyirik ki, Azərbaycan ən qüdrətli dövlətlərdən birinə çevrilir. Azərbaycan Cənubi Qafqaz dövlətlərinin istehsal etdiyi ümumi daxili məhsulun 80 faizinin sahibidir. Azərbaycan iqtisadi inkişaf, dünya birliyində mövqelərinin möhkəmlənməsi baxımından, regionda və regiondan kənarda həyata keçirilən çox əhəmiyyətli beynəlxalq iqtisadi layihələrin reallaşmasında birmənalı şəkildə əhəmiyyətli rol oynayır. Bugünkü Azərbaycan qurtuluş məfkurəsindən başlayan proseslərin məntiqi nəticəsidir. İnsanların rifahının yüksəlməsi, həyat səviyyəsinin artması, Azərbaycan dövlətinin güclənməsi və digər amillər qurtuluşdan, Heydər Əliyevin hakimiyyətə qayıdışından başlayan yolun məntiqi davamıdır. Məmnunluqla demək lazımdır ki, bu yol bu gün də davam edir, bu yol Azərbaycana faydalar gətirir, bundan sonra da ölkəmiz daha da yüksələcək. Təkcə 2011-ci ilin nəticələrini xatırlasaq, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Avropanın ən mötəbər mahnı müsabiqəsinin qalibi olması, əhəmiyyətli beynəlxalq tədbirlərin Bakı şəhərində keçirilməsi və digər məsələlərin hamısı ölkəmizin beynəlxalq müstəvidə rolunun, mövqeyinin, əhəmiyyətinin artmasından xəbər verən faktlardır. Bütün bunların hamısının başlanğıc nöqtəsi qurtuluş məfkurəsi, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışıdır. Ona görə də, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə qayıdışını əks etdirən Milli Qurtuluş bayramını təntənə ilə qeyd edir”.
Əli Əhmədov bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü bir tərəfdən Heydər Əliyevin əzəmətinin və qüdrətinin, digər tərəfdən Azərbaycan xalqının müdrikliyinin və siyasi kamilliyinin təntənəsidir. Əli Əhmədov 15 iyun tarixinin xalqımızın və dövlətimizin həyatında əhəmiyyətindən bəhs edərək bildirib ki, Milli Qurtuluş Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir: “Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanda 1990-cı illərin əvvəllərində yaranmış tarixi şəraitdə milli dövlət quruculuğunun üzləşdiyi spesifik xüsusiyyətlərlə və tarixi şərtlərlə bilavasitə əlaqədar idi”.
Məhz Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın təhlükələrdən qurtulduğunu qeyd edən YAP Sədrinin müavini, 15 İyunun Azərbaycan tarixində tutduğu yerdən danışaraq bildirib ki, bu gün xalqımızın taleyində dönüş anı olub. “ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi. Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub”, - deyə o, qeyd edib.
YAP Sədrinin müavini bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycan tənəzzül etməkdə olan bir ölkə kimi tanınırdısa, bu gün o bütün dünyada ən yüksək sürətlə inkişaf edən iqtisadiyyata malik bir dövlət kimi qəbul olunur. “ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycanın bir ölkə olaraq həyatının tamamilə dəyişməsi ilə müşayiət edildi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın keçdiyi yola nəzər salsaq, görərik ki, ölkəmiz hərtərəfli iflas və tənəzzül yolundan ümummilli liderin müəyyənləşdirdiyi siyasətin təsiri altında inkişaf, tərəqqi və yüksəliş dövrünə qədəm qoydu”, - deyə Əli Əhmədov vurğulayıb. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı həyatımızın bütün sahələrindəki inkişaf, tərəqqi, yüksəlişlə müşayiət olunur. Xalqımız xoşbəxtdir ki, Azərbaycan 19 il öncə Heydər Əliyevin möhtəşəm qayıdışı ilə əsası qoyulan inkişafın böyük mərhələsini keçərək yüksələn, müasirləşən, yeniləşən bir ölkə kimi özünü tanıda bilib. Azərbaycanın müasir tarixinin ən əzəmətli hadisəsi Heydər Əliyevin qayıdışında özünü ehtiva edən qurtuluş məfkurəsi ilə əlaqədardır.
Əli Əhmədov ötən 19 ildə Azərbaycanın çox böyük uğurlara imza atdığını, xalqda gələcəyə dərin inam hissinin formalaşdığını qeyd edib. “Qurtuluş Azərbaycana nə verdi?” sualına cavab axtararkən ölkəmizin bugünkü həqiqətlərini, mənzərəsini, vətəndaşlarımızın əhval-ruhiyyəsini, bütövlükdə Azərbaycanın yaxşı gələcəyi üçün yaradılan imkanları göstərmək lazımdır. ötən dövr ərzində Azərbaycan fəlakətlərdən, hərtərəfli iflasdan geniş inkişaf yoluna çıxaraq sabitliyin təmin olunduğu, iqtisadiyyatı sürətlə inkişaf edən, dünyada rolu durmadan artan bir ölkə kimi özünü təsdiq edib. Bütün bunlar Heydər Əliyev qətiyyətinin, müdrikliyinin bəhrəsidir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Hazırda Azərbaycanın dünyada davam edən maliyyə-iqtisadi böhrana baxmayaraq inkişaf etməsinin məhz Milli Qurtuluş Günü ilə başlamasını bir daha vurğulayan Əli Əhmədov, həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu gün Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı ilk növbədə vətəndaşlarımızın maddi-rifah halının yaxşılaşmasına xidmət edir, paytaxtla bərabər regionlar da sürətli tərəqqi yolu ilə inamla addımlayır.
“Gənclərimiz təxminən 20 il əvvəl baş verən bu proseslərin şahidi olmayıblar. Ona görə də, istəyirik ki, gəncliyimiz yaşadığımız reallıqların başlanğıc nöqtəsinin özünün əsasını haradan götürdüyü haqqında aydın təsəvvürlərə malik olsunlar”, - deyən Əli Əhmədov qeyd edib ki, indiki gənclər üçün bu tarixin dərindən öyrənilməsi zəruridir. Azərbaycanda həyata keçirilən gənclər siyasətinin ümumi dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu deyən YAP Sədrinin müavini ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün bütün şəraitin yaradıldığını bildirib. “Azərbaycan hökuməti gənclərimizin inkişafı üçün bütün imkanları yaradıb. Gənclərə diqqət və qayğı ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə əsas yerlərdən birini tutur. Buna görə də, Azərbaycanın bugünkü gəncliyi özünü xoşbəxt hiss edə bilər və edir. Yeni Azərbaycan Partiyası da gənclərlə bağlı fəaliyyətinə xüsusi önəm verir. Təsadüfi deyil ki, 600 min nəfərə yaxın partiya üzvlərinin 40 faizini gənclər təşkil edir. YAP-ın məqsədi odur ki, gənclərimiz yüksək biliyə və savada yiyələnsinlər, layiqli vətəndaşlar kimi yetişsinlər. Biz hər zaman gənclərin irəli sürdüyü təşəbbüsləri dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 868 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30