Azərbaycan açıq ürək əməliyyatları sahəsində dünyanın qabaqcıl ölkələrindən biridir
02.10.2012 [17:05]
Hər il dünyada 17-18 milyon insan ürək-damar çatışmazlığından həyatını itirir. Ona görə də, Dünya Ürək Federasiyası tərəfindən müxtəlif ölkələrdə 200-dən artıq tibb cəmiyyətində insan ölümünün ən başlıca səbəbi olan bu xəstəliyin qarşısının alınması üçün ictimai müzakirələr təşkil edilir. Belə müzakirələrdən biri, ötən şənbə Bakıda “Hilton” mehmanxanasında keçirilib. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC), Mərkəzi Klinik Xəstəxana və ABŞ-ın nüfuzlu səhiyyə ocaqlarından biri olan Mayo Klinikasının birgə təşkil etdiyi konfransda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan həkimlərlə yanaşı ABŞ-dan gəlmiş mütəxəssislər də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AÜDCC-nin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev Dünya Ürək Federasiyası tərəfindən hər il sentyabrın sonuncu həftəsində Dünya Ürək Gününün qeyd olunduğunu və planetin 100-dən artıq ölkəsində bu münasibətlə müxtəlif aksiyalar təşkil olunduğunu bildirib. Ürək əməliyyatının dünyada ilk dəfə ABŞ-ın Mayo Klinikasında aparıldığını xatırladan Kamran Musayev, bu tibb ocağının Bakıda birgə konfrans keçirməyə razılıq verməsini Azərbaycanda fəaliyyət göstərən ürək-damar cərrahlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Konfransın açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də böyük uğurların əldə edildiyini vurğulayıb. Onun sözlərinə görə, son illərdə ölkəmizdə 450-dən çox tibb müəssisəsi əsalı təmirdən sonra, yaxud yenidən tikilərək istifadəyə verilib. Nazir müavini xüsusi olaraq vurğulayıb ki, həmin səhiyyə ocaqlarının hamısı müasir tibbi avadanlıqla təchiz edilib və yaxın zamanlarda müasir dünya standartları səviyyəsində qurulmayan tibb müəssisəsi qalmayacaq. Mərasimdə çıxış edən ABŞ-ın Mayo Klinikasının direktoru Riçard Dali Azərbaycanda ürək-damar cərrahiyyəsinin uğurla inkişaf etdiyini və buradakı həmkarları ilə əməkdaşlıqdan məmnun olduğunu vurğulayaraq, konfransın işinə uğurlar diləyib. Fasilədə jurnalistlərin suallarını cavablandıran səhiyyə nazirinin müavini Elsevər Ağayev ürək xəstəliklərinin öz aktuallığına görə dünyada hələ də birinci yerdə durduğunu, Azərbaycanda bu xəstəliyə düçar olanların sayının dünya ölkələri ilə eynilik təşkil etdiyini bildirib. Onun sözlərinə görə, hələ Sovet dövründə Azərbaycanda çoxlu sayda peşəkar kardioloqlar olub və ötən əsrin 80-ci illərindən Azərbaycanda uğurlu ürək əməliyyatları aparılmağa başlanılıb. Lakin sonrakı illərdə, digər sahələrdə olduğu kimi, bu sahədə də tənəzzül yaşanıb. Ulu öndər Heydər Əliyev ölkəmizdə təkrar hakimiyyətə gəldikdən sonra, bütün digər sahələrdə olduğu kimi, səhiyyə sisteminin inkişafına, o cümlədən, ürək-damar xəstəliklərinin müalicəsinə çox böyük diqqət ayırıb. Onun sözlərinə görə, bu gün ürək əməliyyatları sahəsində böyük uğurlar qazanan Mərkəzi Klinik Xəstəxana da, məhz Ulu öndərin tapşırığı əsasında yaradılıb, bunun üçün ciddi maliyyə vəsaiti ayrılıb və paytaxtda ən müasir standartlara cavab verən yeni bir xəstəxana yaradılıb. 2000-ci ildə isə Ulu öndərin iştirakı ilə xəstəxananın təntənəli açılışı olub. Müstəqil Azərbaycanın tarixində ilk dəfə ürək əməliyyatının məhz bu klinikada aparıldığını qeyd edən nazir müavini, ötən 11 il ərzində ölkəmizdə aparılan ürək əməliyyatlarının sayının 7 mindən, son bir ildə isə mindən artıq olduğunu vurğulayıb. Elsevər Ağayevin sözlərinə görə, bu gün artıq Azərbaycanın bir sıra klinikalarında, o cümlədən, Mərkəzi Neftçilər Xəstəxanasında, Gömrük Hospitalında, eləcə də, bəzi özəl müəssisələrdə də açıq ürək əməliyyatları uğurla həyata keçirilməkdədir. Nazir müavininin sözlərinə görə, hazırda nəinki paytaxt Bakıda olan tibb müəssisələrində, həmçinin, respublikanın regionlarında istifadəyə verilən diaqnostika mərkəzlərində də mütəxəssislərimiz tərəfindən uğurlu açıq ürək əməliyyatları həyata keçirilməkdədir. Nazir müavini, daha sonra, səhiyyənin daha ağrılı problemi olan uşaqlarda ürək əməliyyatlarına da toxunub. Onun sözlərinə görə, Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına 3 il öncə Elmi-Cərrahiyyə İnstitutunda Uşaq Cərrahiyyəsi Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyətə başlamasından ötən qısa müddət ərzində burada artıq 250 uşaqda ürək əməliyyatları uğurla həyata keçirilib. Hazırda isə daha 300 uşaq əməliyyat olunmaq üçün mərkəzdə növbəyə yazılıb ki, qarşıdakı 1 il ərzində bu əməliyyatların hamısı həyata keçiriləcək. Elsevər Ağayev, həmçinin, qeyd edib ki, əgər əvvəllər ürəyində qüsuru olan uşaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə başqa ölkələrdə əməliyyat olunurdularsa, bu gün buna ehtiyac qalmayıb. İndi Azərbaycandakı müasir səhiyyə mərkəzlərində bu əməliyyatlar, dövlət vəsaiti hesabına uğurla həyata keçirilir. Yeni doğulan uşaqlarda ürək xəstəliklərinin artmasına münasibət bildirən nazir müavini, statistik rəqəmlərə istinad edərək, Azərbaycanda bu göstəricinin dünya ölkələri ilə eynilik təşkil etdiyini vurğulayıb.
