Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirilib

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirilib

01.12.2024 [17:52]

Dekabrın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirib.

DİM-dən bildirilib ki, imtahanda namizədlərə 100 test tapşırığı təqdim olunub. Onlardan 80 tapşırıq qanunvericilik üzrə bilik və bacarıqları, 20 tapşırıq isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Qanunvericiliyə aid tapşırıqlar üzrə hər düzgün cavab 1, məntiq üzrə isə 0.5 bal hesabı ilə nəzərə alınır. Toplanıla bilən maksimal bal 90-a bərabərdir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahan vermək üçün namizədliyi qeydə alınmış 185 nəfərdən 2-si imtahana gəlməyib. 55 və dаhа çох bаl tоplаmış 116 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.

İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyası dekabrın 3-4-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.

Paylaş:
Baxılıb: 875 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31