Birləşmiş Krallıq universitetləri gənclərin imkanlarını iqlim dəyişikliyi ilə əlaqədar artırır
16.11.2024 [21:13]
COP29-un ilk həftəsində “British Council” təşkilatı Birləşmiş Krallıq Pavilyonundakı auditoriyalarla qarşılıqlı əlaqədə olaraq iqlim strategiyasını, bu strategiyada iştirak etmək yollarını paylaşıb, insanların təhsil, ingilis dilinin tədrisi, incəsənət və mədəniyyətin köməyi ilə iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün bir araya gəlməsinə istiqamətlənmiş tədbirləri nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, bu müddətdə iqlimlə bağlı məlumatlılıq, iqlimin təsiri və iqlim problemlərinin həllinə həsr edilmiş bir sıra tədbirlər, konfranslar, panel müzakirələri və mədəni tədbirlər keçirilib. Birinci həftə ərzində baş tutmuş tədbirlərdən göründüyü kimi, “British Council”ın COP29-da iştirakı təhsil, incəsənət, mədəniyyət və bacarıqların iqlim dəyişikliyi probleminin həllində oynadığı vacib rolu vurğulayır.
Ön sıralarda yer alan gənclər
COP29 ərəfəsində BMT-nin İqlim Dəyişmələri üzrə Gənclər Konfransı (COY19) Bakıda 400 gənc nümayəndəni bir araya gətirib. “British Council” bu tədbirə “Gənclərin inklüziv keçid üçün başlıca bacarıqlarının müəyyən edilməsi” adlı interaktiv seminarla töhfə verib, seminar çərçivəsində gənclərdən və iqlimlə bağlı araşdırmalardan əldə etdiyi nəticələri paylaşıb.
“Gənclər iqlimlə bağlı tədbirlərin gələcəyinin formalaşmasında böyük rol oynayırlar. Onların imkanlarının artırılması dayanıqlı gələcəyə nail olmağın rəhnidir – hər bir gəncin səsi iqlim dəyişikliyi ilə mübarizədə dəyişikliklərə nail olmaq üçün təkanverici qüvvə rolu oynayır. “British Council” qlobal miqyasda ciddi dəyişikliklərə təkan vermək üçün gənc liderləri dəstəkləmək amalına sadiqdir”, – deyə “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva bildirib.
Gənc Məruzəçilər Akademiyası (YNA) 45 ölkədən olan 53 gənc məruzəçiyə təlim keçib və onlara COP29 çərçivəsində xalqlarını təmsil etmək üçün bacarıq və imkanlar verib. Təlim “British Council”ın dəstəyi ilə keçirilən, 2024-cü ildə 63 ölkədən 257 gəncin təlim keçməsini təmin edən və bir ildir davam edən “İqlim üzrə gənc məruzəçilər” proqramının bir hissəsidir.
Edinburq Universiteti və Şotlandiyanın “Learning for Sustainability” mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Dayanıqlı gələcək üçün” ikihəftəlik təlim – COP29-da onlayn kursa start verilib. Kursda iqlim sahəsində ixtisaslaşan qlobal ekspertlər və gənclər fikirlərini real zamanda paylaşıb.
Ekseter Universiteti və “British Council”ın birlikdə ev sahibliyi etdiyi “İqlim böhranında: təhsil, elm və mədəniyyətin yaradıcı yanaşmalarla birləşdirilməsi” paneli Azərbaycanda incəsənət, təhsil və irs arasında əlaqələr yaradan “We Are the Possible” proqramını vurğulayıb. Proqram aşağıdakıları əhatə edib:
•COP29-un davam etdiyi 12 gün üçün 12 hekayə – iqlim problemlərinin nəzərdən keçirildiyi və tədbirlərin görülməsinə ilham verən qısa hekayələr.
•İqlimlə bağlı tədbirlərin görülməsinin zəruriliyini çatdırmaq üçün hazırlanmış dayanıqlı teatr tamaşası “Bright Light Burning”(Parlaq işıqların sayrışması).
•“Schools Across the Ocean” (Okeanın fərqli tərəflərində olan məktəblər) – Birləşmiş Krallıq, BƏƏ və Azərbaycandan olan uşaqların birlikdə hazırladığı multiplikasiya filmi və mesajlar.
Bu təşəbbüs “British Council”, Birləşmiş Krallığın Bakıdakı səfirliyi, Meteorologiya xidməti, habelə İncəsənət və Humanitar Elmlər üzrə Tədqiqat Şurası tərəfindən maliyyələşdirilib. Daha ətraflı məlumat “We Are the Possible” proqramının veb-səhifəsini yerləşdirilib.
İqlim dəyişikliyi ilə mübarizə aparan universitetlər “British Council” ilə əməkdaşlıq şəraitində təşkil edilib. “Scotland Beyond Net Zero” fondunun iqlim dəyişikliyi ilə mübarizəyə istiqamətlənmiş maliyyələşdirmə, qlobal dayanıqlılıq sahəsində liderlik, dayanıqlılıq naminə təlim üzərində necə işləməsinə istiqamətlənmiş “İqlim dəyişikliyi ilə mübarizə aparan universitetlər – “Scotland Beyond Net Zero” fondunun təqdimatında” adlı panel müzakirəsində universitetlərin iqlim dəyişikliyi ilə necə mübarizə aparması nəzərdən keçirilib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld COP29-un birinci həftəsində reallaşdırılmış təşəbbüslərdən məmnunluğunu ifadə edərək bildirib: “Missiyamız çox aydındır: indi və gələcəkdə hər kəsin yaşamasının mümkün olduğu planet”.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

