MİLLİ MƏKAN MƏLUMATLARI İNFRASTRUKTURUNUN FORMALAŞDIRILMASINDA İLK ADDIM
30.06.2012 [17:50]
Standartlaşdırma və milli iqtisadiyyat
Onilliklər ərzində formalaşmış dövlət standartlaşdırma sistemi texniki tənzimləmənin islahatı gedişində milli standartlaşdırma sistemi ilə əvəz olunmalıdır. Sonuncu öz növbəsində iqtisadi münasibətlərin qloballaşması şəraitində dövlətin, təsərrüfat subyektlərinin, ictimai təşkilatların və istehlakçıların maraqlarının balansını təmin etməli, Azərbaycan iqtisadiyyatının rəqabətədavamlılığını yüksəltməli, məhsul, iş və xidmətlərin keyfiyyətinin yüksəldilməsi əsasında sahibkarlığın inkişafı üçün şərait yaratmalıdır.
Standartlaşdırma dövlətin sosial-iqtisadi siyasətinin dəstəklənməsinin başlıca faktorlarından olmaqla, ədalətli rəqabətin inkişafına, innovasiyalara, ticarətdə texniki sədlərin azaldılmasına, vətəndaşların həyat, sağlamlıq və əmlakının təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə xidmət edir, istehlakçı maraqlarının, ətraf mühitin müdafiəsini və bütün növ sərvətlərdən qənaətli istifadəni təmin edir.
Texniki tənzimləmənin elementlərindən biri kimi standartlaşdırma ölkənin iqtisadi inkişafına öz layiqli töhfəsini verməlidir. Bu zaman ölkə iqtisadiyyatında aparılan struktur islahatları zamanı standartlaşdırmanın rolu və prinsipləri baş verən dəyişikliklərə adekvat olmalı və beynəlxalq təcrübəyə uyğun gəlməlidir.
Bir daha qeyd etmək istərdik ki, inkişaf etmiş cəmiyyətdə standartlaşdırma iqtisadiyyatın idarə olunmasının başlıca alətlərindən biri kimi dəyərləndirilir. O, bilavasitə ictimai istehsalın səmərəliliyinə və istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsinə təsir göstərərək, dövlət nomenklaturası miqyasında optimal nizamlamanın elmi metodu kimi çıxış edir. Standart və keyfiyyət biri-birindən ayrılmazdır.
Standartlaşdırmanı həm praktik fəaliyyət, həm idarəetmə sistemi, həm də elm kimi nəzərdən keçirmək lazımdır.
Standartlaşdırma praktik fəaliyyət kimi ictimai istehsal sahələrində və sosial həyatda təkrarlanan məsələlərin optimal həllini təmin edən qayda, norma və tələblərin standartlaşması və tətbiqi üzrə normativ sənədlərin təyin olunmasından ibarətdir.
Standartlaşdırma praktik fəaliyyəti idarəetmə sistemi kimi Azərbaycan Respublikasında standartlaşdırma üzrə praktik fəaliyyətin planlı idarəetmə sistemi olan dövlət standartlaşdırma siyasəti əsasında həyata keçirilir. O, standartlaşdırma üzrə praktik işlərin təşkili və icrası metodikası üzrə qarşılıqlı əlaqəli tələbləri müəyyənləşdirən normativ-texniki sənədlər kompleksinə əsaslanır.
Standartlaşdırma müvafiq metod və vasitələr haqqında elm kimi ümumilikdə və ayrı-ayrı istiqamətlərdə standartlaşdırma üzrə fəaliyyətin qanunauyğunluqlarını müəyyənləşdirir, ümumiləşdirir və formalaşdırır. Standartlaşdırmanın elm kimi inkişafı bu fəaliyyətin təşkili sistemini yaxşılaşdırmağa kömək edir və bu sahədə praktik işlərin təkmilləşdirilməsinə yardımçı olur.
Texniki komitələr
Məlum olduğu kimi, Texniki komitələr standartlaşdırma üzrə fəaliyyətin həyata keçirilməsi məqsədilə maraqlı tərəflərin təklifləri əsasında milli iqtisadiyyatın müxtəlif sahələrində yaradılmış orqanlardır. Azərbaycanda qida məhsulları, informasiya texnologiyaları, ekologiya, turizm, keyfiyyətin idarə olunması sahələri üzrə texniki komitələr yaradılmış və fəaliyyət göstərirlər. “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” Texniki Komitəsinə 11-ci sıra nömrəsi verilmişdir.
