Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 168 min hektar ərazi minalardan təmizlənib

168 min hektar ərazi minalardan təmizlənib

25.10.2024 [10:45]

İşğaldan azad olunan ərazilərdə 1,5 milyon mina olduğu ehtimal edilir

Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan  xeyli sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru əsas yerlərdən birini tutur. Ermənistanın mina terror hələ də davam edir. Qeyd edək ki, oktyabrın 24-də “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda mina qurbanlarına həsr olunmuş dəyirmi masa keçirilib.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Azərbaycanda mina qurbanlarının sayına diqqət çəkib: “Təəssüf ki, Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir. Avropa ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın mina probleminə etinasız yanaşırlar”. O qeyd edib ki, bu istiqamətdə maarifləndirmə tədbirlərinin sayı artırılmalıdır: “Mina qurbanlarının böyük bir qismi qanunda nəzərdə tutulan hüquqlarından xəbərsizdir. İctimai birliyimiz ölkənin bir çox bölgələrində maarifləndirici tədbirlər, seminarlar keçirir. Bu, mina qurbanlarının öz hüquqlarından xəbərdar olması istiqamətində vacib addımdır”.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə rəisi Ramil Əzizov işğaldan azad edilən bölgələrin minalardan təmizlənməsi ilə bağlı statistikanı açıqlayıb: “Vətən müharibəsindən bu zamana qədər 168 min hektar ərazi minalardan təmizlənib. Mina partlayışı səbəbindən dünyasını dəyişən insanların sayı ötən illərlə müqayisədə 60 faiz azalıb. Ancaq təəssüf ki, hələ də mina partlayışı səbəbindən dünyasını dəyişən insanlar var”.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə 1,5 milyon mina olduğu ehtimal edilir: “Təmizlənmiş ərazilərdən 161 min mina aşkarlanıb. Bu, beynəlxalq problemdir. Düşünürəm ki, növbəti illərdə minadan təmizləmə aktual məsələ olaraq qalacaq”.

Respublika Reabilitasiya Mərkəzinin direktoru Nabat Abdulova mərkəzdə mina terrorundan əziyyət çəkən şəxslərin ailə üzvlərinə də dəstək göstərildiyini deyib. Onun sözlərinə görə, Azərbaycanda son 2 ildə minadan əziyyət çəkən 172 nəfərə dəstək göstərilib: “Qeyd etdiyim müddət ərzində 109 nəfərə ambulator yardım göstərilib. Hazırda minadan əziyyət çəkən 111 nəfər qeydiyyata alınıb və onların 91 nəfərinə əlillik təyin edilib”.

Milli Məclisin komitə sədri Fazil Mustafa isə deyib ki, mina terrorunu həyata keçirənlər məsuliyyətə cəlb edilməlidirlər. Onun fikrincə,  bu reallaşarsa, dünya üçün də nümunə olar: “Mina terrorundan əziyyət çəkən insanlar üçün sığorta mexanizmləri müəyyən edilməlidir. Onların yalnız tibbi-psixoloji deyil, maddi yardıma da ehtiyacı var. Elə insanlar var ki, onlar məsuliyyətsizlikdən, diqqətsizlikdən yox, öz işini, vəzifəsini həyata keçirərkən bədbəxt hadisə nəticəsində mina qurbanı olub, xəsarət alıb. Həmin şəxslərə yardım üçün təkliflər, qanunvericilikdə dəyişikliklər olmalıdır. Dəyirmi masada bu istiqamətdə səsləndirilən təkliflərin parlamentə təqdim edilməsi effektiv ola bilər”.

Millət vəkili Vüqar Bayramov isə bildirib ki, 2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq. O qeyd edib ki, 2025-ci ildə Böyük Qayıdış prosesi çox aktiv şəkildə həyata keçiriləcək: “Bu səbəbdən ərazilərin minalardan təmizlənməsi çox vacib məsələdir. Təkcə Milli Məclisdə təmsil etdiyim Füzuli rayonunda minaların sayı 80 minə yaxındır. Bu problem əhalinin həyatı, yaşayışı üçün ciddi təhlükədir”.

Dəyirmi masada minalara qarşı fəaliyyəti həyata keçirən və mina qurbanlarına yardım edən Azərbaycanın rəsmi qurumlarının nümayəndələri, o cümlədən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA), Milli Məclis üzvləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ombudsman Aparatının nümayəndələri, minadan zərərçəkənlər, QHT-lərin nümayəndələri minalanmış ərazilərin təmizlənməsi istiqamətində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparıblar.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 321 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30