Cənubi Qafqaza kənar aktorların cəlb olunması təhlükəlidir
07.04.2024 [10:20]
Rusiya hesab edir ki, Qərb Ermənistanı vasitəyə çevirmək istəyir
NARDAR
Cənubi Qafqazın lideri olan Azərbaycan regionda tezliklə sülhün bərqərar olunmasında maraqlıdır. Dövlətimiz bu məqsədlə Ermənistana sülh sazişi imzalamağı təklif edib. Ölkəmizin mövqeyi bundan ibarətdir ki, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir. Lakin müəyyən beynəlxalq güclər regionumuzda gərginliyin davam etməsinə maraqlıdır. Bunun üçün də Ermənistandan bir alət kimi istifadə olunur. Xüsusilə Qərb dairələri hansısa vədlər verməklə rəsmi İrəvanı tamamilə öz təsir dairəsinə salmağa çalışır və Ermənistanın vasitəsilə Cənubi Qafqaza kök salıb möhkəmlənmək istəyirlər. Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinkenin konfrans formatında keçirdiyi birgə görüşü də bu planın tərkib hissəsidir. Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşün əsas mahiyyəti regionda sülhün bərqərar olmasının qarşısını almaqdır. Aİ-nin “mülki missiya” adı altında Ermənistana ezam etdiyi kəşfiyyat qrupunun sayının artırılması, bu qrupun xarakterinin dəyişməsi, üstəlik, ABŞ-ın da məsələyə aktiv müdaxiləsi regiona yeni gərginliklərin anonsunu verməkdədir. Birmənalı şəkildə vurğulanmalıdır ki, Aİ və ABŞ-ın tutduğu mövqe bu gün konstruktivlikdən tamamilə uzaqdır. Hətta bu görüşdə Ermənistana təhlükəsizlik təminatının da veriləcəyi bildirilir. Bu da Qərbin yeni Ukrayna ssenarisi yaratmaq cəhdi kimi qiymətləndirilə bilər.
“Kollektiv Qərb”in növbəti cəhdi...
Ümumiyyətlə, bu görüş region ölkələri tərəfindən də narahatlıqla qarşılanır. Belə ki, Türkiyə hələ görüşdən əvvəl müvafiq bəyanatla çıxış etmişdi. Rusiya Xarici İşlər Nazirliyi isə Brüssel görüşünün keçirilməsindən sonra mövqeyini ifadə edib. Rəsmi Moskva aprelin 5-də ABŞ-Avropa İttifaqı-Ermənistan formatında Brüsseldə keçirilən görüşü Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün “kollektiv Qərb”in növbəti cəhdi kimi qiymətləndirib.
Rusiya XİN-in bəyanatında qeyd olunub ki, regiondan kənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və destruktiv şəkildə müdaxiləsi, region ölkələri və onların qonşuları arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün olduqca mənfi nəticələrə, yeni haçalanmış fikirlərin yaranmasına, həmçinin nəzarətdən kənar gərginliyin artmasına səbəb ola bilər. “Aydındır ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarını həyata keçirmək üçün vasitəyə çevirmək istəyir. Bizə məlumdur ki, Vaşinqton və Brüssel efemer vədlər altında Ermənistanın KTMT və Aİİ-ni tərk etməsinə, Rusiya hərbi bazasının və sərhədçilərinin çıxarılmasına nail olmağa çalışırlar”, - deyə bəyanatda bildirilib.
Qərbin təzyiqi altında İrəvan razılaşmaların icrasını dayandırıb
Rəsmi Moskva Ermənistan rəhbərliyini Qərbin onu aldatmasına imkan verməməyə və ölkəni təhlükəsizlik vakuumunun yaranması, iqtisadiyyatda ciddi problemlərin meydana gəlməsi və əhalinin ölkədən axın etməsi ilə müşayiət olunacaq yanlış yolla aparmamağa çağırıb. “Qərb, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının fundamental əsasını - Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illər üzrə nəqliyyat və iqtisadi əlaqələrin açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanması, ictimai xadimlərin və ekspertlərin təmasları vasitəsilə etimadın möhkəmləndirilməsi tədbirlərini nəzərdə tutan üçtərəfli bəyanatlar kompleksini alt- üst etmək cəhdlərindən də əl çəkmir. Məhz Vaşinqtonun və Brüsselin təzyiqi altında rəsmi İrəvan bu razılaşmaların həyata keçirilməsini dayandırdı, bir çox məsələlərdə, xüsusən də nəqliyyat blokadasının qaldırılması məsələsində tərəflər qarşılıqlı şəkildə məqbul sayılacaq qərarların qəbul edilməsinə yaxın idilər. Moskva hələ də Azərbaycanla Ermənistan arasında çoxdan gözlənilən sülhün əldə olunmasına hər cür kömək etməyə hazırdır”, - deyə Rusiya XİN vurğulayıb.
Regiondakı məsələləri bu regionun ölkələri həll etməlidir
Moskva hesab edir ki, Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakterə malik problemli məsələlər 2023-cü il 23 oktyabr tarixində Tehranda Ermənistanın da iştirak etdiyi “3+3” məşvərət platformasının ikinci iclasında razılaşdırılmış “regional məsuliyyət” prinsipinə uyğun olaraq həll edilməlidir. “Xarici oyunçuları bu razılaşmalara hörmət etməyə çağırır, İrəvandakı hakim dairələri isə öz xarici siyasət xətlərini qurduqları zaman qonşu dövlətlərin narahatlıqlarını nəzərə almağa dəvət edirik”, - sənəddə bildirilib.
Yeri gəlmişkən, Rusiya XİN-in bəyanatında vurğulandığı kimi, bütün region ölkələri bölgədəki problemlərin qarşılıqlı əməkdaşlıq yolu ilə tərəfdar olduqlarını hər zaman bəyan ediblər. Eləcə də, Cənubi Qafqaza kənar aktorların cəlb olunmasının təhlükəli olduğu da dəfələrlə səsləndirilib. Lakin bütün bu çağırışlara baxmayaraq, Ermənistan region üçün xoşagəlməz davranışlar sərgiləyir, Qərbi regionda yerləşdirməyə çalışır. Rəsmi İrəvan anlamalıdır ki, bu təhlükəli davranış məhz özü üçün ciddi problemlər yaradacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