Texniki Komitənin yaranması zərurəti
Torpaqların qiymətləndirilməsi, yerquruluşu, torpaq və digər kadastrlar, geodeziya və kartoqrafiya, coğrafi informasiya sistemləri, həmçinin, əsas məkan məlumatları və naviqasiya xəritələrinin təhlükəsizliyinin təmin olunması, Milli Məkan Məlumatları İnfrastrukturu sahəsində standartlaşdırma üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. İstər dövlət maraqları, istərsə də biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlbi baxımından qeyd olunan istiqamətlər üzrə ölkədə vahid standartlar toplusunun mövcudluğu olduqca əhəmiyyətlidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, torpaq üzərində müxtəlif mülkiyyət hüquqlarının ahəngdar inkisafı, yeni növ coğrafi informasiya sistemlərinə və texnologiyalarına tələbatın, bu sahələrdə fəaliyyət göstərən şirkətlərin sayının durmadan artması Texniki Komitənin fəaliyyət sahəsi ilə əlaqədar bazar seqmentinin gələcək inkişaf dinamikası ilə bağlı optimist qənaətə gəlməyə imkan yaradır.
Bununla yanaşı, Avropa Birliyinə inteqrasiya kursu götürmüş Azərbaycan Respublikasının öz Milli Məkan Məlumatları İnfrastrukturunu yaratması da gündəmdə duran başlıca məsələlərdən biridir.
Eyni fikirləri və inkişaf tendensiyalarını torpaqların keyfiyyəti və qiymətləndirilməsi sahəsində standartlaşdırmaya da aid etmək olar. Köklü aqrar ənənələrə malik olan Azərbaycan üçün Avropa bazarlarına çıxış böyük önəm kəsb edir. Bu yol isə yalnız kənd təsərrüfatında müvafiq standartların müəyyənləşdirilməsi və onların tələblərinə cavab verən məhsulun istehsalından keçir.
Məhz bütün bunlar “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasını zəruri etmişdir.
Məqsəd
Texniki Komitənin məqsədi:
1. torpaqların qiymətləndirilməsi, torpaqların keyfiyyətini yaxşılaşdıran vasitələr, yerquruluşu, torpaq kadastrı, geodeziya və kartoqrafiya, coğrafi informasiya sistemləri sahəsində;
2. əsas məkan məlumatları və navigasiya xəritələrinin təhlükəsizliyinin təmin olunması sahəsində;
3. Milli Məkan Məlumatları İnfrastrukturu sahəsində milli və beynəlxalq standartlaşdırma istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasından ibarətdir.
Texniki Komitənin vəzifələri
TK 11-in əsas vəzifələri aşağıdakılardır:
* milli, dövlətlərarası, beynəlxalq, regional və xarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələrinin ekspertizasını təşkil etmək;
* milli, dövlətlərarası, beynəlxalq, regional və xarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələrinin təsdiq və ya rədd edilməsi barədə əsaslandırılmış təkliflər hazırlamaq;
* təhkim edilmiş fəaliyyət sahəsinə dair Milli Standartların Hazırlanması Proqramının, Milli Məkan Məlumatları İnfrastrukturunun Hazırlanması və Aktuallaşdırılması (təkmilləşdirilməsi) Konsepsiyasının formalaşdırılmasında iştirak etmək və icrasını təmin etmək;
* qarışıq fəaliyyət sahəsində milli və xarici texniki komitələrlə əməkdaşlığı həyata keçirmək;
* Beynəlxalq Standartlaşdırma Təşkilatının (bundan sonra - İSO) texniki komitələrinin və standartlaşdırma üzrə digər beynəlxalq, regional və xarici təşkilatların texniki komitələrinin işində iştirak etmək;
* dövlətlərarası, beynəlxalq, regional və xarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin hazırlanması ilə bağlı təkliflər, habelə onların layihələrinə səsvermədə Azərbaycan Respublikasının mövqeyini ifadə edən təkliflər hazırlamaq;
* beynəlxalq, regional və xarici ölkələrin milli standartlarının, normalarının, qaydalarının Azərbaycan Respublikasının Dövlət Standartlar Fondunda qeydiyyata alınması mümkünlüyü barədə rəylər hazırlamaq;
* dövlətlərarası, beynəlxalq, regional və xarici ölkələrin milli standartlarının, norma və qaydalarının, eləcə də, standartlaşdırma sahəsinə aid digər sənədlərin Azərbaycan Respublikasının Dövlət Standartlar Fonduna təqdim edilmək üçün onların rəsmi tərcümə versiyalarını hazırlamaqdır.
