Zəfər Günü Abşeron rayonunda coşqu ilə qeyd olunub
08.11.2024 [23:34]
Xalqımızın tarixində iftixar və qürur səhifələrindən olan Zəfər Günü Abşeron rayonunda böyük coşqu ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, 44 günlük Vətən Müharibəsində düşmən üzərində şanlı qələbəmizin dördüncü ildönümündə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Ramid Namazov, Nigar Məmmədova, Zaur Şükürov və Rizvan Nəbiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, YAP Abşeron Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.
Şəhid ailələri, şəhid övladları və qazilərlə birlikdə rayon ictimaiyyəti tərəfindən II Fəxri xiyaban, Xırdalan şəhərində yerləşən Şəhidlər Xatirə Kompleksi, o cümlədən rayonun bütün şəhər, kənd və qəsəbələrindəki Şəhidlər xiyabanları və şəhidlərimizin dəfn olunduğu məkanlar ziyarət olunub, məzarları üzərinə gül dəstələri qoyularaq onların xatirələri ehtiramla yad olunub.
Zəfər Gününə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları əvvəlcə Vətən Müharibəsinə həsr olunan sərgiyə baxış keçiriblər.
Tədbirdə Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən müharibəsindəki şanlı qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətinə həsr olunan videoçarx nümayiş olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə Vətən müharibəsində qazandığımız şanlı Qələbə xalqımızın tarixinə qızıl hərflərlə yazıldı.
Sonra Milli Məclis üzvləri çıxış edərək bildiriblər ki, təkcə müasir tariximizin deyil, ümumi dövlətçilik tariximizin şanlı səhifələrindən olan - Zəfər Gününə aparan yolun əsası Ümummilli Lider Heydər Əliyevin hərbi və diplomatik sahələrdə apardığı uğurlu siyasətlə qoyulub.
Sonra Vətən müharibəsi şəhidi Hüseyn Nəcəfzadənin anası Könül Nəcəfzadə və Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək şanlı Zəfərimizdən danışıb, şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Daha sonra incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15

