Krans Montana Forumu çərçivəsində "Gələcəyin yeni liderləri" mövzusunda xüsusi iclas keçirilib
03.07.2012 [22:02]
İyunun 30-da Bakıda Krans Montana Forumu çərçivəsində “Gələcəyin yeni liderləri” mövzusunda xüsusi iclas keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla xanım Əliyeva tədbirdə iştirak ediblər.
Krans Montana Forumunun elmi şurasının professoru Daniel Varnerin moderatorluğu ilə keçən tədbirdə “Dəyişən dünyada gələcək liderlərin rolu”, “Qloballaşmanın ətraf mühitə təsiri” mövzularında məruzələr edilib, səmərəli müzakirələr aparılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iclasda çıxış edərək deyib: “Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar!
Mən sizi gözəl şəhərimiz Bakıda salamlamaq istərdim. ümidvaram ki, burada vaxtınız çox maraqlı keçir.
Mən çox vacib bir mövzu - Azərbaycanın və ümumiyyətlə, dünyanın bütün gənclərinin ətraf mühitin qorunması sahəsində rolu haqqında danışmaq istərdim. Mən gələcəyin liderlərinin davamlı inkişafı təmin edən rolları haqqında danışmaq istərdim.
Bilirsiniz ki, dünyada davamlı inkişaf ətraf mühitin qorunması məsələsini aktuallaşdırmışdır. Bunun təmin edilməsi üçün çoxlu tədbirlərin keçirilməsi olduqca önəmlidir. Bugünkü ekoloji problemlər həm millətləri ayırır, həm də onların bütün maraqlarının təmin edilməsinə imkan vermir. Ona görə də hər bir ölkənin təbii ehtiyatlarının düzgün idarə olunması çox önəmli məsələdir. Bu, iqlim dəyişikliyi nöqteyi-nəzərindən də çox önəmli bir məsələdir. Bu məsələlər bizim həyatımıza həm müsbət, həm də mənfi təsir göstərə bilər. Ona görə də bu dəyişiklikləri düzgün idarə etməyi bacarmalıyıq. Dəyişikliklər prosesinin ətraf mühitdə baş verməsi xüsusilə gənc nəslin bu sahədə rolunu daha da önəmli edir.
Azərbaycanda ətraf mühitin qorunması sahəsində çox gözəl proqramlar və kampaniyalar başlanmışdır. Biz bu kampaniyalara gəncləri və bütün insanları dəvət edirik. Bu iş əlbəttə ki, dialoq, liderlik və təhsil prinsipləri əsasında bütün millətə xidmət etmək üçün həyata keçirilir. Bu, eyni zamanda, ətraf mühitin qorunması və davamlı inkişafın təmin olunması üçün çox önəmli məsələdir. Bütün dünyada bu istiqamətdə əməkdaşlığı təmin etmək, tədbirlər görmək üçün regional və beynəlxalq əlaqələr önəmlidir.
Bildiyiniz kimi, on bir iqlim qurşağından doqquzu Azərbaycan Respublikasındadır. Bu da Azərbaycanın təbiətini çox zəngin edir. Azərbaycanın zəngin təbiətinin qorunması üçün qarşımızda çox önəmli vəzifələr durur. Bunlar ətraf mühitin qorunması, suyun, təbiətin çirklənməməsi, qorunub saxlanılmasıdır. Azərbaycanda bizi narahat edən bütün həmin məsələləri həll etmək üçün gənclər bu prosesə fəal cəlb olunur.
Mən bir həftə əvvəl Cenevrədə keçirdiyim görüşlərdə bütün bu məsələləri qaldırmışdım. Bu məsələlərin Azərbaycanda və Qafqaz regionunda çox önəmli olduğunu bildirmişdim.