TK 11 təhkim edilmiş fəaliyyət sahəsində digər məsələlərin həllində, o cümlədən, ölkə ərazisində qüvvədə olan milli standartların və texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin siyahısının hazırlanmasında iştirak edir, təşkilatların hazırladığı standartların, layihə, texniki və texnoloji həllərin albomlarının və standartlaşdırma sahəsinə aid digər sənədlərin ekspertizasını aparır.
Coğrafi informasiya sahəsində standartlaşmanın tarixindən seçmələr
Son 50-60 il ərzində kartoqrafiya və coğrafiya texnoloji yeniliklərə cavab olaraq əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. ötən əsrin 50-ci illəri coğrafiyanın ədədi üsullara keçidinin şahidi olmuşdur. Ardından 60-cı illərdə kompüterlərin və modelləşdirmənin tətbiqinə başlandı. 70-ci illərdə kartoqrafiyada kompüter texnologiyalarının tətbiqi kompüterlərin tətbiqi ilə avtomatlaşdırılmış kartoqrafiyanın meydana gəlməsinə gətirib çıxardı. Bu zaman təxminən 1975-ci ildən etibarən kompüter kartoqrafiya və coğrafiyasına topoloji riyaziyyatın metodları tətbiq olunmağa başladı. Bu isə öz növbəsində coğrafi informasiya sistemlərinin (CİS) meydana gəlməsinə səbəb oldu. 1985-95-ci illərdə bir çox sahələrdə CİS-texnologiyaların yaranmasını, tətbiqini və qəbul olunmasını müşahidə etmək olardı. 1995-ci ildən 2000-ci ilə qədər olan müddət ərzində məkana bağlılığı olan istehsal bazaları, həmçinin, İnternetdə coğrafi informasiyadan geniş istifadə tez bir zamanda mövqe əsaslı yeni texnologiyanı informasiya texnologiyalarının tərkib hissəsi kimi təsdiqlədi.
Coğrafi standartlaşdırma sahəsində modernləşdirmə erası 1980-ci ildən 1990-cı ilə qədər olan onilliyi əhatə etdi. Beynəlxalq miqyasda kartoqrafiya və coğrafiya sahəsində standartlaşdırma üzrə ilk cəhdlər çox çətin və yavaş həyata keçirilirdi. Milli və beynəlxalq təşkilatlar əsasən kompüter sistemləri arasında coğrafi informasiyanın mübadiləsinə dair standartların yaradılması ilə məşğul olurdular. Bu qəbildən olan standartların texniki tərtibi azsaylı milli və regional istehlakçılar cəmiyyətləri ilə məhdudlaşırdı. Geniş beynəlxalq dəstəyə malik olan standartlar yox idi. Artıq 1995-ci il üçün məkan məlumatlarına dair beynəlxalq standartlar hazırlayan ISO/TC 211 kompüter interfeyslərinin spesifikasiyası ilə məşğul olan Açıq CİS Konsorsiumu (Open GİS Concortium, OGC) coğrafiya sahəsində nəzərəçarpan oyunçulara çevrildilər. Bir qədər sonra ISO/TC 211 və OGC müştərək fəaliyyətə dəstək və təkrarlanmanın aradan qaldırılması məqsədilə birgə koordinasiya qrupu yaratdılar. Həmçinin, Avropa Birliyinin CEN/TC287 coğrafi informasiya üzrə Texniki Komitəni (ISO/TC 211 ilə qarşılıqlı əlaqələr Vyana razılaşmasına əsasən qurulur) də xüsusi ilə qeyd etmək lazımdır. Bundan əlavə bir sıra ölkələrdə müvafiq fəaliyyət sahələrində standartlar hazırlayan Texniki komitələr də mövcuddur ki, buna da misal olaraq Geomatika üzrə Rusiya Federasiyasında yaradılmış TK 394-ü göstərmək olar.
