Qız övladı yük deyil!
11.10.2024 [07:14]
Beynəlxalq Qızlar Günüdür...
Təəssüf ki, bir çox cəmiyyətdə qız uşaqlarına münasibət birmənalı deyil. Hətta bəzi ailələrdə qız övladının varlığı valideynlər üçün “yük” kimi qəbul olunur. Bu düşüncənin isə çox qədim kökləri, ibtidai təməlləri var. Bəlkə elə buna görə ibtidai təfəkkürdən xilas ola bilməyənlər qız övladını daxilən çox sevsələr də, onu duz yükü qədər ağır bir yük kimi dəyərləndirirlər.
Ancaq elmin və mədəniyyətin işığıyla aydınlanan ailə mühitində belə mənzərə yoxdur. Həmin ailələrdə qız uşağı ailənin başqa fərdləri ilə bərabər, hüquq və azadlıqlara sahib olmaqla yanaşı, həm də atanın ən çox etimad göstərdiyi övlada çevrilir. Şübhəsiz ki, dünyanın ən xoşbəxt qızları da məhz ataları tərəfindən dəstəklənir.
Həyatımızda bir neçə vacib və məsuliyyətli vəzifələr var. Bu vəzifələr sırasında valideynlik öndə gəlir. Həyatla bağlı çox şeyi özümüzdən əvvəl yaşayan insanlardan öyrənir, görüb-götürürük. Bu səbəbdən ağlı, qabiliyyəti ilə dünyada tanınan dahilər, yazıçılar və sənətkarlardan bir neçəsinin qızlarına olan münasibəti, etimadı, onlara yazdıqları məktublar maraq doğurur.
Məsələn psixoanaliz elminin banisi Ziqmund Freyd qızı Lieserlə yazdığı məktubda deyirdi: “Əzizim, Lieserl, ən çox güvəndiyin insanlardan pislik gördüyün üçün üzülməyin sənin zəif olduğunu göstərmir. Fizikanın qanunlarına görə, arxanı söykədiyin nəsnə bir anda yox olarsa, sən də o tərəfə doğru yıxılarsan. Yəni ki, bunun gücsüzlüklə heç bir əlaqəsi yoxdur”.
“Davamlı inkişaf üçün qızların səsini ucaldaq”
Bu gün Beynəlxalq Qızlar Günü kimi qeyd edilir. BMT Baş Assambleyasının qərarı ilə oktyabrın 11-i Beynəlxalq Qızlar Günü kimi təsis edilib. Bu günün qeyd olunmasında əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Beynəlxalq Qızlar Gününün builki devizi isə “Davamlı inkişaf üçün qızların səsini ucaldaq” adlanır.
Qızlar həyatlarının hər bir yaş mərhələsində təhlükəsizlik, təhsil və sağlamlıq hüququna malik olmalıdırlar. Yetkinlik dövründə hər bir dəstəyi alan qızlar gələcəkdə kadr, sahibkar, siyasi lider ola bilmək üçün öz potensiallarını daha yaxşı həyata keçirə və dünyaya daha yaxşı töhfələr verə bilərlər.
Hazırda dünyada 1 milyarda qədər gənc yaşayır ki, onlardan da 600 milyonu yetkinlik yaşında olan qızlardır. Onlar gələcəyimizin qurulmasında böyük potensiala malikdir. Son 15 ildə dünya ictimaiyyəti qızların həyatının yaxşılaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə edib. Lakin müasir dövrümüzdə hələ də elə ölkələr var ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur.
Dünyada hər 3 qızdan biri 18 yaşına çatmamış ərə gedir
Beynəlxalq ekspertlər bildirirlər ki, dünyada gedən bir sıra proseslər qızların həyatında silinməz izlər qoyur: Onlar məktəbdən yayındırılır, erkən yaşda ərə verilir, insan alverinə məruz qalırlar. Dünyada orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ərə gedir. Bu cür qızların üçdə biri 15 yaşına çatmamış nikaha daxil olur. Uşaq nikahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nikahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edirlər. Bu cür qızların imkanları son dərəcə məhdudlaşdırılır, lakin zorakılığa məruz qalmaq və yoldan çıxarılma halları bir neçə dəfə yüksəkdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19