Ekologiya ilə bağlı məsələlər bizim üçün çox önəmlidir. Ona görə də düşünürəm ki, bu məsələləri hələ sinif otaqlarından tədris etməyə başlamaq lazımdır. Zənnimcə, bununla uşaqlar artıq erkən yaşlarından yaşadıqları ölkələrdə təbiətin qorunması haqqında məlumatlar almış olacaqlar. Mənə elə gəlir ki, ekoloji çağırışlara cavab verilməsi üçün bu, çox böyük əhəmiyyət daşıyacaqdır.
Təmiz ətraf mühit təmiz və saf cəmiyyətdən başlayır. Ona görə də mən hesab edirəm ki, insanlara belə fikirləri aşılamaq lazımdır. Ətraf mühitə zərər verməyən texnologiyadan istifadə olunmalı, enerji resurslarına qənaət edilməli və s. Bu məsələlərin həlli planetimizin gələcəyini təmin edəcəkdir. Bu məsələlərin həlli bizim yaşayış tərzimizdən də çox asılıdır. Ona görə də biz bütün imkanlardan istifadə edərək, hərəkətlərimizə görə məsuliyyət daşımalıyıq.
Sovet dövründə uzun illər neft və qaz hasilatı nəticəsində həm dənizdə, həm də quruda çoxlu çirklənmə baş vermişdir. Bu da bizə, müstəqil ölkəmizə bir problem kimi qalmışdır. Müstəqil Azərbaycan üçün həmin məsələləri həll etmək başlıca vəzifələrdən biridir. Biz bütün bunları nəzərə alaraq fəaliyyətə başlamışıq.
Bu məsələlərin həlli üçün bütün güclərin səfərbər olunması çox vacib idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə üçün bu məsələlərin həlli Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə daha çətinləşmişdi. Bu, Cənubi Qafqaz regionunda da çox böyük çətinliklər yaratmışdı. Bilirsiniz ki, həmin ərazilərdə çox zəngin ekosistem, flora və fauna vardır. Biz Azərbaycanda 2010-cu ili “Ekologiya ili” elan etdik. O vaxt həmin kampaniya çərçivəsində yüz minlərlə ağac əkilmişdir.
Bu kampaniya gənclər arasında təşviq olunurdu.
Bildiyiniz kimi, Azərbaycan əhalisi dünyada ən gənc əhalilərdən biridir. Ona görə də biz çalışırıq ki, bütün bu məsələləri gənclərimizə aşılayaq. Bu səpkidə müxtəlif tədbirlər keçirilir, sərgilər təşkil olunur. Bütün bunlar vasitəsilə biz ölkəmizdə və dünyada ətraf mühitlə bağlı problemlər barədə gənclərimizə məlumat veririk.
Xanımlar və cənablar, dünyada ətraf mühitin qorunması, davamlı inkişafın təmin olunması üçün Minilliyin İnkişaf Məqsədləri qəbul edilmişdir. Əsas məqsəd insanlara bu sahədə qərar qəbul etmək imkanları vermək, onları bu prosesə cəlb etməkdir. Düşünürəm ki, “yaşıl iqtisadiyyat”ın təmin olunması ilə bağlı bütün ölkələrin üzərinə öhdəliklər düşür. Əgər bu öhdəliklər yerinə yetirilsə, davamlı iqtisadi inkişaf da reallığa çevriləcəkdir. Əminəm ki, gənclərın fəal iştirakı ilə davamlı iqtisadi inkişaf, ətraf mühitin davamlı qorunması prosesi təmin olunacaqdır.
Bundan başqa, hesab edirəm ki, səmərəli tədbirlər planının həyata keçirilməsi üçün səmərəli təhsil lazımdır. Buna görə də biz öyrənməyə və öyrətməyə hazırıq. Sizi də bu təşəbbüslərə qoşulmağa çağırırıq.
ümidvaram ki, doğrudan da Bakıda olmaqdan böyük həzz alırsınız və Bakı haqqında sizdə yalnız xoş xatirələr qalacaqdır.