Beynəlxalq standartlaşdırmanın bu kimi ilk addımlarının əhəmiyyəti beynəlxalq səviyyəli kartoqrafiya və coğrafiya birlikləri tərəfindən coğrafi standartlaşdırmanın zəruriliyi və əhəmiyyətinin dərk olunması və qəbulundan ibarət idi.
Texniki Komitənin strukturu
Məlum olduğu kimi, “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” standartlaşdırma üzrə Texniki Komitənin strukturu sədr, katiblik və altı altkomitədən ibarətdir. Altkomitələr “Torpaqların qiymətləndirilməsi”, “Torpağın keyfiyyətini yaxşılaşdıran vasitələr”, “Geoməkan xidmətləri”, “Kadastr informasiyasının menecmenti və informasiya cəmiyyəti”, “Obrazlar”, “Geodeziya və kartoqrafiya”adlanır. Bu altkomitələrin fəaliyyəti üçün əsas olan ISO-nun güzgü komitələri də müəyyənləşdirilmişdir. Bunlardan ən məhsuldar işləyən və xüsusi önəm kəsb edən ISO/TC 211-dir.
ISO/TC 211-in standartlaşdırma proqramı üç nəsillə xarakterizə oluna bilər:
1. birinci nəsil - məkan məlumatları üçün standartlar;
2. ikinci nəsil - mövqe əsaslı servislərə və fototəsvirlərlə iş üçün standartlar;
3. üçüncü nəsil - informasiya birlikləri - ixtisaslaşdırılmış sahəvi standartların hazırlanması üçün strukturlar.
Texniki Komitənin üzvlüyünün üstünlükləri və üzvlərdən başlıca tələblər.
Texniki Komitəyə hal-hazırda 20-dən artıq dövlət qurumu, özəl şirkətlər, elm və təhsil müəssisələri daxildir. Belə geniş təmsilçilik qəbul olunacaq standartların universallığı baxımından olduqca önəmlidir. Texniki Komitəyə qəbul könüllüdür. Torpaqların qiymətləndirilməsi, yerquruluşu, torpaq kadastrı, geodeziya və kartoqrafiya, coğrafi informasiya sistemləri, həmçinin, əsas məkan məlumatları və naviqasiya xəritələrinin təhlükəsizliyinin təmin olunması, Milli Məkan Məlumatları İnfrastrukturu sahəsində fəaliyyət göstərən, Texniki Komitənin əsasnaməsini tanıyan və TK 11-in iclaslarında qəbul edilmiş qərarları yerinə yetirən digər təşkilatlar da TK 11-ə üzv ola bilərlər. Yeni üzvlərin TK 11-ə qəbul edilməsi və ya üzvlüyün itirilməsi barədə qərar TK 11-in müvafiq qərarına əsasən TK 11-in sədri tərəfindən əsasnaməyə uyğun olaraq qəbul edilir.
Texniki Komitənin fəaliyyətinə cəlb olunmuş təsərrüfat subyektləri bir sıra üstünlüklərə malik olurlar. Məsələn, milli, Avropa, dövlətlərarası və beynəlxalq səviyyədə standartlaşdırma fəaliyyəti haqqında informasiya iqtisadi subyektlərə öz məhsullarını hazırda fəaliyyət göstərdikləri bazara nisbətən daha dinamik və rəqabətli bazarlara adaptasiyası baxımından prioritetlərini müəyyənləşdirməyə imkan verir.
Texniki Komitənin fəaliyyətində iştirak edən mütəxəssislərin, Katibliyin bir sıra məqamlara olduqca həssas yanaşmaları vacibdir:
* Texniki Komitənin fəaliyyəti milli maraqları təmin etməli, hər bir milli standartın konsensus əsasında qəbul edilməsi məqsədilə bütün maraqlı tərəflərin təkliflərini nəzərə almalıdır;
* Texniki Komitə standartların layihələri ilə yanaşı bütün digər yaradıcılığa (standartlaşdırma üzrə proqramlar, standartların periodik olaraq yenidən baxılması, Avropa, beynəlxalq və dövlətlərarası səviyyədə standartlaşdırma fəaliyyəti və s.) da qismən məsuliyyət daşıyır;
* Texniki Komitə öz fəaliyyət sahəsində, həmçinin, yaxın sahələrdə ISO, OGC və digər standartlaşdırma təşkilatlarının fəaliyyətində fəal iştirak etməli və Azərbaycan Respublikasının maraqlarının tam nəzərə alınmasını təmin etməlidir.
