Avropa parçalanır...
19.03.2024 [10:40]
Fransa ilə Almaniya arasında çatlar daha da dərinləşir
Fransanın tutduğu “siyasi yol” qanunsuzluqları, imperializmi və kolonializmi müşayət etməkdədir. Bunun nəticəsidir ki, illərdir Mərkəzi Avropanın “əsas dövlətinə” çevrilmək uğrunda mübarizə yavaş-yavaş gündəmdən çıxır. Avropa İttifaqının aparıcı “simasına” çevrilmək üçün min bir dona girən Makron hakimiyyəti nəticə etibarı ilə heç nə əldə edə bilmir. Tam əksinə, indiyə qədər bu və ya digər yollarla Fransaya “müttəfiqlik” edən dövlətlər də ondan aralanır. Parisdən yürüdülən məkr dolu siyasi hücumlar, məsuliyyətsiz bəyanatlar, əsassız iddialar Fransaya yaxın dövlətləri də ondan “döndərib”. Bu sırada Almaniyanın adını çəkmək xüsusilə vacib xarakter daşıyır. Çünki rəsmi Paris apardığı təbliğatda “Almaniya ilə ən yaxın müttəfiq” görüntüsü yaradaraq Berlinin dünya dövlətləri ilə münasibətləri fonunda gizlənməyə çalışırdı. İndi isə artıq vəziyyət dəy?şib. Makron hakimiyyəti özü də görür ki, artıq Fransa nəinki “qoca qitə”də, ümumiyyətlə, dünyada ciddi ölkə kimi qəbul edilmir, sözünə güvənilmir.
Yeri gəlmişkən, Britaniyanın “The Telegraph” nəşri Makronun davranışının qəfil dəyişməsinin səbəblərini təhlil edib. Məqalə müəllifi hesab edir ki, Makron Fransanı Avropada dominant qüvvə statusuna qaytarmaq istəyir. O, Parisin artıq əvvəlki qədər təsirli olmamasından qeyzlənir. Fransa prezidenti radikal bəyanatlarla Avropa ölkələrini öz rəhbərliyi altında birləşdirmək istəyir. Eyni zamanda o, Ukraynaya qoşun yeritməyi də əslində planlaşdırmır. Üstəlik, bu bəyanatlar və davranışlarla daxili müxalifəti də təsirsizləşdirməyi hədəfləyir.
Eyni zamanda, məqalə müəllifi qeyd edir ki, Ukrayna münaqişəsi səbəbindən Fransa ilə Almaniya arasında çatlar daha da dərinləşir. Müxtəlif diplomatik mənbələr müəllifə bildiriblər ki, dövlət liderlərinin cümə günü keçirilən görüşü böhranı dayandıra bilməyib.
Görünən budur ki, Avropanın dağılma proesi bu iki paytaxt arasındakı ziddiyyətlərdə daha qabarıq şəkildə hiss edilməkdədir. Ümumiyyətlə, son zamanlarda Ukrayna məsələsinə münasibətdə fikirlərin haçalanması Almaniya ilə Fransa arasındakı ziddiyyətləri daha da dərinləşdirən amillər sırasında ön cərgəyə çıxıb - Ukraynaya hərbi yardımların azalması fonunda önə çıxmaq fürsəti “yaxaladığını” düşünən Makron qeyri-real “iddiaları” ilə Avropa kontingentini cana gətirib. Fevralın 26-da onun təşkilatçılığı ilə çağrılan Ukrayna ilə bağlı təcili iclas isə gözlənilən nəticəni verməsə də, Fransa prezidenti mətbuata açıqlamasında Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünə diqqət çəkmişdi. Amma Makronu ən “operativ” şəkildə təkzib edən Almaniya tərəfi oldu. Kansler Olaf Şolts Frayburq şəhərinə səfəri zamanı jurnalistlərə müsahibəsində bildirdi ki, Ukraynaya Avropa İttifaqı (Aİ) və ya NATO ölkələrindən hərbçi göndərilməyəcək. Almaniya hökumətinin rəhbəri Fransa Prezidenti Emmanuel Makronun Ukraynada NATO əsgərlərinin iştirakı ilə bağlı bəyanatını təkzib edərək vurğuladı ki, bu, baş verməyəcək. Şolts qeyd etdi ki, Makron Alyansın Qərb qüvvələrinin komandanı deyil. O, Ukrayna ərazisinə quru qoşunlarının və ya digər hərbi birləşmələrin hərbçilərinin göndərilməsi ilə bağlı mülahizələri rədd etdi.
Almaniyanın Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorus isə bildirdi ki, Makronun təklifi ölkəsi tərəfindən dəstəklənmir və Ukrayna müharibəsində Alyans hərbçilərinin iştirakı mümkün deyil.
Hazırda Avropanın iki aparıcı dövləti sayılan Fransa ilə Almaniya arasındakı münasibətlər avrosentristlərin gələcək perspektivi baxımından əsaslı rol oynayır. Angela Merkelin siyasi səhnədən gedişi ilə boşalan “Avropa taxtı” uğrunda mübarizədə önə çıxmaq üçün fürsət axtaran Makron “Ukrayna” kartı üzərindən özünün gizli planlarının arxasınca düşüb. Ukraynaya hansı ölkənin “daha çox yardım etməsi” barədə mübahisənin də kökü buradan qaynaqlanır. Makron populist “qoşun yeritmə” bəyanatları verir, Şolts isə daha ehtiyatlı mövqe tutmağı dəyərləndirir. Əsl həqiqət isə odur ki, Almaniya Ukraynaya Fransadan qat-qat çox maliyyə və hərbi yardım göstərsə də, Rusiya ilə birbaşa qarşıdurmada ehtiyatlı davranır. Bu səbəbdən Ukraynaya Rusiyanın dərinliklərinə enə bilən uzaqmənzilli raketlər verməkdən imtina edir.
Beləliklə, Almaniya Makronun özfəaliyyətinə cavab verməklə onunla həmfikir olmadığını önə çəkir. Almaniyalı analitik Ulrix Spek Makronun Ukrayna bəyanatlarını belə dəyərləndirib: “Makronun təcililik hissi yaratmaq səyi müsbət qarşılanır, lakin bu konkret deyil və hərəkətə keçmir. Avropanın Ukrayna böhranını həll etmək üçün heç bir fövqəladə planını görmürük”.
Britaniyanın “Times” qəzeti Avropa İttifaqının ən böyük və yeganə nüvə hərbi gücü olan Fransanın özünü “anti-Rusiya şahini” kimi rebrendinq etdiyini, lakin bu vəziyyətin Almaniyanı narahat etdiyini yazıb...
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