Diqqətinizə görə sağ olun, təşəkkür edirəm”.
Məşhur amerikalı jurnalist, 1985-2010-cu illərdə “CNN” telekanalında yayımlanan “Larry King Live” tok-şousunun aparıcısı Larri Kinq Azərbaycanda gedən inkişaf proseslərinin onda çox dərin təəssürat yaratdığını bildirib. Mövzunun əhəmiyyəti haqqında danışan L.Kinq gələcək nəsillərin sağlamlığı üçün ətraf mühitlə bağlı problemlərə diqqət yetirilməsinin zəruriliyini vurğulayıb, bu məsələdə gənclərin, gələcəyin yeni liderlərinin mühüm rol oynaya biləcəklərini diqqətə çatdırıb.
Əlcəzairin Sahibkarlar Konfederasiyasının prezidenti Bualem M’Rakaş təhlükəsiz gələcəyin təmin edilməsində gənc liderlərin rolu haqqında danışıb, bu baxımdan tədbirin əhəmiyyətini qeyd edib.
Avropa Parlamentinin üzvü Nirj Deva Leyla xanım Əliyevanın çıxışında ətraf mühitlə bağlı nikbin fikirlər səsləndirməsinin onu sevindirdiyini bildirib. O, Leyla xanım Əliyevanın ətraf mühitlə bağlı təşəbbüslərini, bu istiqamətdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov dəyişən dünyada gələcək liderlərin çox vacib rol oynayacaqlarını diqqətə çatdırıb.
Azərbaycanda əhalinin 66 faizdən çoxunun 30 yaşdan aşağı olduğunu deyən Elnur Aslanov gənclərin ölkənin ictimai-siyasi həyatında oynadıqları vacib rolu xüsusi qeyd edib. Bildirib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, 15 mindən çox azərbaycanlı tələbənin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi nəzərdə tutulub. Azərbaycanda gənclərə xüsusi diqqət və qayğının göstərildiyini deyən şöbə müdiri bildirib ki, gənclərin müasir texnikanın yeniliklərindən sərbəst istifadə etmələri üçün hər cür şərait yaradılıb.
Elnur Aslanov vurğulayıb ki, gənclər Azərbaycanı uğurlu gələcəyə aparan, ölkəmizin siyasi və iqtisadi potensialını yeni mərhələyə qaldıran qüvvədir. Buna görə də Azərbaycanda gənclər siyasəti dövlətin prioritetlərindən biridir.
Malinin Milli Gənclər Şurasının prezidenti Siriman Traore, Şri-Lankanın “Eswaran Brothers Exports Ltd” təşkilatının sədr müavini Subramaniam Eassuwaren çıxışlarında dəyişən dünyada bir çox sahələrdə olduğu kimi, ekoloji sahədə də mövcud problemlərin həlli istiqamətində gənc liderlərin üzərinə düşən vacib roldan danışıb, gələcək nəsillərin sağlam ətraf mühitdə yaşamaları üçün onların da üzərinə məsuliyyətin düşdüyünü vurğulayıblar.
Sonra suallar cavablandırılıb.
İDEA ətraf mühit kampaniyasının fəaliyyəti, həyata keçirdiyi layihələrlə bağlı suala cavabında Leyla xanım Əliyeva bildirib ki, bu kampaniya regionda ətraf mühit məsələləri ilə məşğul olan ən böyük təşkilatdır. Gənclərlə əməkdaşlığa xüsusi önəm verən kampaniyanın ətraf mühitin qorunması ilə bağlı yaradıcı yanaşması var.
İDEA kampaniyasının həyata keçirdiyi çoxsaylı layihələr haqqında danışan Leyla xanım Əliyeva təşkilatın fəaliyyətinə daha çox gəncin cəlb olunması ilə bağlı xeyli iş görüldüyünü və bu istiqamətdə uğurlu nəticələr əldə edildiyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58