Fəaliyyət planı
Alt Komitələr aşağıda göstərilmiş istiqamətlərdə standartların qəbulu ilə məşğul olacaqlar:
Alt Komitə 1 (məsul təşkilat - Dövlət Yerquruluşu Layihə İnstitutu) - Torpaqların identifikasiyası və təsnifatı, torpaqların laborator tədqiqatları və təcrübələr, qrunt sularının ölçülməsi metodları, çöl tədqiqatları, torpaqların keyfiyyəti (nümunələrin seçilməsi), torpaqların mikrobioloji müxtəlifliyinin təyini, kimyəvi metodlar və torpaqların xarakteristikaları, torpaqların və landşaftın qiymətləndirilməsi;
Alt Komitə 2 (məsul təşkilat - Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar bölməsi) - Gübrələr (üzvi və mineral), gübrə nümunələrinin götürülməsi, gübrələrdə azotun, fosfatın, kaliumun təyini, torpaqları yaxşılaşdıran vasitələrin təsnifatı, pestisidlər və digər aqroximikatlar üçün ümumi adların seçimi qaydaları;
Alt Komitə 3 (məsul təşkilat - Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi) -Coğrafi informasiya (etalon model, metaverilənlər), coğrafi informasiyanın keyfiyyətinin qiymətləndirilməsi metodları, coğrafi informasiya xidmətləri, internetdə vizualizasiya üçün xüsusi təsvir dillərinin təqdim olunması, coğrafi informasiya məhsullarına verilən tələblər, interaktiv xəritələrin tərtibi;
Alt Komitə 4 (məsul təşkilat - Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi) - Müxtəlif kadastrların (torpaq, meşə, daşınmaz əmlak, şəhər) qarşılıqlı əlaqələri, kadastr məlumatlarının identifikasiyası, kadastr məlumatlarına sadə müraciət sxemləri, coğrafi informasiya (müşahidə və ölçü), coğrafi identifikatorlara görə məkanda bağlanma, personalın kvalifikasiyası və sertifikasiyası;
Alt Komitə 5 (məsul təşkilat - Bakı Kartoqrafiya Fabriki) - Müxtəlif miqyaslı və təyinatlı xəritələrin şərti işarələri, məkan məlumatları və təsvirlər, geomövqeləndirmə üçün təsvirlərin sensor modelləri, marşrutların təyini və naviqasiya xəritələrinin təhlükəsizliyi
Alt Komitə 6 (məsul təşkilat - Dövlət Aerogeodeziya Müəssisəsi) - Coğrafi informasiya (terminologiya), ortofotoların emalı, geodezik kodlar və parametrlər, məkanda koordinatlara bağlanma, çəkilişlərdə istifadə olunan optika, fotoqrammetriya, yerləşmə ilə bağlı xidmətlər.
İlkin fəaliyyət planı ilə “ISO/TS 17892-1:2004 - Geotechnical investigation and testing - Laboratory testing of soil - Part1: Determination of water content”,”ISO 14688-1:2002 - Geotechnical investigation and testing - İdentification and classification of soil- Part 1: Identification and description”, “ISO 257:2004- Pesticides and other aqrohemicals - Principles for the selection of common names”, “ISO/TS 19104:2008 - Geografic information - Terminology”, “ISO 19101:2002 - Geografic information - Reference model” standartlarının yerli şərait ilə harmonizasiyası və tətbiqi nəzərdə tutulmuşdur.
