Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

20.10.2024 [17:25]

Oktyabrın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qobustan, Neftçala, Lənkəran, Lerik, Yardımlı və Astarada fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Paylaş:
Baxılıb: 520 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31