Bakının iki mərkəzi hissəsinə avtomobillərin girişi məhdudlaşdırılır
25.10.2024 [15:33]
Azərbaycan paytaxtının görkəmini formalaşdıran tarixi görməli yerlərin cəmləşdiyi guşədə xüsusi layihə həyata keçirilir. Belə ki, Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi – İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilən layihədə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur. İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılacaq. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişə Neftçilər prospektindən icazə veriləcək.
Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.
Qeyd edək ki, Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir.
İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur.
Şəhərin bu hissəsində son zamanlar yaşanan acınacaqlı vəziyyət ictimaiyyət arasında və mediada dəfələrlə müzakirə mövzusuna çevrilib.
Şəhər sakinləri və qonaqların hərəkətinin rahatlığını təmin etmək məqsədi daşıyan Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində bütün aidiyyəti qurumların mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, uzun müddət hərəkətin intensivliyinin monitorinqini aparıb və xüsusi proqram təminatı üzərindən simulyasiyalar həyata keçirilib.
Nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması avtomobillərin sayını, səs-küyü və tullantıları azaltmaqla İçərişəhər sakinləri və qonaqların rahatlığı və təhlükəsizliyinə xidmət edir.
Dünyanın böyük şəhərlərinin təcrübəsi nəzərə alınmaqla hazırlanan layihə, digər amillərlə yanaşı, paytaxtın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir incisinin qorunub saxlanmasına töhfə verəcək, buradakı infrastrukturun tez aşınmasının qarşısını alacaq.
Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının bu məkana daha rahat çatmasına imkan verəcək.
Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərini İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq.
Bununla da şəhərin mərkəzi hissəsində nəhəng piyada zonası yaranacaq. Xatırladaq ki, ilk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağı ətrafında həyata keçirilib. Bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib. Hazırda belə zonanın yaradılması prosesi metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34