Azərbaycanda ikinci dəfə səfərdə olduğunu qeyd edən ABŞ-ın Mayo Klinikasının direktoru Riçard Dali isə bir il ərzində ölkəmizdə nəzərəçarpacaq dəyişiklikləri və dinamik inkişafın şahidi olduğunu vurğulayaraq, bu dəyişikliklərə heyran qaldığını bildirib. Azərbaycanda ürək cərrahiyyəsinin səviyyəsini çox yüksək qiymətləndirdiyini qeyd edən amerikalı mütəxəssis, Azərbaycanda tibbin bu sahəsinin dünyanın qabaqcıl ölkələri səviyyəsindəki kimi sürətlə inkişaf etdiyini vurğulayıb. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin fəaliyyətindən xəbərdar olduğunu və onların işini çox yüksək qiymətləndirdiyini deyən Riçard Dali məhz bu səbəbdən də Mayo Klinikasının Mərkəzi Klinika ilə ortaq toplantı keçirməyə razılıq verdiyini bildirib. O, təkrar Bakıda olmaqdan və azərbaycanlı həmkarları ilə birgə konfransda iştirak etməkdən özünü çox xoşbəxt hiss etdiyini vurğulayıb. Amerikalı mütəxəssis toplantının, iki ölkənin ürək cərrahiyyəsi mütəxəssisləri arasında əlaqələr yaratmaq, eləcə də, təcrübə mübadiləsi aparmaq baxımından çox səmərəli olacağına ümid etdiyini bildirib.
Azərbaycanda ürək xəstəliklərinin daha çox kişilərdə müşahidə edilməsi ilə bağlı iddialara münasibət bildirən Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev, bunun yanlış olduğunu bildirib. Onun sözlərinə görə, bu xəstəliyə həm kişilərdə, həm qadınlarda və çox təəssüf ki, həm də uşaqlarda rast gəlinir. Onun sözlərinə görə, ürək xəstəliyi heç də yaşlıların xəstəliyi deyil. Dünyada olduğu kimi, ölkəmizdə də ürək-damar xəstəlikləri getdikcə cavanlaşır. K.Musayev qeyd edib ki, gündəlik praktikada 40 yaşın, hətta 30 yaşın altında əməliyyat olunan xəstələrə də rast gəlinir və çox təəssüf ki, “xəstəliyin cavanlaşması” getdikcə artır. Baş həkimin sözlərinə görə, konfransı keçirməkdə əsas məqsəd də elə bu xəstəlikdən necə qorunmaq yolunu araşdırmaqdır. Kamran Musayev qeyd edib ki, artıq isbat olunub ki, ürək-damar xəstəlikləri qarşısı alınan, riskləri azaldıla bilən bir xəstəlikdir. Odur ki, hər birimiz profilaktik tədbirləri gücləndirsək, qida rasionumuza diqqət etsək, bu xəstəliyin qarşısını almaq mümkündür. Bir neçə ildən bəri davam edən Mərkəzi Klinika ilə Mayo Klinikası arasında əməkdaşlığın perspektivliyindən danışan Kamran Musayev əlavə edib ki, bu iki səhiyyə ocağı arasında artıq anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən, Mərkəzi Klinikanın gənc mütəxəssisləri Mayo Klinikasında təcrübə kurslarına cəlb olunacaqlar. Eyni zamanda, bu klinikanın təcrübəli həkimləri, cərrahları Azərbaycana səfər edərək, yerli həkimlərimizin tibbi biliklərinin yüksəldilməsi üçün treninqlər keçəcəklər. Bütün bunlar isə Azərbaycanda peşəkar ürək cərrahlarının hazırlanmasına öz töhfəsini verəcək.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