İnkişaf perspektivləri
Texniki Komitənin fəaliyyətinin uğuru onun üzvlərinin çevik fəaliyyəti, sürətlə inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sektorunun tələblərinə cavab verməsi, Katibliyin öz gündəlik fəaliyyətində yeni metodlardan yararlana bilmək bacarığından əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Texniki Komitə öz fəaliyyətinin yalnız mövcud standartların mexaniki harmonizasiyası ilə bitmiş hesab etməli deyil, həmçinin, öz fəaliyyət sahəsində mövcud olan inkişaf tendensiyaları ilə bağlı da yaradıcı fəaliyyət göstərməlidir. Məsələn, geoməkan məlumatları sənayesi və bazarının aparıcı analitik strukturu olan İDC korporasiyası minilliyin əvvəlləri üçün müxtəlif dərəcədə özünü büruzə verən 6 əsas tendensiyanı qeyd etmişdir:
1. Məkan informasiyası bazarı (SİM) məxsusi məkan əlavələrinin hazırlanmasından daha çox geoməkan dəstəkli biznes-əlavələrə yönəlmişdir;
2. Məkan məlumatları texnologiyaları biznes-sistemlərə indi daha rahat inteqrasiya olunur. Bunun ən maraqlı nəticələrindən biri ondan ibarətdir ki, biznes nümayəndələri ənənəvi SİM-vendorların köməyinə müraciət etmədən məkan məlumatlarını dəstəkləyən vasitələri daxil edə bilirlər;
3. Biznes-yönümlü sistemlərdə məkan funksiyaları digər biznes-funksiyalara nisbətən ikincidirlər;
4. Aparıcı vendorlar (məsələn Oracle, Microsoft, IBM) standartlar əsasında SİM-əlavələrin yaradılmasının yeni alətlərini təklif edirlər. Beləliklə, əlavə hazırlayanların güclu toplumunun mövcudluğu başlıca faktor kimi önə çıxır.
5. İnternet şəbəkələrinin əldə olunmuş mövcud səviyyəsinin nəticəsi olaraq geoməkan dəstək vasitələri ənənəvi proqram paketləri ilə yanaşı, həmçinin, xidmətlər kimi də təqdim oluna bilərlər.
6. İxtisaslaşdırılmış alətlər kimi və yaxud geniş təyinatlı məhsullara inteqrasiya olunmuş məkan əlavələri baza səviyyəli məkan məlumatlarının mövcudluğunu tələb edir. Məkan bağlılıgı olan biznes-əlavalər də dəqiq məkan məlumatlarına əsaslanmalıdır.
Bütün bunlara, o cümlədən, aqrar sahədə inkişaf konsepsiyalarına çox ciddi diqqət ayrılmalıdır.
Mövcud çətinliklər
Təbii ki, yeni başladığımız bu yolda çətinliklər kifayət qədərdir. Azərbaycanda bu gün mövcud olan Geoinformatika bazarının xarakterik xüsusiyyətlərindən biri kimi rəqəmli məkan məlumatları bazarının informasiya təminatının zəif olmasını göstərmək olar. Məkan məlumatlarının təklifi, qiyməti, keyfiyyəti və əlçatanlığı haqqında məlumatları təqdim edən resurslar yox dərəcəsindədir. Bu vəziyyəti yalnız Milli Məkan Məlumatları İnfrastrukturu haqqında Konsepsiyanın qəbulu dəyişdirə bilər. Azərbaycan Respublikasının milli məkan məlumatları infrastrukturunun yaradılması və inkişafının başlıca məqsədi dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, təşkilat və vətəndaşların məkan məlumatlarına azad və effektiv istifadəsini təmin edən şəraitin yaradılmasıdır.
Bu məqsədə nail olmaq üçün bir sıra məsələlər həll olunmalıdır ki, bunların sırasında başlıcası əsas məkan məlumatları və metaməlumatlarının yaradılması, keyfiyyətinin qiymətləndirilməsi, saxlanması, təqdim olunması və istifadəsi, həmçinin, bu verilənlərin bazalarının aparılması sahəsində standartların yaradılması və normativ sənədlərimizin beynəlxalq sənədlərlə harmonizasiyası əsasında məkan məlumatları sahəsində vahid standartlaşdırma sisteminin formalaşdırılmasıdır.
Sonda Texniki Komitənin yaradılmasını Milli Məkan Məlumatları infrastrukturunun yaradılmasında ilk və önəmli addım hesab edirəm və onun işinə uğurlar arzulayıram.
Qərib Məmmədov,
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
Xəbər lenti
Hamısına baxHadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15

